Ölkə futbolu
"Bizimkilər" Tovuzda: "Erməni bir atırsa, 100 qat cavabını alır, ordumuza da, özümüzə də güvənirik"
İyulun 12-dən etibarən Azərbaycan-Ermənistan sərhəddinin Tovuz istiqamətində şiddətli döyüşlər gedir. Dünən nisbi sakitlik olsa da, gecədən başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri yenidən mövqelərimizə iriçaplı silahlar və minaatanlardan atəşə tutublar. Hazırda Tovuzda olanlar arasında idman jurnalistləri də var. Onlardan bəziləri əslən Tovuzdan olduqları üçün doğma rayona yollanıblar, bəziləri isə işlə bağlı döyüş bölgəsinə üz tutublar.
Futbolxeber.az saytınını sorğusuna cavab olaraq hazırda Tovuzda olan idman mətbuatının nümayəndələri cəbhə bölgəsindəki hazırkı durumla bağlı fikirlərini bölüşdülər.
“HEÇ KİM EVİNİ, YURDUNU TƏRK ETMƏYİB”
Əslən Tovuzdan olan Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətinin rəhbəri Mahal Məmmədov bildirir ki, ordumuz cəbhədə vəziyyətə nəzarət edir: “Ermənilərin atəşkəsi zaman-zaman pozması adi haldı. Amma bu dəfə onların iri silahlardan və artilleriya qurğularından istifadə etməsi ordumuzu tutarlı cavab verməyə sövq elədi. Müdafiə Nazirliyinin mütəmadi yaydığı məlumat və videogörüntülər də nəzarətin ordumuzun əlində olduğunun sübutudur”.

Federasiya rəsmisi vurğulayıb ki, ermənilər hər nə qədər təxribar yaysalar da, əhali öz əsgərinə inanır: “Rayonda bəzən təxribat xarakterli məlumat yayıb, əhalinin doğma yurdunu tərk etməsinə çalışırlar. Amma bu, əks effekt verir, əsgərinə inanan yerli əhali gizlənməyə deyil, təhlükəli olduğunu bilə-bilə hər dəqiqə döyüş gedən kəndlərə doğru istiqamətlənir, köməyə çalışır. Heç kim evini, yurdunu tərk etməyib. Hazırda insanlarımız intiqam hissi ilə yaşayır, şəhidlərimizin qisasını almaq üçün fürsət gözləyirlər. Bir sözlə, birlik günüdür”.
“LAYLAYIMIZ TOP, QRAD SƏSİNƏ QARIŞIB, ONA GÖRƏ DƏ QORXU SÖZÜ BİZƏ YADDI”
Süleyman Tağıyev da əslən Tovuzdandır. Tələbə vaxtında Bakıda idman müxbiri kimi çalışan Süleyman uzun illərdi doğma rayonunda yaşayır və sevimli “Turan Tovuz”un mətbuat xidmətinin rəhbəridir. O qeyd edib ki, cavanlı, qocalı bütün kişilər mütəmadi olaraq sərhəddə toplaşır: “Hazırda nisbi sakitçilikdi. Hər şey normal axarında davam edir. İstər sərhəd kəndlərində, istərsə də rayon mərkəzində. Evimiz cəbhə bölgəsindən 8,9 kilometr aralı olsa da, cavanlı, qocalı bütün kişilər sərhəddə, Ağdam, Əlibəyli tərəfə toplaşır. Bizim heç vaxt qorxumuz olmayıb. Laylayımız top, qrad səsinə qarışıb, ona görə də qorxu sözü bizə yaddı. 24 saat əsgərlərimizin yanındayıq”.

S.Tağıyev vurğulayıb ki, rayon camaatının qorxusu, düşməndən çəkinəcəyi yoxdur: “Bütün rayon camaatı səfərbər olub. Ruh yüksəkliyi zirvədədi. Nə qorxumuz, nə də çəkinəcəyimiz. Bəzən təxribat xarakterli səs yazıları, məlumatlar paylaşılır. Bu cür məlumatların heç birinə inanılmamasını xahiş edirəm. Erməni bir atırsa, 100 qat cavabını alır, ordumuza da, özümüzə də güvənirik. Əsgərlərimiz tam olaraq hər şeylə təmin olunsalar da, imkanı çatan-çatmayan hər kəs ən xırda lazımlı əşyadan tutmuş tonlarla tədarük aparır postlara. Kənddən qaçmaq, nə bilim qorxmaq kimi ifadələri eşidəndə özümüz də gülümsəyirik. Dığalar da bizi yaxşı tanıyır, Tovuz adı gələndə dizləri əsir. Artıq sərhədyanı ərazidə onların heç canlı qüvvələrinin qalmadığını düşünürəm. Ona görə də uzaqdan yaşayış məntəqələrini vurmağa çalışırlar. Heç bir çaşqınlıq, panika, qorxu filan yoxdu. Əksinə, 7-dən 70-ə hamı zəfər istəyir”.
