Ölkə futbolu
Sopiç: “Sabah” Avroliqaya vəsiqə qazanmasa, günahkar mən olacağam”
"Sabah"ın baş məşqçisi Jelko Sopiç Azərbaycan Premyer Liqasının 20-ci turunda "Neftçi"yə 0:4 hesabı ilə uduzduqları oyundan sonra mətbuat konfransı keçirib. Futbolxeber.az saytının məlumatına görə, o, əvvəlcə görüş barədə fikirlərini bildirib.
- İlk növbədə “Neftçi”nin qapıçısına şəfadiləyirəm. Bu, hazırda ən vacib məsələdir. Bu oyunda keçidlərə üstünlük vermək istəyirdik. Rəqibin ilk zərbəsi qol oldu. Oyunun qırılmaq nöqtəsi ikinci qol idi. 0:10 hesabı ilə də məğlub ola bilərdik, amma ikinci topu buraxmamalıyıdıq. Həftə ərzində standart vəziyyətlər üzərində işləmişdik. Rəqibin bu anlarda necə oynayacağını bilirdik. İkinci topdan sonra çox çətin oldu. Çünki onların ekstra keyfiyyətli və sürətli futbolçuları var. Hesab qanunauyğun oldu.
- Dediniz ki, “Neftçi” sizdən güclüdür. Bu, 0:4 uduzmağınıza əsas verirmi? Arada bu qədərmi uçurum var?
- İdmanda belə şeylər olur. Biz “Qarabağ”la keçən tur 0:0 oynamışdıq. Bu gün hesab 5:2 və ya başqa cür də ola bilərdi. Əgər rəqib ilk hücumdan qol vurursa, daha açıq futbol oynamalı olursan. Bu da bizim üçün çətin idi.
- Sona qədər 5-li müdafiəni dəyişmədiniz...
- Çox sadədir, mən məşqçiyəm. Necə qərar versəm, elə də olacaq.
- İctimaiyyət və mətbuat bu fikirdədir ki, çempionatda ən yaxşı 3-cü heyət “Sabah”dadır. Siz necə fikirləşirsiniz?
- Biz oyunçularımızın adına baxsaq, top-komanda kimi görünürük. Bu oyun üçün məsuliyyət sadəcə mənimdir. Hazırlığa hansısa futbolçu 1 gün tez, yaxud 1 gün gec qoşulur. Uzun müddətdir futbolun içindəyəm. Sadəcə, onlar qalib gəldi. Gələn oyunda biz qalib gələcəyik.
- 5 müdafiəçili sistemdə cinah müdafiəçilərinin hər ikisi hücumda daha aktiv olsaydı, nəticə başqa cür ola bilərdimi?
- Bunlar barədə çox da danışmaq istəmirəm. Elə də önəm kəsb etmir. Bu gün Filipin başında problem var idi. Onun oyunu davam etdirə bilib-bilməyəcəyi məlum deyildi. Bəlkə də, 4 müdafiəçi ilə oynasaydıq, qalib gələcəkdik. Bunu bilməyimiz mümkün deyil. Rəqib bu gün daha yaxşı idi.
- İkinci qolda qapıçının günahı nə qədər idi?
- Heç bir günahı yox idi. Biz həftəboyu məşqlərdə futbolçulara bildirmişdik ki, standart vəziyyətlərdə o zonanı bağlamalıyıq. Ancaq kimsə “yatdı”. Günahkar mənəm. Çünki bu futbolçuları mən seçirəm.
- Ötən oyun uduzmasanız da, müdafiədə problem görünürdü. Bu boşluqları necə aradan qaldırmağı düşünürsünüz?
- Birinci qolda taktiki fol eləməliydik. İkincidə uşaq səhvi etdik. Bəzən böyük komandalarda da belə şeylər olur. "Liverpul" - "Barselona" oyununda bunu görmüşdük. Kimdir günahkar? - Mən özüm.
- Qışda hücumçu və yarımmüdafiəçi aldınız. Müdafiəyə də oyunçu cəlb etməyiniz yaxşı olmazdımı?
- Klub prezidenti ilə danışdıqlarımızı mediaya deyə bilmərəm. Ola bilər ki, başımda saç yoxdur, ancaq nələr baş verdiyini görürəm. Yayda boşluqları doldurmağa çalışacağıq.
- Komanda Avropa Liqasına vəsiqə qazanmasa, günah kimdə olacaq: rəhbərlik, futbolçular, yoxsa sizdə?
