10 Avqust 2026, Bazar ertəsi
Nəriman rəsmən “Erzurumspor”da
“Sumqayıt” Qətər klubu ilə heç-heçə etdi
“Zirə” Namik Ələsgərovla yolları ayırdı
“Qarabağ” “Dinamo”ya məğlub oldu

Ölkə futbolu

Emil Balayev Norveçə yollandı

Millimizin qapıçısı Emil Balayev Norveçə yola düşüb.

Futbolxeber.az saytının azerisport.com-a istinadən verdiyi məlumata görə, o, yerli “Bude-Qlimt” klubu ilə aktiv danışıqlara başlayıb.

Məlumata görə, son Norveç çempionatının gümüş mükafatçısının əsas qapıçısı Türkiyə klubuna keçdiyindən yeni mövsüm ərəfəsində qolkiper axtarışındadır. Hal-hazırda 25 yaşlı futbolçumuz əsas qapıçı kimi düşünülür.

Dünən Balayev Bude şəhərinə gedib. Bu gün onun məşqçi heyəti ilə görüşü gözlənilir. Belə görüşlər Norveçdə futbolçu ilə danışıqlarda ənənəvi qayda hesab olunur. Danışıqlar müsbət yekunlaşsa, futbolçu ilə ən azı bir mövsümlük müqavilə bağlanacağı və artıq bu həftə Balayevin yeni komandasında məşqlərə başlayacağı gözlənilir.

Xatırladaq ki, E.Balayevin son klubu Qazaxıstan “Tobol”u olub. Bu qış futbolçumuz qazaxlarla müqaviləni ləğv edib və hazırda azad agent statusu daşıyır.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31