31 May 2025, Şənbə
Elşad Quliyevdən qələbə şərhi
Millimizin finaldakı rəqibi məlumdur
Millimiz dünya çempionatının finalında!
Finalın hakimləri müəyyənləşdi

Ölkə futbolu

Kubokun bombardiri: "Qəbələ"nin tarixində 3-cü dəfə

 “Qəbələ”nin futbolçusu Klesio Bauk Azərbaycan kubokunun yarımçıq başa çatan 2019/20 mövsümünün bombardiri olub.

Futbolxeber.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, 3 qol vuran yarımmüdafiəçi yarımfinal ərəfəsində dayandırılan turnirin ən məhsuldar iki futbolçusundan biridir.

Bauk “Keşlə”nin oyunçusu Xəzər Mahmudovla şərikli bombardir olub. “Qırmızı-qaralar” cari mövsüm kubokda yalnız 1/4 finalda meydana çıxıb. Bu mərhələdən mübarizəyə başlayan “Qəbələ”nin yarımfinala yüksəlməsinə mozambikli legioner öz qolları ilə töhfə verib. O, “Sabah”la ev oyununda (3:0) iki, səfər matçında (3:2) bir dəfə fərqlənib.

Klesio “Qəbələ”nin tarixinə Azərbaycan kubokunun bombardiri olan 3-cü futbolçu kimi düşüb. Ona qədər iki oyunçu turnirin ən məhsuldar futbolçusu adına yiyələnib. 2013/14 mövsümündə 3 qol vuran Viktor Mendi yarışın şərikli bombardiri olub. 2017/18 mövsümündə isə Filip Ozobiç 4 topla bütün rəqiblərini qabaqlayıb.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31