Ölkə futbolu
Çingiz İsmayılov: “Çempionat olmalıdır, ancaq ...”
AFFA-nın sabiq baş katibi, futbol veteranı Çingiz İsmayılovun müsahibəsi
- Koronavirusla mübarizədə gününüzü necə keçirirsiniz?
- Bütün millət necə, mən də elə. Deyiblər ki, evdən bayıra çıxmayın. Amma istər-istəməz, evdən 20-30 metr çölə çıxırsan. Hər şey normaldır. Xəstəliyin tezliklə bitməsini, camaatın da futbol oynamasını gözləyirik.
- Sağlamlığınız necədir?
- Şükürlər olsun ki, şikayətim yoxdur.
- Çölə çıxdığınızı vurğuladınız. Amma yaşı 65-dən çox olanların çölə çıxmalarına qadağa qoyulub. Məcburiyyətdən çıxırsınız?
- Əvvəllər deyirdilər ki, qocalar gəzməyə çıxsınlar, parklarda, bulvarda otursunlar. İndi isə qadağa qoyulub. Fikir verin: xəstəliyə yoluxanların əksəriyyəti 20-45 yaşlı cavanlardır. Dünyasını dəyişən qocaların sayı heç 7-8 faiz deyil, çoxunun yaşı çatıb, ölüblər. Allah insana nə qədər ömür veribsə, o qədər də yaşayır. Özüm 85 yaşı keçmişəm. Bu yaş üçün özümü normal hiss edirəm.
- Böyük Vətən Müharibəsi dövrünü görmüsünüz. Hazırkı vəziyyəti həmin dönəmlə müqayisə edə bilərsiniz?
- Müharibədə bilirdin ki, sənin rəqibin kimdir və ona qarşı mübarizə aparırdın. İndi isə gözə görünməyən rəqibimiz var. Allah bilir, hardan gəlib. Mənə elə gəlir ki, bunu icad ediblər.
- Koronavirusun "bioloji silah" olduğunu düşünürsünüz?
- Bəli. Bu, bioloji silahdır. Hansısa ölkə bunu icad edib və yoxlamaq istəyib. Yoxlayanda da görüb ki, çox yayılıb. Dünyanın 200-dən çox ölkəsində bu xəstəlik var.
- Çölə çıxmağa icazəsi olmayan şəxs kimi, ehtiyacınız varmı ki, nəyisə gətirib çatdırsınlar?
- Bu yaşda insanın nə problemi ola bilər? Ancaq istirahət etməli və istədiyimiz işlə məşğul olmalıyıq. Mən həyət evində yaşayıram, boş vaxtlarımda güllərə baxıram. Vaxtımı belə keçirirəm. Boş durmağı heç vaxt xoşlamıram. Xəstəliyə qədər elə gün olmurdu ki, 4-5 km piyada yol getməyim. İndi isə getdiyim məsafələr maksimum 300-400 metrdir. Ərzaq almaq üçün özüm supermarketə gedirəm.
- Aprelin 12-də 85 yaşınız oldu. Belə bir vəziyyətdə doğum gününüzü necə qeyd etdiniz?
- Mən bütün nəvələrimi başıma yığa bilmədim. Amma oğlumla gəlinim məni təbrik etdilər. Oturduq, yemək hazırlamışdıq. Televizora baxdıq, çörəyimizi yedik. Hətta tort da hazırlamışdılar, üzərində "85" yazılmışdı. Stolun üstündə hər cür nemət var idi, elə içki də...
- Bu gün “Evdə qal, sağlam qal” şüarı əsas götürülür. Artıq uzunömürlü sayıla bilinəcək şəxs kimi deyərdiniz: Doğurdanmı evdə qalmaqla sağlam qalmaq mümkündür?
