Ölkə futbolu
Əfran İsmayılov: “Spirt vurmaqdan əlimin qabığı soyulub”
“Keşlə” klubunun futbolçusu Əfran İsmayılovun müsahibəsi
- Ölkədə karantin rejimi elan olunub. Vaxtınızı necə keçirirsiniz?
- Hamı çalışır ki, öz evində otursun. Hətta “evdə qal, sağlam qal” adlı şüar da var. Həqiqətən, tam yerinə düşən şüardır. Həm özüm, həm də ətrafım üçün buna əməl etməyə çalışıram. Vaxtımın çox hissəsini evdə keçirirəm. Bilirsiniz ki, bu virus keçicidir.
- Yəqin ki, idmanla, xüsusilə də futbolla məşğul olanlar üçün evdə qalmaq daha çətindir. Çünki aktiv həyat tərzinə öyrəşmisiniz...
- Əlbəttə, çətindir. Amma arada səhərlər çıxıb yüngülvarı qaçıram. Digər idman hərəkətlərini isə evdə edirəm. Tapşırığa uyğun hərəkət etməyə çalışıram.
- Özünüz koronavirusla necə mübarizə aparırsınız? Yoluxmamaq üçün hansı tədbirləri görürsünüz?
- Tez-tez əlimi spirtlə dezinfeksiya edirəm. İnandırım sizi ki, spirt vurmaqdan əlimin qabığı soyulub. Ömrümdə spirtdən bu qədər istifadə etməmişəm. Artıq əlimi yandırır. Çalışıram özümü və ətrafımı qoruyum. Ola bilər, virus bizə çox təsir etməsin. Amma yaşlı insanlar üçün təhlükəlidir. Valideynlərimə, qohumlarıma zərər verə bilər. Ona görə daşıyıcı da olmamağa çalışıram. Şükürlər olsun, özümü qoruya bilirəm. Sağ olsun ölkə başçısı, lazımi tədbirlər görülüb. Virus yayılmamışdan öncə tədbir alındı. Buna görə də vəziyyət tam ciddi deyil. Karantin rejimidir. Bizim üstümüzə düşən odur ki, evdə qalıb qaydalara tam əməl edək. İnanıram ki, əl-ələ verib vəziyyətdən çıxacağıq.
- Bəziləri spirtli içki qəbul etməyin koronavirusla mübarizədə effektiv olduğunu söyləyir. Buna münasibətiniz necədir?
- Yox, əksinə, spirtli içki qəbul etmək immuniteti daha da zəiflədir. Belədə orqanizm virusu daha tez özünə cəlb edir. Əsas əllər və üzü tez-tez yumaq və spirtlə dezinfeksiya etməkdir.
- Belə fikirlər var ki, koronavirus deyildiyi qədər qorxulu deyil, adi qripdir. Bəzi ölkələrin insanlar arasında yaranmış panikadan öz məqsədləri üçün istifadə etdikləri iddia olunur. Bu fikirlərlə razısınız?
- Xeyr, koronavirus real təhlükədir. Bunu hansısa ölkələrin bilərəkdən yaymaları xəbərinə inanmıram. Boş-boş söhbətlərdir. Həqiqətən, virus var, Çindən gəlib və sürətlə yayılır. İnsandan-insana keçir. Ona görə də ciddi yanaşmaq lazımdır. Baxıram ki, bir çoxları ciddi yanaşmır. Lağ-lağı, zarafat edirlər. Faciəyə çevrilməmiş bu virusdan qurtulmağa çalışmalıyıq. Arzu edirəm ki, hər şey - futbolumuz, işimiz geri qayıtsın. Hər bir sahədə geriləmə var.
- Koronavirusla mübarizə üçün fond yaradılıb və artıq “Qarabağ” klubunun baş məşqçisi, futbolçuları ora müəyyən məbləğdə yardım ediblər. Siz də belə bir addım atmağı düşünürsünüz?
- Hər cür köməklik etməyə hazıram. Fonda pul göndərməsəm də, imkansızlara maddi yardım edirəm. Bilirsiniz ki, bizdə elə çox pul olmur. Amma nəyə gücüm çatırsa, bundan sonra da edəcəyəm.
- Çempionat dayanıb, nə vaxt bərpa oluncağı hələ sual altındadır. Sizcə, cari mövsümü başa vurmaq mümkün olacaq?
- Hansı qərarı qəbul etsələr, hörmətlə yanaşacağam. Əsas məqsəd hazırkı vəziyyətdən çıxmaqdır. Sonra çempionat haqqında düşünə bilərik (“Report”).
