1 Iyun 2025, Bazar günü
PSJ "İnter"i darmadağın etdi
Kubokun qalibi "Sabah" oldu
U-21 millimizin heyəti açıqlandı
“Neftçi” 7 futbolçu ilə vidalaşdı

Ölkə futbolu

Kərimovdan rekord, Baukdan 3 top

Azərbaycan kubokunda 2005/06 mövsümündə debüt edən “Qəbələ” indiyədək keçirdiyi 66 matçda 112 qol vurub.

Futbolxeber.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, bunlardan ikisi rəqiblərin avtoqoludursa, digər toplara “qırmızı-qaralar”ın 56 oyunçusu imza atıb.

Komandanın kubokdakı ən məhsuldar futbolçusu Kənan Kərimovdur. Onun aktivində 7 qol var. Filip Ozobiç 6, Vüsal Qarayev 5 dəfə fərqlənib. Daha 5 oyunçu üçdən çox qola imza atıb. Onların hərəsi 4 dəfə rəqib qapısına yol tapıb. Hazırda “Qəbələ”nin formasını geyinənlər arasında rekordçu Klesio Baukdur. O, cəmi 2 matçda iştirak etsə də, 3 qolun müəllifidir.

Azərbaycan kubokunda 3 və daha çox qol vuranlar:

1. Kənan Kərimov - 7

2. Filip Ozobiç - 6

3. Vüsal Qarayev - 5

4-8. Viktor Mendi - 4

İbrahim Hüseynov - 4

Daniel Subotiç - 4

Aleksey Qay - 4

Baqali Dabo - 4

9-15. Dodo - 3

Samir Zərgərov - 3

Stiven Monroz - 3

Ruslan Qurbanov - 3

Ermin Zets - 3

Davit Volkov - 3

Klesio Bauk - 3

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2025
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30