- Belə bir atalar sözü var: İş insanın cövhəridir. Fiziki işlə mütləq məşğul olmaq lazımdır. 85 yaşımın 65-ni idmanda keçirmişəm. Televizorda idmançılar elə hərəkətlər göstərir və camaata deyirlər ki, belə hərəkət edin, idmanla bu cür məşğul olun. Peşəkar idmançılar üçün olan hərəkətləri göstərirlər. Halbuki ilk olaraq, isinmə hərəkətindən başlamaq lazımdır. Mən hər gün fiziki hərəkətləri yerinə yetirirəm. 5-10, maksimum 15 dəqiqə fiziki hərəkət edirəm.
- Hazırda əksər ölkələrdə olduğu kimi, Azərbaycanda da çempionat dayandırılıb. Komandaların karantindən çıxış prosesi necə baş verməlidir?
- Əslində, o vaxtlar da karantin var idi. Futbol oyunumuza iki gün qalmış bizi yığırdılar, bazada qalır və matça hazırlaşırdıq. İndi isə futbol dayanıb. Amma bütün dünyada dayandığını demək olmaz. Tacikistan və Belarus çempionatı keçirilir, Türkmənistanda isə yenidən başladı. Mənə elə gəlir ki, bizim komandaların da hamısının bazası var. Ora yığışıb, bütün oyunçuları yoxlamaq və çempionata hazırlaşmaq lazımdır. Çünki idmançı seçdiyi növlə 3-4 ay məşğul olmursa, məşq etmirsə və yaxud evdə bəzi hərəkətlər edirsə, o, formadan düşəcək.
- Azərbaycan Premyer Liqasının dar çevrədə başa çatdırılmasının tərəfdarısınız?
- Əlbəttə. Bizim çempionat niyə dayandı? İnsanlar stadiona gedirdilər. Amma ölkədə, xüsusən də Bakıda azarkeş sayı azdır. İspaniyalılar və italiyalılar mayda çempionata başlamaq istəyirlər. Amma bu, elə xəstəlikdir ki, sağalan insan ikinci dəfə yoluxsa, aqibəti pis ola bilər. Hər halda çempionat olmalıdır, ancaq insanların sağlamlıqları da önəmlidir.
- Veteran futbolçu və ahıl insan kimi Sizinlə maraqlanırlarmı?
- Prezident İlham Əliyev həmişə deyir: "Biz insanların sağlamlığını qorumalıyıq". Mən bu fikri dəstəkləyirəm. Prezidentimiz sağ olsun ki, bizim, ahılların qayğımıza qalır. Futbol veteranlarını unutmaq olmaz, zəng edib vəziyyətlərini soruşmaq lazımdır. Mənə bəzi zənglər olur, soruşur, maraqlanırlar. İnsan qocaldıqca uşaqlaşır (gülür).
Mənbə: report.az
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- “Neftçi”nin oyununda dava
- Almaniya DÇ-2026 ilə vidalaşdı
- Adil Şükürov “Sumqayıt”la anlaşdı
- PFL I və II Liqanın başlama tarixini açıqladı
- "Sumqayıt"ın baş məşqçisi müəyyənləşdi
- “Ferentsvaroş”un baş məşqçisi: “Qarabağ” elə intensiv futbol oynadı ki...”
