Ölkə futbolu
PFL: Liqaların davam etdirilməsinin tərafdarıyıq
Dünyanın bütün sahələrinə, o cümlədən, futbola ciddi təsir göstərmiş Covid-19 virusunun meydana gətirdiyi problemlərdən minimum ziyanla çıxmaq üçün UEFA və FİFA səviyyəsində bir sıra video konfranslar keçirilir, müzakirələr aparılır.
Futbolxeber.az saytının məlumatına görə, belə konfranslardan biri 3 aprel tarixində Avropa Peşəkar Futbol Liqalarına üzv liqalar arasında baş tutdu.
Qitənin futbol üzrə lider ölkələrindən İngiltərə, Almaniya, İtaliya, Fransa və İspaniya təmsilçilərinin də iştirak etdiyi konfrans qurumun prezidenti cənab Lars Krister Olsenin başçılığı ilə reallaşdı. Təşkilatın aktiv üzvlərindən biri kimi Azərbaycan Peşəkar Futbol Liqası da video konfransda nümayəndə ilə təmsil olundu və öz təkliflərini verib, liqalarımızdakı ümumi vəziyyəti iştirakçıların diqqətinə çatdırdı.
Konfransda UEFA, EPFL (Avropa Peşəkar Futbol Liqaları) və AKA (Avropa Klublar Assosiasiyası) prezidentlərinin birgə imzasıyla üzv ölkələrə 2 aprel tarixində ünvanladığı məktubda qeyd olunan məsələlər əsas müzakirə mövzusu oldu. Məktubda yerli çempionatların vaxtından öncə, reqlamentə əsasən bütün oyunlar oynanılmadan başa vurulmasının düzgün olmadığı bildirilirdi. Konfransda iştirak edən Belçika Pro Liqa təmsilçisi onların 2 apreldə çempionatın hazırkı göstəricilərlə yarımçıq başa vurulması ilə bağlı təklif xarakterli qərarı barədə də konfrans iştirakçılarına və təşkilata geniş icmalda məlumat verdi.
Bu və digər məqamlardan irəli gələn məsələlərlə bağlı aşağıdakı məqamlar məsləhət görüldü:
- EPFL öz üzvlərini hər şey məlum olmadan 2019/20 sezonunun başa çatması və 2020/21 sezonunun başlaması ilə bağlı qərar verməkdə tələsməməyə çağırır;
- Yarışların ədalətli davamlılığını fərdi maraqlara qarşı qorumaq hər bir liqanın məsuliyyətidir;
- Bütövlüyü qorumaq üçün hər bir liqanın atdıqları bütün addımları EPFL ilə koordinasiya etməsi vacibdir;
- Əgər həmin ölkədə icazə verilir və razılaşdırılıbsa, yerli çempionatlar mümkün qədər tez davam etməyə başlaya bilər. Bu, təbii ki, rəsmilərin icazəsi və yarışların keçirilməsi zamanı iştirakçı olan hər bir kəs üçün tamamilə təhlükəsiz şərait olduqda baş verəcək;
- Yerli çempionatlar 2020/21 UEFA yarışları üçün seçmə mərhələlər başlamadan tamamlanmalıdır;
- Yerli çempionatların 2020/21 sezonunun sentyabrın ortasından gec və UEFA yarışlarının oktyabrın ortasından sonra başlaması real görünmür.
Əlavə olaraq bildirmək istərdik ki, EPFL üzvləri UEFA nəzdində yaradılan 2 işçi qrupda iştirak edərək üzv ölkələrin maraqlarını müdafiə edir. 1-ci işçi qrup dayandırılan yerli çempionatların və UEFA səviyyəli yarışların davam etdirilməsi üçün yekun optimal oyun cədvəli variantını may ayının ortasına kimi hazırlayıb təqdim edəcək. Ancaq bu, epidemiyanın indiki vəziyyətinə görə nəzərdə tutulan tarixdir və işçi qrup gedişatın hər hansı formada dəyişə biləcəyini də nəzərə alaraq son tarix kimi may ayının ortasına kimi işini davam etdirəcəkdir. Bu səbəbdən federasiyalar, assosiasiyalar və liqalara tələsik qərar verməmələri, çempionatlarını başa vurmaları üçün hazırda yetərincə zaman olduğu bildirildi.
Azərbaycan Peşəkar Futbol Liqası isə öz növbəsində liqaların davam etdirilməsinin elə ilk gündən tərafdarı olduğunu vurğulayıb. Bildirilib ki, hazırda ölkəmizdə bütün idman qurğuları bağlıdır. İdman ictimaiyyəti dövlətin virusa qarşı apardığı mübarizənin tərkib hissəsidir. Əlavə olunub ki, ölkədəki vəziyyətdən və dövlət səviyyəsində verilən qərarlardan asılı olaraq çempionat bərpası ən tez mümkün tarixə qədər saxlanılıb. Klubların durumu, maraqları, fikirləri bizim üçün çox önəmlidir və onlarla məsləhətləşmələr aparıldıqdan sonra qərar verəcəyimizi diqqətə çatdırdıq (pfl.az).
