18 Sentyabr 2025, Cümə axşamı
Azərbaycan Kubokunun püşkü atıldı
Prezident “Qarabağ”ı təbrik etdi
Qurban Qurbanovdan qələbə şərhi
“Qarabağ”dan fantastik qələbə!

Ölkə futbolu

Aqilə hipoksiya diaqnozu qoyuldu

Premyer Liqanın 20-ci turunda "Sabah” matçın (4:0) ikinci hissəsində səhhəti pisləşərək əvəzlənən "Neftçi"nin qapıçı Aqil Məmmədovun vəziyyətinə aydınlıq gəlib.

Futbolxeber.az-ın klubun saytına istinadən verdiyi məlumata görə, stress nəticəsində yaranmış təngənəfəslik ilkin yardım göstərildikdən sonra da tam keçmədiyinə görə əvəzlənmiş qapıçı oyundan sonra tam müayinədən keçmək üçün klinikaya aparılıb. Fiziki və klinik müayinələrdən sonra stress fonunda əmələ gələn hipoksiya diaqnozu qoyulub.

Həkimlərin rəyinə görə, hazırda qapıçının vəziyyəti stabildir və o, bir-iki günlük istirahətdən sonra məşqlərə qoşulacaq.

Xatırladaq ki, A.Məmmədov 59-cu dəqiqədə meydanı xərəkdə tərk edib. Onu Səlahət Ağayev əvəzləyib.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30