- Azərbaycan klublarının yay transferləri (Yenilənir)
- “Lankaran Open 2026”da narazılıq: “Bugünkü hadisələr fiaskodur”
- "Neftçi"dən ayrıldı, sabiq klubuna qayıtdı
- Joni Montiel: “İşimiz baş məşqçini çətinə salmaqdır”
- DÇ-2026: Fransa yarımfinalda
- Çexiya klubu “Turan Tovuz”un aqibətini yaşadı, “Qarabağ”ın yolu asanlaşdı
- “Neftçi”nin rəqibləri müəyyənləşdi
- Coko Haciyevski: “Neftçi” kimi, “Sileks” də tarixi klubdur”
- Əlçatmaz baş katib
-
19:16
Azərbaycan dünya çempionatında ilk medalını qazandı
-
18:00
"Qəbələ"də portuqaliyalı vinger
-
17:22
"Mançester Siti" onunla müqaviləni yenilədi
-
16:59
Mançini yenidən İtaliya millisində
-
15:41
“Araz-Naxçıvan”ın Qəbələdə oynayacağı rəsmiləşdi
-
15:05
Basketbol millimiz Portuqaliyaya qalib gəlib
-
14:33
“Qarabağ” yeni tərəfdaşlıq müqaviləsi imzaladı FOTOLENT
-
14:17
Zidan rəsmən Fransa millisində
-
13:58
AMADA ilə CASPIA Analitik Mərkəzi arasında gələcək əməkdaşlığın istiqamətləri müəyyənləşdirilib
-
13:24
ÇSKA-nın baş məşqçisi: “Qələbəyə baxmayaraq, zəif oynadıq”
-
12:46
Stounz "İnter"ə keçdi
-
12:19
Türkiyənin güləş əfsanəsi Bakıda
-
12:00
Millimizin üzvü "LANDAU Lions"da
-
11:32
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:51
Azərbaycanın paragüllə atıcısı Dünya Kubokunun qalibi olub
-
10:25
Addainin yeni klubu müəyyənləşdi
-
10:03
ÇSKA “Qarabağ”la oyundan öncə qələbə qazandı
-
09:47
PFL I və II Liqaların püşkatma tarixini açıqladı
-
20:31
Qadın voleybolçular arasında Avropa çempionatının könüllüləri müəyyənləşib
-
20:09
"Turan Tovuz"dan heç-heçə
-
19:28
"Murov Az Terminal"dan yeni müqavilə
-
18:54
Fərid Mansurov azarkeşlərlə görüşüb
-
18:17
Duşan Tadiçin yeni klubu müəyyənləşdi
-
17:42
"Qarabağ" azarkeşlərinə şad xəbər
-
17:00
"Real" itki ilə üzləşib
-
16:36
Elxan Səmədov Serbiya Superliqasının baş katibi ilə görüşdü
-
15:53
Emil Balayev “Dinamo”ya qarşı oynayacaq?
-
15:21
3 yunan-Roma güləşçimiz dünya çempionatının yarımfinalına yüksəlib
-
15:09
"Qarabağ"ın oyununda qorxulu bir şey görmədim"
-
14:45
Azərbaycanın paragüllə atıcısı Dünya Kubokunun finalına yüksəlib
-
14:18
Yenilənmiş “Araz-Naxçıvan”... ümid verdi
-
13:54
Prezidentdən Azərbaycandakı dünya çempionatı ilə bağlı Sərəncam
-
13:37
Cüdo üzrə yeniyetmələr arasında Liqa yarışının III turu keçiriləcək
-
13:20
Tanınmış hakim karyerasını başa vurdu
-
12:56
Ədalətin qələbəsi
-
12:12
"Zaqatala" baş məşqçisi ilə yolları ayırdı
-
11:43
“Neftçi”nin yetirməsi MOİK-də
-
11:01
UEFA-dan Kamal Umudluya növbəti təyinat
-
10:39
Azərbaycanlı idmançı beynəlxalq triatlon yarışında qızıl medal qazanıb
-
10:25
Azərbaycan avarçəkənləri Avropa çempionatında mübarizə aparacaqlar
-
10:14
Azərbaycan millisi Afinaya yollandı
-
09:58
Ceyhun Nuriyev: “Zirə”dən ayrılandan “Araz-Naxçıvan”ı düşünürdüm”
-
09:47
Azərbaycan millisi Qazaxıstana qalib gəlib
-
22:43
Azər Məmmədov: “Bəzi mövqeləri yeni transferlərlə gücləndirəcəyik”
-
22:00
Toral Bayramov “Şaxtyor”a qarşı oynadı
-
20:36
"Sumqayıt" "Kəpəz"lə bərabərə qaldı
-
20:21
"Şamaxı" Qətər klubuna qalib gəldi
-
19:17
Avropa Cüdo Ümidləri Turnirində medalçılar müəyyənləşib
-
18:49
Emrelinin komandası çempionata məğlubiyyətlə başladı
-
18:05
Azərbaycan kanoeçisi Macarıstanda Avropa ikincisi olub
28.07.2026
27.07.2026
26.07.2026























