Ölkə futbolu
AFFA e-Milli Liqaya start verir
Azərbaycan Futbol Federasiyaları Assosiasiyası ilk dəfə Premyer Liqada, Birinci Divizionda, Region Liqasında, Qadınlar Yüksək Liqasında, çimərlik futbolu və futzal üzrə, əlillərdən ibarət komandalar arasında keçirilən turnirlərdə iştirak edən komandaları e-futbol liqasına çağırır!
Futbolxeber.az saytının məlumatına görə, AFFA-nın və “Sport Marketing Group” şirkətinin birgə təşkilatçılığı ilə keçiriləcək çempionat sözün əsl mənasında futbolu real həyatdan virtuala daşımağı bacaranlar üçündür!
Bu çağırış PES2020-də rəqib tanımayan, klubunun e-Milli Liqada təmsil olunmasını istəyənlər üçündür! Bu çağırış oyun konsolunda bacarığına və təcrübəsinə güvənən komandalaradır!
Azərbaycan Premyer Liqası, I Divizion, Region Liqası və onlarla digər klublar və əməkdaşlar! İndi bacarığınızı e-futbolda göstərməyin vaxtıdır! Komandanızı hazırlayın, turnirə qatılın, futbol üzrə PES2020 konsol oyununda gücünüzü sınayın. Rəqiblərinizi üstələyərək qalib məhz siz olun!
Aprelin 25-dən mayın 15-dək komandanızı qeydiyyatdan keçirin, mayın 25-də keçiriləcək e-Milli Liqada futbolun təkcə yaşıl meydanlarda yox, kiber dünyada da necə oynanıldığını hər kəsə göstərin!
Futbol üzrə kiber çempionat PES2020 qaydaları əsasında təşkil olunacaq. Turnirdə iştirak edəcək komandaların oyun konsolları və hesabları isə təmsil etdikləri klublar tərəfindən təmin olunmalıdır.
Hər komandanın heyəti klub tərəfindən müəyyənləşdirilmiş, 18 yaşı tamam olmuş 2 nəfərdən ibarət olacaq. Hər komanda qalibi müəyyənləşdirəcək 2 oyun keçirəcək. Hər mövsüm iki turnirdən ibarət olacaq və hər bir turnir 3 ay davam edəcək. Oyunun qaydaları haqqında ətraflı məlumatı www.eml.az saytından əldə edə bilərsiniz.
Kiber futbol həvəskarları, bu turnirdə sizə də yer olacaq. İlk mövsümdə peşəkar futbol klublarını təmsil edən komandalar yarışarkən, artıq ikinci mövsümdə siz də komandanızla (iki nəfərlik heyətlə) birlikdə e-Milli Liqada bacarığınızı göstərə biləcəksiniz. Odur ki, gözünüz www.eml.az saytında olsun!
Mükafatlara gəlincə, birinci yerin sahibinə e-Milli Liqanın Kuboku təqdim olunacaq, həmçinin qalib komanda e-Milli Komandada iştirak şansı qazanacaq. İkinci və üçün yerin sahiblərinə isə təşkilatçılar tərəfindən müxtəlif dəyərli hədiyyələr təqdim olunacaq. Qeyd edək ki, pul mükafatları oyunçunun liqa zamanı toplamış xallarının x100 AZN mislinə (1-ci yer üçün); x50 AZN mislinə (2-ci yer üçün) və x20 mislinə (3-cü yer üçün) bərabərdir.
Turnir ərzində ən yaxşı nəticə göstərən 6 oyunçunun beynəlxalq kiber çempionatlarda iştirakı təmin olunacaq. Eyni zamanda, Avropanın ən məşhur futbol klublarını təmsil edən kiber komandalar ilə yoldaşlıq görüşləri unudulmaz təcrübə olacaq.
Ağıldan iti, əldən cəld, vaxtında qərar verə bilən oyunçularınız varsa, qeydiyyata tələsin! Kiber futbol çempionatında çempionluğunuzu elan edin!
Turnirin rəsmi yayım tərəfdaşı CBC Sport kanalıdır. Kiber futbol həvəskarları və azarkeşlər canlı oyunları, eyni zamanda, qarşılaşmaların xülasəsini və ən maraqlı anları həm www.eml.az saytından, həm də CBC Sport kanalından izləyə biləcəklər.
Yaşıl meydanların ən yaxşılarını və tanınmış ulduzları kiber oyunlarda qarşı-qarşıya görməyə və elə onların rəqibi olmağa nə deyirsiniz? Bunun üçün www.eml.az saytını izləyin, sizi həyəcanda saxlayacaq oyunlardan xəbərdar olun!
