Ölkə futbolu
Qurban Qurbanov: “Elxan Məmmədovla görüşməmişəm”
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasında 18-ci turunda “Sumqayıt”la oyundan (1:0) sonra mətbuat konfransı keçirib. Futbolxeber.az saytının məlumatına görə, o, əvvəlcə qələbəni şərh edib.
- Gərgin oyun oldu. Hər iki komanda yaxşı futbol göstərdi. Vacib 3 xal qazandıq. Çempionatın hər oyunundan sonra digərinə daha ciddi yanaşmalı və diqqətli olmalıyıq. Futbolçularımı təbrik edirəm.
- Mahir Emreli iki sarı vərəqə ilə meydandan qovuldu. Siz də çılğın reaksiya göstərdiniz. Onunla söhbətiniz olacaq?
- Hər bir futbolçu ilə söhbətimiz olur. Orda baxmaq lazımdır ki, sarı vərəqələr var idi, ya yox. İlk epizodla bağlı fikrim yoxdur, ikincidə topa toxunmuşdu. Çox bəsit “sarı”lar oldu. Həmişə futbolçulara sarı vərəqələrə görə etiraz bildirmişəm. Hər oyunçu meydanda aqressiv olur. Bu dərəcədə sadə şəkildə vərəqə vermək olmaz. İdmanda bir az aqressiya normaldır. Mahirə etirazımı bildirdim ki, “sarı”n var idi, ehtiyac yox idi.
- “Sumqayıt” sizi nə iləsə təəccübləndirdi?
- Oyunlarımız həmişə gərgin keçir. Belə oyun gözləyirdik. İkinci hissədə daha rahat idik. Xeyli qol imkanımız oldu. “Sumqayıt” çempionatın ən yaxşı komandalarından biridir. Orda bir-birinə uyğun futbolçular toplaşıb. Ayxan müəllim sistemi oyunçulara görə qurub. Onların oyun üslubunu, futbolçuların potensialını bilirdik. Buna uyğun hazırlaşmışdıq. Oyundan oyuna daha təhlükəli “Sumqayıt” görürük.
- Ovusunun oyunu sizi qane edirmi?
- Normal idi. Bir neçə epizodda daha dəqiq oynaya bilərdi. Onun meydana çıxması sürəti artırdı. Bu, son dəqiqələrdə çox vacib idi. Sonradan meydana çıxan futbolçuda hər dəfə yaxşı alınmır. Amma özünü yaxşı tərəfdən göstərdi. Ona inanırıq. Qarşıdakı oyunlarda özünü daha yaxşı tərəfdən göstərəcəyini düşünürəm.
- Ramil Şeydayevin Azərbaycana qayıdışını necə qiymətləndirirsiniz?
- Mənim üçün çətin sualdır. Hamımız istərdik ki, xaricdə oynayan futbolçularımızın sayı daha çox olsun. Bəzən situasiyaya görə belə addım atılır. Oyun praktikası çox vacibdir. Əvvəldən belə bir istəyi olsaydı, yanvarda dərhal Azərbaycana gələrdi. Yəqin bir neçə variantı olub, amma alınmayıb. Onun böyük potensialı var. İşgüzarlığına görə həmişə ondan razı qalmışıq. İnkişaf üçün oynamaq lazımdır, amma daha yüksək səviyyəli çempionatlarda çıxış etməsini istərdik. Düşünürəm ki, yaxın ətrafı dərindən fikirləşib və ən yaxşı qərarı veriblər.
- Yaş limiti oyunçuları ilə bağlı tez-tez rotasiyalar edirsiniz. Bu, nə ilə bağlıdır?
- Daha çox rəqibə uyğun qərar veririk. Bundan başqa, hər bir futbolçuya oynamaq imkanı yaratmaq istəyirik. Bu, onların böyüməsi üçün imkan ola bilər. Gənclərimizin hər birinin böyük potensialı var. Onlara Rəşad Sadıqovun uşaqları deyirəm. Hamısını o tapıb. İmkanım olsa, hamısını meydana buraxaram. Amma birdəb-birə belə etmək düzgün olmaz. İstərdim ki, gələcəkdə hamısı əsas komandanın futbolçusu olsun.
- Rəşad Sadıqovun milli komandaya məşqçi və ya baş məşqçi gedişi ilə bağlı söhbətlər var. Elxan Məmmədovla görüşdüyü deyilir. Fikriniz necədir?
- Bütün məlumatlar yazılıb. Təkliflərdən biri Rəşaddır. İctimaiyyət belə rəy bildirib. Düşünürəm ki, bu, elə-belə deyil. Onun futbolda qoyduğu iz, ona olan hörmət və inama görə belə rəy formalaşıb. Hər biri sağ olsun ki, gənc məşqçimizə belə inanırlar. Tək Rəşada yox, digər cavan məşqçilərimizə də inam var.
- Sizin Elxan Məmmədovla görüşünüz olubmu?
- Mən görüşməmişəm.
- Milli komandanın toplanışına az qalıb. Ancaq baş məşqçi hələ dəqiqləşməyib. İctimaiyyət sizin yığmaya qayıtmağınızı istəyir...