“BU GÜN HƏRBÇİLƏRİMİZ DÜŞMƏNİN STRATEJİ OBYEKTLƏRİNİ, TEXNİKASINI, ÇOX SAYDA CANLI QÜVVƏSİNİ MƏHV EDİBLƏR”
Mahal və Süleyman kimi, Etibar Tağıyev də əslən Tovuzdandır. AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentində çalışan E.Tağıyev hələ döyüşlər başlamadan öncə doğma rayona yollanıb. O qeyd edib ki, 90-cı illərdə olduğu kimi, bu gün də heç bir tovuzlu doğma rayonunu qoyub qaçmayıb: “İlk növbədə Vətən uğrunda şəhid olanlara Allah rəhmət eləsin. Biz evlərimizdə rahat olaq deyə onlar canlarından keçdilər. İyul ayından məzuniyyətdə olduğumdan ailəmlə birlikdə doğulub boya-başa çatdığım doğma rayonumdayam. Son vaxtlar Ermənistanla sərhəddə baş verən hadisələri yaxından izləyirik. Sonuncu belə - ağır artilleriya döyüşləri 90-cı illərdə olub. Ancaq nə 90-cı illərdə, nə də indi heç bir tovuzlu rayonu qoyub heç yerə getməyib. O vaxt özünümüdafiə dəstələri Vətəni qorumaq üçün dəstələr yaradıb sərhəd boyu ermənilərdən əldə etdiyi silahlarla silahlanırdılar. Bu gün isə gün ərzində yerli əhali, xüsusən gənclər bir araya gələrək sərhəd kəndlərinə gedirlər. Ancaq yollarda qurulan polis postlarından sərhəddə getməyə icazə verilmir”.

Etibar Tağıyev bildirib ki, ordumuz düşmənin strateji obyektlərini, texnikasını, çox sayda canlı qüvvəsini məhv edib: “Yerli əhalidə Milli Ordumuza inam böyükdür. Əhali yolboyu düzülərək hərəkət edən hərbçilərə alqışlarla dəstəyini nümayiş etdirirlər. Döyüş barədə onu demək olar ki, Tovuz dağatəyi rayon olduğu üçün strateji baxımdan mübarizə aparmaq çətindir. Yüksəkliyi ələ keçirən tərəf böyük üstünlük qazanır. Bu gün - 16 iyul səhər saatlarında başlayan ağır artilleriya döyüşlərində hərbçilərimiz "nöqtə atışı" edərək düşmənin strateji obyektlərini, texnikasını, çox sayda canlı qüvvəsini məhv edib. Yerli əhali yüksək əhval ruhiyyədədir. Yayılan heç bir dezinformasiyaya inanmır”.
“75 YAŞLI QADIN GÜLƏ-GÜLƏ DEDİ Kİ, ERMƏNİLƏR ATMAYANDA DARIXIRIQ”
İdman jurnalisti kimi tanınan Emin Səfərov son 1 ildə “Qafqazinfo”da redaktor vəzifəsində çalışır. Hazırda çalışdığı mətbuat orqanından döyüş bölgəsinə ezam olunub. E.Səfərov söyləyib ki, əhali arasında hər hansı çaşqınlıq yoxdur: “Bu gün səhər saatlarından yenə atışma başlayıb. Ermənilər ağır artilleriya, minaatanlardan Tovuzun cəbhəyanı kəndlərini hədəfə alırlar. Xüsusən də Dondarquşçu, Vahidli, Ağdam kəndlərini. Dünən sutka ərzində atəş səsi eşidilməmişdi. Ümumilikdə, vəziyyət yaxşıdı, kənd camaatı yerindədi, hər hansı çaşqınlıq yoxdu. Həyat öz axarı ilə davam edir”.

