Ölkə futbolu
“Turkish Airlines”dən bilet qazanan “Neftçi” azarkeşi: “Penalti vurmaq həvəskarı deyiləm”
“Neftçi”nin sponsoru "Türk Hava Yolları”nın dəstəyi ilə İstanbula gediş-gəliş bileti qazanmaq üçün "Sabah”la matçın fasiləsində 8 azarkeşin iştirakı ilə penalti yarışı təşkil olundu ki, yekunda zərbələri daha dəqiq yerinə yetirən Səbuhi Vəlizadə 1-ci yeri tutdu. S.Vəlizadə Futbolxeber.az saytına müsahibəsində yarışma ilə bağlı təəssüratlarını bölüşdü.
- İlk növbədə “Neftçi”nin sponsoru "Türk Hava Yolları”nın dəstəyi ilə İstanbula gediş-gəliş bileti qazanmaq üçün təşkil olunan müsabiqədə qalib olmağınız münasibəti ilə sizi təbrik edirik. Təəssüratlarınızı bilmək maraqlı olardı.
- Təəssüratlarım çox gözəldi. Açığı, qalib olacağımı gözləmirdim. Bundan əvvəl də müsabiqəyə qatılmışdım. Amma o zaman üçüncü olmuşdum və “Park Cinema”da biletlər qazanmışdım. Düşündüm ki, şansımı yenidən yoxlayım. Çox şadam ki, ikinci dəfə qalib oldum. Xoş hisslər var. Bu layihə komandanın azarkeşlərinin sayını artırmağa kömək edəcək. Gələcəkdə yarışı qoşulanların da sayı artacaq. Mən qalib olandan sonra ətrafımdakı tanışların çoxunun marağını cəlb edib. Artıq hamı şərtlərlə maraqlanır. Halbuki ilk yarışmada cəmi 5 nəfər idik.
- Həlledici penaltilər mərhələsində cəmi 8 nəfərin olmasını nə ilə əlaqələndirərdiz?
- Bu müsabiqə ilə bağlı çox adamın məlumatı yoxdur, ona görə iştirakçı sayı azdı. Əvvəldən bildirilmişdi ki, əsas mərhələnin iştirakçıları “random”la seçiləcək. Lakin iştirakçı sayı az olduğundan qərar verildi ki, 8 nəfərin hamısı penalti zərbələrini yerinə yetirsin.
- Yarışmanın ilk şərti “Səbail”lə oyunda selfi etmək idi. Həmin oyuna məhz müsabiqəyə qatılmaq üçün yollanmışdınız, yoxsa hər oyunda “Neftçi”ni dəstəkləyirsiniz?
- Xeyr, həmin gün stadiona sırf yarış üçün yollanmamışdım. Bu mövsümdən etibarən “Neftçi”nin əksər oyunlarına gedirəm. İlk dəfə müsabiqədən dostumun vasitəsi ilə xəbər tutdum. O mənə təklif etdi ki, şansını yoxla. Açığı, o qədər də inandırıcı gəlməmişdi.