- Mən tam azadam. “Qarabağ”ın baş məşqçisiyəm.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Neftçi” 5 min manat cərimələndi
- VII turun hakim təyinatları
- Azərbaycan kubokunda yeni rekord
- Asif Məmmədovdan 18 ilin rekordu
- Fətiyev bürünc medal qazandı
- “Səbail” qələbəni əldən verdi
- "Sumqayıt"ın qələbə həsrəti bitdi
-
23:05
"Neftçi" 3 xalı tək qolla qazandı VİDEO
-
22:36
Vernidub: “Sevinirəm ki, meydana sonradan çıxanlar nəticə verirlər”
-
21:58
"Zəfər Turu": "Turan Tovuz" və "Neftçi" qələbə qazandı
-
21:11
"Turan Tovuz" "Qarabağ"ı tək qolla üstələdi VİDEO
-
20:49
Qurban Qurbanov: "Bu, onların haqqı idi”
-
20:24
Kurban Berdıyevdən qələbə şərhi
-
19:00
“Neftçi” - “Kəpəz”: Heyətlər açıqlandı
-
18:37
Riçarlison “Qalatasaray”a keçir?
-
18:03
BOS: "Borussiya"nın ittihamı əsassızdır, "Barselona" isə narahat olmaya bilər" FOTOLENT
-
17:45
“Barselona” daha 3 futbolçusu ilə müqavilə yeniləyəcək
-
17:23
Azərbaycanın tamblinq millisi ardıcıl üçüncü dəfə dünya çempionu olub
-
16:56
“Qarabağ” - “Turan Tovuz”: Heyətlər müəyyənləşdi
-
16:31
Emin Mahmudov: "Milli formanı geyindiyim ilk günü heç vaxt unutmayacağam"
-
16:19
I Liqa klubunda yeni prezident
-
16:00
PFL “Ayın qolu”nun müəllifini mükafatlandırdı
-
15:38
Azərbaycanla oyuna 15 nəfər çağırıldı
-
15:02
"Turan Tovuz"un legioneri milliyə dəvət alıb
-
14:44
Üzgüçülərimiz Belarusda 2 medal qazanıblar
-
14:27
Azərbaycan - Latviya oyununun hakimləri məlum oldu
-
13:53
Stolüstü tennisçilərimiz Avrasiya Liqasında III turun oyunlarına çıxacaqlar
-
13:35
AMADA "10ların təbəssümü" layihəsi çərçivəsində qazi övladları üçün Zəfər Günü tədbiri keçirib
-
13:19
AFFA 8 komandaya texniki məğlubiyyət verdi
-
12:41
Millimizə 27 futbolçu dəvət aldı
-
12:20
“Şahdağ Qusar”a texniki qələbə verildi
-
12:08
Emin Mahmudov millidəki karyerasını başa vurur
-
11:52
Zəfər Gününə həsr olunmuş bədii gimnastika yarışı keçiriləcək
-
11:34
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
11:17
Azərbaycanda çıxış etmiş moldovalı futbolçu vəfat edib
-
10:45
UEFA reytinqi: Azərbaycan mövqeyini qoruyur
-
10:23
Azərbaycan gimnastları dünya çempionatında mübarizəni davam etdirirlər
-
10:09
"Milan"dan gözlənilməz məğlubiyyət VİDEO
-
09:51
Cüdoçularımız Zaqrebdə Qran-pri turnirində iştirak
-
09:30
"Beşiktaş" "Seltik"ə uduzdu VİDEO
-
21:14
Abşeron Olimpiya İdman Kompleksində kəmər dərəcələri üzrə rəsmi imtahan keçirilib
-
20:59
“Şəfa”da qalmaqal: maaşını tələb etdi, “23”lükdən uzaqlaşdırıldı
-
20:30
"Neftçi" "Kəpəz"lə oyuna hazırdır FOTOLENT
-
19:22
Çempionlar Liqasında həftənin ən yaxşı kim seçildi?
-
18:07
Millimiz Çexiya ilə heç-heçə etdi
-
17:46
Keyn Avropanın ən çox maaş alan futbolçusu oldu
-
17:33
O da FİFA prezidentliyinə namizəd olacaq
-
16:15
"Zirə" "Qəbələ" ilə oyuna hazırlaşır FOTOLENT
-
15:51
Almaniya millisinin heyəti açıqlandı
-
15:24
Zəfər Günü münasibətilə Gəncədə veloyürüş keçirilib
-
14:48
"Kəpəz"in futbolçusu milliyə çağırıldı
-
14:32
Ronaldo Portuqaliya millisinə vida etdi
-
14:00
"Şəki"də yeni baş məşqçi
-
13:17
Anatoli Ponomaryov: “Avropada bu komandaya getmək istəyirəm” deməklə iş bitmir”
-
12:56
Azərbaycan şahmatçısı U-20 dünya çempionatında bürünc medal qazanıb
-
12:23
“Neftçi”nin legionerinə millidən dəvət
-
11:39
XI turun hakim təyinatları açıqlandı
06.11.2026
05.11.2026
