E.Səfərov evlərində olduğu kənd camaatının əhval-ruhiyyəsinin yüksək olduğunu bildirib: “Dünən top atəşinə tutulan bir neçə evdə olub, reportaj hazırladım. Məsələn, Abdullayev Tariyelin həyətində 2 ev var ki, hazırda hər ikisi yararsız hala düşüb. Amma insanlarda 1 qram belə qorxu yoxdu. Dünən 75 yaşlı bir qadınla danışırdım. Hətta gülə-gülə dedi ki, ermənilər atmayanda darıxırıq. Yerli əhali ermənini ciddiyə almır. Əmindirlər ki, ordumuz istənilən an düşməni yerinə oturtmağa qadirdi”.
“İNSANLARIN QEYRƏTİNƏ, VƏTƏN SEVGİSİNƏ HEYRAN OLMAMAQ QEYRİ-MÜMKÜNDÜ”
Azər İsmayıl ARB kanalının idman müxbiridir. Lakin hazırda o da döyüş bölgəsinə ezam olunub: “Bir neçə gün əvvələ kimi məzuniyyətdəydim. Məzuniyyəti elə doğma rayonda keçirməyi planlaşdırırdım. Sonradan döyüşlər başladı. Bilirdim ki, bu vəziyyətdə boş otura bilməyəcəm. Doğma rayonumda olduğum üçün mütləq bu döyüşlərin iştirakçısı olmalıydım. Ən azından jurnalist kimi. Ona görə də şirkətə müraciət etdim. Onlar da sağ olsunlar, təklifimi müsbət dəyərləndirdilər. Düzdür, kanalımızın Qərb bürosu var. Amma həm ARB, həm də ARB-24 üçün çalışırıq deyə, 2 reportyorun olması daha yaxşıdı. ARB-24 vasitəsi ilə hər saat efirə bağlanırıq. Əsasən Ağdam, Dondarquşçu kəndlərində oluruq. İnsanlar burdadı, heç yana getmək fikrində deyillər. Evləri darmadğın olsa da, uşaqdan böyüyə, qadından kişiyə heç kim doğma yurdunu tərk etmək barədə düşünmür”.

A.İsmayıl vurğulayıb ki, əhali hər an döyüşə hazırdı: “Ümumi vəziyyətə gəldikdə, xeyli sayda keçmiş döyüşçü rayona yerləşib. Onlar əsgərlərimizə psixoloji, mənəvi - hər cür dəstək olurlar. Hər yerdən axışıb gələnlər var. Buradakı insanların qeyrətinə, vətən sevgisinə heyran olmamaq qeyri-mümkündü. Rayonda 90-cı illərdə çox ağır döyüşlər gedib, ona görə də bu cür vəziyyətə hamı alışıb, yaşananlar yerli əhaliyə adi gəlir. Bir tərəfdən top atılsa da, heç nə yoxmuş kimi insanlar hərbi komissarlığın qarşısına axın edir. Şablon fikirlər səsləndirmək istəmirəm, amma əhali həqiqətən də müharibəyə hazırdı. Dünən artıq hər şeyin yekunlaşdığını düşünürdük. Lakin döyüşlər gecədən yenidən başladı. Bir neçə dəfə mülki əhalini vurmağa çalışıblar. Hər bir halda ordumuz düşmənin lazımi cavabını verir”.
FUTBOLXEBER.AZ
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Turan Tovuz" Türkiyə klubunu darmadağın etdi
- "Sumqayıt"ın baş məşqçisi müəyyənləşdi
- Azərbaycan klublarının yay transferləri (Yenilənir)
- Joni Montiel: “İşimiz baş məşqçini çətinə salmaqdır”
- "Neftçi"dən ayrıldı, sabiq klubuna qayıtdı
- DÇ-2026: Fransa yarımfinalda
- Coko Haciyevski: “Neftçi” kimi, “Sileks” də tarixi klubdur”
- Azərbaycanda oynamış futbolçu Ermənistan klubunda
- "Neftçi"dən böyük hesablı qələbə
- Konfrans Liqası: “Neftçi” və “Zirə”nin potensial rəqibləri bilindi
- “Zirə”də gözlənilməz ayrılıq
- Nuriyev Macarıstan klubunda
- “Neftçi” sifariş vərəqəsini UEFA-ya göndərdi
- Tahir Gözel: “Bu, Qurban hocanın da arzusu idi, amma alınmırdı...”