- Bəzən insanlarda belə fikir formalaşır ki, bu cür yarışmalarda tanışlıq, qohumluq rol oynayır. Kiminsə tanışı yekunda qalib olacaq. Yəqin siz də əvvəldən elə düşünmüsüz.
- Bəli, düşünmüşdüm ki, yəqin kimisə seçərlər. Amma sonradan gördüm ki, hər şey fərqlidi. Digər tərəfdən də bu, elə müsabiqədir ki, ilk növbədə qaydalara riayət etməlisən, selfi, haştaqlar və s. İkinci mərhələdə isə penaltini dəqiq yerinə yetirmək lazımdı. Bir sözlə, bu müsabiqədə hər şeyin düzgün olduğunu gördüm. Əminəm ki, gələcəkdə iştirakçıların sayı daha çox olacaq.
- Bayaq qeyd elədiniz ki, bu ildən stadiona gedirsiz. Deyəsən, əvvəldən “Neftçi” azarkeşi olmamısız.
- Ümumiyyətlə, Azərbaycan futboluna çox marağım yox idi. İtaliya futbolunun, “Milan”ın azarkeşiyəm. Əvvəllər Könüllü olduğum zaman “Neftçi”nin oyunun bilet kəsən olmuşam. Daha sonra komandanın oyunu məndə maraq yaratdı. “Bakcell Arena”nın dizaynı elədir ki, oyunçuları daha yaxından görürsən və bu da istər-istəməz maraq oyadır. Qatı fanat deyiləm. Amma indiki məqamda “Neftçi”nin çıxışı əla olmasa da, qənaətbəxşdir.
- Futbolla peşəkar səviyyədə məşğul olmusunuz?
- 7-8-ci sinifdə oxuyanda “Vətən” məktəbində futbola məşğul olurdum, “Sabahın ulduzları” yarışına qatılmışam. Amma universitetdə daxil olduqdan sonra futbol keçdi arxa plana. Hazırda həftədə 2-3 dəfə kiçik meydançada oynanıram. Normal oynayıram, o qədər super yox. Lakin penalti vurmaq həvəskarı deyiləm.

- Penaltilər yerinə yetirilən zaman qapıda U-21 millimizin əsas, “Neftçi”nin üçüncü qapıçısı Kamran İbrahimov dayanmışdı...
- Kamran İbrahimovun qabiliyyətinə bələdəm. Düşünürdüm ki, topların hamısını qaytaracaq, yenə qalib ola bilməyəcəm. Qismətdən əksinə oldu. Həmçinin, digər rəqiblərimin də zərbələri güclü alınmadı. İlk mərhələdə 8 nəfərdən heç birimiz dəqiq zərbə endirə bilmədik. Ona görə də ikinci dəfə şansımızı yoxladıq və yekunda qalib oldum.
- Bilet artıq sizə təqdim edilib?
- Hal-hazırda bileti almamışam. Lakin klubla əlaqə saxlamışam, deyiblər ki, sabah ətraflı məlumat verəcəklər.
- Ümumiyyətlə, şərtlər necədi? Səfər tarixi özünüz seçirsiz, yoxsa “Turkish Airlines” müəyyənləşdirir?
- Məncə, özüm seçməliyəm. Amma bildiyim qədəri ilə bilet səfərdən 1-2 gün əvvəl təqdim olunur.