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
- “Neftçi” 5 min manat cərimələndi
- Asif Məmmədovdan 18 ilin rekordu
- “Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
- “İmişli”də baş məşqçi istefası
- Kurban Berdiyev: “Bu sualı niyə mənə verirsiniz?”
- Maksimov məğlubiyyəti şərh etdi
-
22:06
“Sumqayıt”ın legioneri milliyə dəvət aldı
-
21:44
Bakıda cüdo üzrə U-17 yeniyetmələr arasında şəhər birinciliyinə start verilib
-
20:23
“Araz-Naxçıvan”ın müdafiəçisi əməliyyat olunub
-
19:35
AFFA-dan milli üzvünün hərbi xidmətə aparılmasına münasibət: “...açıqlama veriləcək”
-
18:52
Ağadadaş milliyə dəvət aldı
-
17:11
Krivotsyuk 90 dəqiqə oynadı
-
16:49
Zirədə Dövlət Bayrağı Gününə həsr olunan aksiya keçirilib FOTOLENT
-
16:27
Babək Quliyev UEFA-dan təyinat alıb
-
16:00
Azərbaycan millisi Olimpiya çempionu oldu
-
15:36
Yağışa görə II Liqanın oyunu təxirə salındı
-
15:14
"Trabzonspor" səfərdə sevindi VİDEO
-
14:48
Millimizin üzvü "Basketball Without Borders" proqramında iştirak edəcək
-
14:23
"Beşiktaş" 3 xalı 3 qolla qazandı VİDEO
-
13:55
Viçko Şevel: “Bu, sadəcə ilk dövrədir”
-
13:31
"Fənərbaxça"dan darmadağın VİDEO
-
13:19
Yunuszadə ehtiyatda qaldı, komandası uduzdu
-
13:00
"Yuventus"dan xal itkisi VİDEO
-
12:42
Renat Dadaşov yenə oynamadı
-
12:27
"Milan"ın qələbəsi VİDEO
-
12:06
Zamiq darmadağını kənardan izlədi
-
11:54
200-cü heç-heçə
-
11:38
"İnter" "Komo"ya şans tanımadı VİDEO
-
11:13
Murad Məmmədov üçün 31 dəqiqə
-
10:45
"Çelsi" autsayderə uduzdu VİDEO
-
10:21
Mahirdən qol ötürməsi, “Rakuv”dan qələbə
-
10:09
"Liverpul" qələnə həsrətinə son qoydu VİDEO
-
09:52
Nəriman yenə ehtiyatda qaldı
-
09:30
"Barselona"dan əzmkar qələbə VİDEO
-
21:42
Millimiz Latviyaya məğlub oldu
-
20:49
"Şamaxı"dan əzmkar heç-heçə VİDEO
-
20:11
“Çempionatın ən gənc komandasıyıq”
-
19:26
“Şamaxı" və "Sumqayıt"dan xal itkisi
-
19:00
“Araz-Naxçıvan”ın futbolçusu üçün yubiley
-
18:37
"Sumqayıt" səfərdən 1 xalla qayıtdı VİDEO
-
18:16
Filipe Kandido: “Rəqibdən yaxşı oynadıq, amma bu, qələbə üçün kifayət etmədi”
-
15:43
Şahrudin Məhəmmədəliyev 100-ə çatdı
-
14:28
Azərbaycanın kayak və kanoeçiləri beynəlxalq yarışın mükafatçıları olublar
-
14:05
“Qarabağ” antirekordun bir addımlığında: 15 mövsümdə ilk dəfə
-
13:32
Azərbaycan Premyer Liqasında son 4 mövsümün antirekordu
-
13:14
“Qarabağ” üzərində qələbə bizə əlavə motivasiya verir”
-
12:59
"Roma" 3 xalı 3 qolla qazandı VİDEO
-
12:41
“Traktor” evdə qalib gəldi
-
12:27
"Tottenhem" səfərdə xalsız qaldı VİDEO
-
12:00
“Qəbələ”nin futbolçusu: “Millidə oynamaq hər bir futbolçu üçün şərəfdir”
-
11:36
"Arsenal"dan çətin qələbə VİDEO
-
11:13
Millimizin üzvü oynamadı, komandası xalsız qaldı
-
10:58
PFL-dən “Zəfər Günü” süjeti: “Futbol döyüş yorğunluğumuzu çıxarmaq üçün yaxşı vasitə idi” VİDEO
-
10:45
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:22
"Qalatasaray"ın oyununda 7 qol vuruldu VİDEO
-
10:09
Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
09.11.2026
08.11.2026




















.jpeg)

.jpg)