- “Neftçi” azarkeşlərinin gözlədiyi transfer Bakıya gəldi: sabah 3 illik müqavilə imzalanacaq
-
16:29
Qazaxıstan millisinin baş məşqçisi müəyyənləşdi
-
15:45
Azərbaycanın gənc qolfçusu beynəlxaq turnirin qalibi olub
-
15:13
Tanınmış klubun baş məşqçisi xəstəxanaya yerləşdirilib
-
14:52
Ponomarenko “Qarabağ”a vurduğu qoldan danışdı
-
14:34
“Gəncə”də yeni müqavilə
-
14:08
Bədii gimnastika üzrə 31-ci Azərbaycan çempionatı başa çatıb
-
13:41
Bakı "Azerbaijan Junior Open 2026" beynəlxalq turnirinə ev sahibliyi edəcək
-
13:27
“Qarabağ” hələ tam hazır deyil, amma çox təhlükəlidir”
-
13:00
Azər Məmmədov: "Gəncə stadionunu tam dolduracağıq"
-
12:36
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
11:59
"Karvan-Yevlax"dan qapıçı transferi
-
11:13
Murad oynadı, “Pafos” uduzdu
-
10:45
"Sabah" - "Orhus" matçının hakimləri dəyişdirilib
-
10:22
"Qarabağ"ın məğlubiyyəti VİDEO
-
10:08
Azərbaycan UEFA reytinqində neçəncidir?
-
09:54
Mahir İsveç klubuna qarşı 90 dəqiqə oynadı
-
09:31
"Qarabağ"ın potensial rəqiblərinin qarşıdurmasında darmadağın
-
09:17
İqor Kostyuk: "Qarabağ"a daha çox qol vura bilərdik"
-
09:00
Qurban Qurbanov: “Hücumda bir az aqressivlik çatmadı”
-
22:56
“Qarabağ” “Dinamo”ya məğlub oldu
-
21:39
"Kəpəz" "Karvan-Yevlax"a qalib gəldi
-
21:17
"Şəfa" rəhbərliyi komandanın məşqində
-
20:24
Slavik Alxasov I Liqa klubuna keçdi
-
19:00
Boks millimiz Avropa çempionatına Türkmənistanla birlikdə hazırlaşır
-
18:43
Asim Xudiyevə UEFA-dan yeni təyinat alıb
-
17:35
Azərbaycanda şahmatın inkişafı və beynəlxalq əməkdaşlıq müzakirə edilib
-
17:16
"Trabzonspor" Salahla müqavilə imzaladı
-
16:51
"Kürü keçək?! 5"də rekord sayda üzgüçü
-
16:28
AFFA rəsmisinə UEFA-dan təyinat
-
16:02
"Qarabağ"ı Polşada neçə azarkeş dəstəkləyəcək?
-
15:49
"Turan Tovuz" serbiyalı müdafiəçi transfer etdi
-
14:37
Vera Klimoviç Azərbaycan klubunda
-
14:14
"Araz-Naxçıvan" Slavik Alxasovla yollarını ayırıb
-
14:00
DÇ-2018-in qalibi: “Qəbələdə meydançalar əladır”
-
13:23
“Qarabağ” akademiyasında məşqçi təyinatları
-
12:55
Dünya çempionatından sonra "More Than Medals World" layihəsinə start verilib
-
12:16
Sabiq “Araz-Naxçıvan”lı: “Buna görə də “Qarabağ” “Dinamo”ya qarşı daha əsəbi olacaq”
-
11:31
“Qarabağ” - “Dinamo” oyununun biletləri satışa çıxır
-
11:08
"Nyukasl"ın yeni baş məşqçisi müəyyənləşdi
-
10:42
Salahı Trabzonda 25 min azarkeş qarşıladı
-
10:29
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
10:17
"Fənərbaxça" "Şturm"u məğlub etdi VİDEO
-
09:54
"Mingəçevir"də yeni baş məşqçi
-
19:12
Qızlardan ibarət basketbol millimiz İslandiyaya uduzub
-
18:06
"Kəpəz" qapıçısısı ilə müqaviləni yenilədi
-
17:28
"Cəbrayıl" və "Quba" klublarının adları dəyişdirilib
-
16:53
"Qarabağ" Polşaya yollandı
-
16:30
Azərbaycan II Liqasının püşk atıldı
-
16:19
Azərbaycan yığması UEFA turnirində iştirak edəcək
-
15:44
Taekvondoçularımız "Batumi Open" turnirində 22 medal qazanıblar
07.08.2026
06.08.2026
05.08.2026
