- Bütün günahı üzərimə götürəcəyəm. Biz 4 oyundur uduzmurduq, birdən sistemi dəyişmək çətin olardı. Avropaya getməkdən danışırsınız, siz jurnalistsiniz, mən məşqçiyəm. Məsələlərə fərqli yanaşırıq. "Qəbələ"nin oyununa baxdım. Son sırada olsalar da, əla oynadılar və qələbə qazandılar. Niyə əvvəlki oyunlarda uduzurdular? Futbolda belə şeylər olur. Mən 10 dəfə 0:4 uduzmağı seçərdim, nəinki 40 dəfə 0:1 məğlub olmağı. Yəqin ki, sizin üçün çox maraqlıdır. 2 xal çox qazananda Avropa Liqasına gedirsən, 2 xal az olanda son sıraya düşürsən. Qalib gələndə bunu futbolçular etmiş olur, uduzanda baş məşqçi.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
- “Neftçi” 5 min manat cərimələndi
- Asif Məmmədovdan 18 ilin rekordu
- “Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
- “İmişli”də baş məşqçi istefası
- Kurban Berdiyev: “Bu sualı niyə mənə verirsiniz?”
- Maksimov məğlubiyyəti şərh etdi
-
22:06
“Sumqayıt”ın legioneri milliyə dəvət aldı
-
21:44
Bakıda cüdo üzrə U-17 yeniyetmələr arasında şəhər birinciliyinə start verilib
-
20:23
“Araz-Naxçıvan”ın müdafiəçisi əməliyyat olunub
-
19:35
AFFA-dan milli üzvünün hərbi xidmətə aparılmasına münasibət: “...açıqlama veriləcək”
-
18:52
Ağadadaş milliyə dəvət aldı
-
17:11
Krivotsyuk 90 dəqiqə oynadı
-
16:49
Zirədə Dövlət Bayrağı Gününə həsr olunan aksiya keçirilib FOTOLENT
-
16:27
Babək Quliyev UEFA-dan təyinat alıb
-
16:00
Azərbaycan millisi Olimpiya çempionu oldu
-
15:36
Yağışa görə II Liqanın oyunu təxirə salındı
-
15:14
"Trabzonspor" səfərdə sevindi VİDEO
-
14:48
Millimizin üzvü "Basketball Without Borders" proqramında iştirak edəcək
-
14:23
"Beşiktaş" 3 xalı 3 qolla qazandı VİDEO
-
13:55
Viçko Şevel: “Bu, sadəcə ilk dövrədir”
-
13:31
"Fənərbaxça"dan darmadağın VİDEO
-
13:19
Yunuszadə ehtiyatda qaldı, komandası uduzdu
-
13:00
"Yuventus"dan xal itkisi VİDEO
-
12:42
Renat Dadaşov yenə oynamadı
-
12:27
"Milan"ın qələbəsi VİDEO
-
12:06
Zamiq darmadağını kənardan izlədi
-
11:54
200-cü heç-heçə
-
11:38
"İnter" "Komo"ya şans tanımadı VİDEO
-
11:13
Murad Məmmədov üçün 31 dəqiqə
-
10:45
"Çelsi" autsayderə uduzdu VİDEO
-
10:21
Mahirdən qol ötürməsi, “Rakuv”dan qələbə
-
10:09
"Liverpul" qələnə həsrətinə son qoydu VİDEO
-
09:52
Nəriman yenə ehtiyatda qaldı
-
09:30
"Barselona"dan əzmkar qələbə VİDEO
-
21:42
Millimiz Latviyaya məğlub oldu
-
20:49
"Şamaxı"dan əzmkar heç-heçə VİDEO
-
20:11
“Çempionatın ən gənc komandasıyıq”
-
19:26
“Şamaxı" və "Sumqayıt"dan xal itkisi
-
19:00
“Araz-Naxçıvan”ın futbolçusu üçün yubiley
-
18:37
"Sumqayıt" səfərdən 1 xalla qayıtdı VİDEO
-
18:16
Filipe Kandido: “Rəqibdən yaxşı oynadıq, amma bu, qələbə üçün kifayət etmədi”
-
15:43
Şahrudin Məhəmmədəliyev 100-ə çatdı
-
14:28
Azərbaycanın kayak və kanoeçiləri beynəlxalq yarışın mükafatçıları olublar
-
14:05
“Qarabağ” antirekordun bir addımlığında: 15 mövsümdə ilk dəfə
-
13:32
Azərbaycan Premyer Liqasında son 4 mövsümün antirekordu
-
13:14
“Qarabağ” üzərində qələbə bizə əlavə motivasiya verir”
-
12:59
"Roma" 3 xalı 3 qolla qazandı VİDEO
-
12:41
“Traktor” evdə qalib gəldi
-
12:27
"Tottenhem" səfərdə xalsız qaldı VİDEO
-
12:00
“Qəbələ”nin futbolçusu: “Millidə oynamaq hər bir futbolçu üçün şərəfdir”
-
11:36
"Arsenal"dan çətin qələbə VİDEO
-
11:13
Millimizin üzvü oynamadı, komandası xalsız qaldı
-
10:58
PFL-dən “Zəfər Günü” süjeti: “Futbol döyüş yorğunluğumuzu çıxarmaq üçün yaxşı vasitə idi” VİDEO
-
10:45
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:22
"Qalatasaray"ın oyununda 7 qol vuruldu VİDEO
-
10:09
Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
09.11.2026
08.11.2026




















.jpeg)

.jpg)