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Neftçi” 5 min manat cərimələndi
- VII turun hakim təyinatları
- Azərbaycan kubokunda yeni rekord
- Asif Məmmədovdan 18 ilin rekordu
- “Səbail” qələbəni əldən verdi
- Fətiyev bürünc medal qazandı
- "Sumqayıt"ın qələbə həsrəti bitdi
-
13:25
Emin Mahmudov: “O qol heç vaxt yaddan çıxmayacaq"
-
13:00
Azərbaycanın batut gimnastları dünya çempionatında gümüş medal qazanıblar
-
12:48
NTD-dən növbəti transfer
-
12:24
Prezident İlham Əliyev Xankəndi Stadionunun açılışında iştirak edib FOTOLENT
-
11:56
“Yuventus” 19 yaşlı hücumçu ilə maraqlanır
-
11:33
Musa Qurbanlı: “Hər nə qədər çətinə düşsək də, hədəflərimiz dəyişmir”
-
11:17
Türkiyə klubunda yeni baş məşqçi
-
10:45
Azərbaycan gimnastı dünya çempionatında finala vəsiqə qazanıb
-
10:21
Cenk Sümer: “Neftçi” bu gün boş tribunalar önündə oynamağı haqq etmir”
-
10:09
ünün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:52
"Kasımpaşa"nın qələbəsi VİDEO
-
09:30
Cəlal oynadı, komandası qalib gəldi
-
23:05
"Neftçi" 3 xalı tək qolla qazandı VİDEO
-
22:36
Vernidub: “Sevinirəm ki, meydana sonradan çıxanlar nəticə verirlər”
-
21:58
"Zəfər Turu": "Turan Tovuz" və "Neftçi" qələbə qazandı
-
21:11
"Turan Tovuz" "Qarabağ"ı tək qolla üstələdi VİDEO
-
20:49
Qurban Qurbanov: "Bu, onların haqqı idi”
-
20:24
Kurban Berdıyevdən qələbə şərhi
-
19:00
“Neftçi” - “Kəpəz”: Heyətlər açıqlandı
-
18:37
Riçarlison “Qalatasaray”a keçir?
-
18:03
BOS: "Borussiya"nın ittihamı əsassızdır, "Barselona" isə narahat olmaya bilər" FOTOLENT
-
17:45
“Barselona” daha 3 futbolçusu ilə müqavilə yeniləyəcək
-
17:23
Azərbaycanın tamblinq millisi ardıcıl üçüncü dəfə dünya çempionu olub
-
16:56
“Qarabağ” - “Turan Tovuz”: Heyətlər müəyyənləşdi
-
16:31
Emin Mahmudov: "Milli formanı geyindiyim ilk günü heç vaxt unutmayacağam"
-
16:19
I Liqa klubunda yeni prezident
-
16:00
PFL “Ayın qolu”nun müəllifini mükafatlandırdı
-
15:38
Azərbaycanla oyuna 15 nəfər çağırıldı
-
15:02
"Turan Tovuz"un legioneri milliyə dəvət alıb
-
14:44
Üzgüçülərimiz Belarusda 2 medal qazanıblar
-
14:27
Azərbaycan - Latviya oyununun hakimləri məlum oldu
-
13:53
Stolüstü tennisçilərimiz Avrasiya Liqasında III turun oyunlarına çıxacaqlar
-
13:35
AMADA "10ların təbəssümü" layihəsi çərçivəsində qazi övladları üçün Zəfər Günü tədbiri keçirib
-
13:19
AFFA 8 komandaya texniki məğlubiyyət verdi
-
12:41
Millimizə 27 futbolçu dəvət aldı
-
12:20
“Şahdağ Qusar”a texniki qələbə verildi
-
12:08
Emin Mahmudov millidəki karyerasını başa vurur
-
11:52
Zəfər Gününə həsr olunmuş bədii gimnastika yarışı keçiriləcək
-
11:34
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
11:17
Azərbaycanda çıxış etmiş moldovalı futbolçu vəfat edib
-
10:45
UEFA reytinqi: Azərbaycan mövqeyini qoruyur
-
10:23
Azərbaycan gimnastları dünya çempionatında mübarizəni davam etdirirlər
-
10:09
"Milan"dan gözlənilməz məğlubiyyət VİDEO
-
09:51
Cüdoçularımız Zaqrebdə Qran-pri turnirində iştirak
-
09:30
"Beşiktaş" "Seltik"ə uduzdu VİDEO
-
21:14
Abşeron Olimpiya İdman Kompleksində kəmər dərəcələri üzrə rəsmi imtahan keçirilib
-
20:59
“Şəfa”da qalmaqal: maaşını tələb etdi, “23”lükdən uzaqlaşdırıldı
-
20:30
"Neftçi" "Kəpəz"lə oyuna hazırdır FOTOLENT
-
19:22
Çempionlar Liqasında həftənin ən yaxşı kim seçildi?
-
18:07
Millimiz Çexiya ilə heç-heçə etdi
07.11.2026
06.11.2026
05.11.2026
