- İstanbula yollanmağı nə vaxta planlaşdırırsınız?
- Yayda getməyi düşünürəm. Sizin vasitənizlə təşkilatçılara, layihə rəhbərlərinə, “Neftçi”yə, “Turkish Airlines”ə dərin minnətdarlığımı bildirirəm. Çox gözəl, alqışlanası layihədir. Fikrimcə, bu layihə stadiona gələn azarkeşlərin də sayını artıracaq. Düzdür, məncə, stadiona ilk növbədə komandanın oyunu üçün getmək, oyundan həzz almaq lazımdı. Amma hətta sırf bilet qazanmaq üçün gələn şəxsdə belə “Neftçi”nin oyununa simpatiya yarana bilər. “Sabah”la görüşdən zövq adım. Xüsusən də Saman Nərimancahanın adını çəkmək istərdim. Pirlo sayağı ötürmələr verirdi.
Söhbətləşdi: İBRAHİM
|
Congratulations @veliyevsebuhi
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
- “Neftçi” 5 min manat cərimələndi
- Asif Məmmədovdan 18 ilin rekordu
- “Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
- “İmişli”də baş məşqçi istefası
- Kurban Berdiyev: “Bu sualı niyə mənə verirsiniz?”
- Maksimov məğlubiyyəti şərh etdi
-
22:06
“Sumqayıt”ın legioneri milliyə dəvət aldı
-
21:44
Bakıda cüdo üzrə U-17 yeniyetmələr arasında şəhər birinciliyinə start verilib
-
20:23
“Araz-Naxçıvan”ın müdafiəçisi əməliyyat olunub
-
19:35
AFFA-dan milli üzvünün hərbi xidmətə aparılmasına münasibət: “...açıqlama veriləcək”
-
18:52
Ağadadaş milliyə dəvət aldı
-
17:11
Krivotsyuk 90 dəqiqə oynadı
-
16:49
Zirədə Dövlət Bayrağı Gününə həsr olunan aksiya keçirilib FOTOLENT
-
16:27
Babək Quliyev UEFA-dan təyinat alıb
-
16:00
Azərbaycan millisi Olimpiya çempionu oldu
-
15:36
Yağışa görə II Liqanın oyunu təxirə salındı
-
15:14
"Trabzonspor" səfərdə sevindi VİDEO
-
14:48
Millimizin üzvü "Basketball Without Borders" proqramında iştirak edəcək
-
14:23
"Beşiktaş" 3 xalı 3 qolla qazandı VİDEO
-
13:55
Viçko Şevel: “Bu, sadəcə ilk dövrədir”
-
13:31
"Fənərbaxça"dan darmadağın VİDEO
-
13:19
Yunuszadə ehtiyatda qaldı, komandası uduzdu
-
13:00
"Yuventus"dan xal itkisi VİDEO
-
12:42
Renat Dadaşov yenə oynamadı
-
12:27
"Milan"ın qələbəsi VİDEO
-
12:06
Zamiq darmadağını kənardan izlədi
-
11:54
200-cü heç-heçə
-
11:38
"İnter" "Komo"ya şans tanımadı VİDEO
-
11:13
Murad Məmmədov üçün 31 dəqiqə
-
10:45
"Çelsi" autsayderə uduzdu VİDEO
-
10:21
Mahirdən qol ötürməsi, “Rakuv”dan qələbə
-
10:09
"Liverpul" qələnə həsrətinə son qoydu VİDEO
-
09:52
Nəriman yenə ehtiyatda qaldı
-
09:30
"Barselona"dan əzmkar qələbə VİDEO
-
21:42
Millimiz Latviyaya məğlub oldu
-
20:49
"Şamaxı"dan əzmkar heç-heçə VİDEO
-
20:11
“Çempionatın ən gənc komandasıyıq”
-
19:26
“Şamaxı" və "Sumqayıt"dan xal itkisi
-
19:00
“Araz-Naxçıvan”ın futbolçusu üçün yubiley
-
18:37
"Sumqayıt" səfərdən 1 xalla qayıtdı VİDEO
-
18:16
Filipe Kandido: “Rəqibdən yaxşı oynadıq, amma bu, qələbə üçün kifayət etmədi”
-
15:43
Şahrudin Məhəmmədəliyev 100-ə çatdı
-
14:28
Azərbaycanın kayak və kanoeçiləri beynəlxalq yarışın mükafatçıları olublar
-
14:05
“Qarabağ” antirekordun bir addımlığında: 15 mövsümdə ilk dəfə
-
13:32
Azərbaycan Premyer Liqasında son 4 mövsümün antirekordu
-
13:14
“Qarabağ” üzərində qələbə bizə əlavə motivasiya verir”
-
12:59
"Roma" 3 xalı 3 qolla qazandı VİDEO
-
12:41
“Traktor” evdə qalib gəldi
-
12:27
"Tottenhem" səfərdə xalsız qaldı VİDEO
-
12:00
“Qəbələ”nin futbolçusu: “Millidə oynamaq hər bir futbolçu üçün şərəfdir”
-
11:36
"Arsenal"dan çətin qələbə VİDEO
-
11:13
Millimizin üzvü oynamadı, komandası xalsız qaldı
-
10:58
PFL-dən “Zəfər Günü” süjeti: “Futbol döyüş yorğunluğumuzu çıxarmaq üçün yaxşı vasitə idi” VİDEO
-
10:45
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:22
"Qalatasaray"ın oyununda 7 qol vuruldu VİDEO
-
10:09
Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
09.11.2026
08.11.2026




















.jpeg)

.jpg)