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Neftçi” 5 min manat cərimələndi
- VII turun hakim təyinatları
- Azərbaycan kubokunda yeni rekord
- Asif Məmmədovdan 18 ilin rekordu
- Fətiyev bürünc medal qazandı
- “Səbail” qələbəni əldən verdi
- "Sumqayıt"ın qələbə həsrəti bitdi
-
23:05
"Neftçi" 3 xalı tək qolla qazandı VİDEO
-
22:36
Vernidub: “Sevinirəm ki, meydana sonradan çıxanlar nəticə verirlər”
-
21:58
"Zəfər Turu": "Turan Tovuz" və "Neftçi" qələbə qazandı
-
21:11
"Turan Tovuz" "Qarabağ"ı tək qolla üstələdi VİDEO
-
20:49
Qurban Qurbanov: "Bu, onların haqqı idi”
-
20:24
Kurban Berdıyevdən qələbə şərhi
-
19:00
“Neftçi” - “Kəpəz”: Heyətlər açıqlandı
-
18:37
Riçarlison “Qalatasaray”a keçir?
-
18:03
BOS: "Borussiya"nın ittihamı əsassızdır, "Barselona" isə narahat olmaya bilər" FOTOLENT
-
17:45
“Barselona” daha 3 futbolçusu ilə müqavilə yeniləyəcək
-
17:23
Azərbaycanın tamblinq millisi ardıcıl üçüncü dəfə dünya çempionu olub
-
16:56
“Qarabağ” - “Turan Tovuz”: Heyətlər müəyyənləşdi
-
16:31
Emin Mahmudov: "Milli formanı geyindiyim ilk günü heç vaxt unutmayacağam"
-
16:19
I Liqa klubunda yeni prezident
-
16:00
PFL “Ayın qolu”nun müəllifini mükafatlandırdı
-
15:38
Azərbaycanla oyuna 15 nəfər çağırıldı
-
15:02
"Turan Tovuz"un legioneri milliyə dəvət alıb
-
14:44
Üzgüçülərimiz Belarusda 2 medal qazanıblar
-
14:27
Azərbaycan - Latviya oyununun hakimləri məlum oldu
-
13:53
Stolüstü tennisçilərimiz Avrasiya Liqasında III turun oyunlarına çıxacaqlar
-
13:35
AMADA "10ların təbəssümü" layihəsi çərçivəsində qazi övladları üçün Zəfər Günü tədbiri keçirib
-
13:19
AFFA 8 komandaya texniki məğlubiyyət verdi
-
12:41
Millimizə 27 futbolçu dəvət aldı
-
12:20
“Şahdağ Qusar”a texniki qələbə verildi
-
12:08
Emin Mahmudov millidəki karyerasını başa vurur
-
11:52
Zəfər Gününə həsr olunmuş bədii gimnastika yarışı keçiriləcək
-
11:34
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
11:17
Azərbaycanda çıxış etmiş moldovalı futbolçu vəfat edib
-
10:45
UEFA reytinqi: Azərbaycan mövqeyini qoruyur
-
10:23
Azərbaycan gimnastları dünya çempionatında mübarizəni davam etdirirlər
-
10:09
"Milan"dan gözlənilməz məğlubiyyət VİDEO
-
09:51
Cüdoçularımız Zaqrebdə Qran-pri turnirində iştirak
-
09:30
"Beşiktaş" "Seltik"ə uduzdu VİDEO
-
21:14
Abşeron Olimpiya İdman Kompleksində kəmər dərəcələri üzrə rəsmi imtahan keçirilib
-
20:59
“Şəfa”da qalmaqal: maaşını tələb etdi, “23”lükdən uzaqlaşdırıldı
-
20:30
"Neftçi" "Kəpəz"lə oyuna hazırdır FOTOLENT
-
19:22
Çempionlar Liqasında həftənin ən yaxşı kim seçildi?
-
18:07
Millimiz Çexiya ilə heç-heçə etdi
-
17:46
Keyn Avropanın ən çox maaş alan futbolçusu oldu
-
17:33
O da FİFA prezidentliyinə namizəd olacaq
-
16:15
"Zirə" "Qəbələ" ilə oyuna hazırlaşır FOTOLENT
-
15:51
Almaniya millisinin heyəti açıqlandı
-
15:24
Zəfər Günü münasibətilə Gəncədə veloyürüş keçirilib
-
14:48
"Kəpəz"in futbolçusu milliyə çağırıldı
-
14:32
Ronaldo Portuqaliya millisinə vida etdi
-
14:00
"Şəki"də yeni baş məşqçi
-
13:17
Anatoli Ponomaryov: “Avropada bu komandaya getmək istəyirəm” deməklə iş bitmir”
-
12:56
Azərbaycan şahmatçısı U-20 dünya çempionatında bürünc medal qazanıb
-
12:23
“Neftçi”nin legionerinə millidən dəvət
-
11:39
XI turun hakim təyinatları açıqlandı
06.11.2026
05.11.2026
























