Ölkə futbolu
“Müharibə zamanı avtomatımın üstündə "Neftçi” şəkli var idi”
Bu gün "Neftçi” Futbol Akademiyasının məşqçisi - 9, 10 və 11 yaşlı futbolçulardan ibarət komandaları çalışdıran İslam Kərimovun 53 yaşı tamam olur.
Futbolxeber.az saytının məlumatına görə, 1992-ci il yanvarında "Neftçi”də çalışmağa başlayan İslam Kərimov həmin ilin martında könüllü olaraq cəbhəyə yollanıb. AFFA-nın bayrağı altında keçirilmiş yarışlarda 10 dəfə qızıl, 8 dəfə gümüş, 7 dəfə bürünc medallara layiq görülmüş mütəxəssis Bakı birinciliyinin səkkizqat, "Sabahın ulduzları”nın isə beşqat qalibidir. 2002-ci ildə U-17 milli komandası ilə Azərbaycan futbolu tarixində ilk dəfə Avropa çempionatının elit-raund mərhələsinə vəsiqə qazanmış Kərimov 2005-ci ildə "Neftçi”nin U-15 komandası ilə İtaliyada, U-12 komandası ilə Gürcüstanda, 2007-ci ildə "Neftçi”nin U-17 komandası ilə İzmirdə keçirilmiş beynəlxalq turnirlərin qalibi olub. 2007-ci ildə UEFA-nın A kateqoriyasına sahib çıxmış Kərimov 2010-cu ildə Azərbaycan Respublikasının Əməkdar Məşqçisi adına layiq görülüb, 2019-cu ildə isə "Qarabağ müharibə veteranı” və "Milli Ordu-100” medalları ilə təltif olunub. Azərbaycanda ilk dəfə 6 yaşlı futbolçuların layihəsini də məhz 2017-ci ildə "Neftçi”nin məşqçisi İslam Kərimov təşkil edib. Hazırda Premyer Liqada və 1-ci Divizionda çıxış edən 70 futbolçu onun yetirməsidir. Premyer Liqaya ən çox futbolçu bəxş etmiş məşqçi kimi 2017-ci ildə PFL-in "Fəxri fərman”ı ilə mükafatlandırılıb.
Klubun rəsmi saytı 28 ildir komandanın uğurları üçün çalışan İslam Kərimovu "Neftçi” ailəsi adından təbrik edib.
- Bu günü necə qeyd edəcəksiniz?
- Bu gün U-11 komandamızın oyunu var. "Sumqayıt”la qarşılaşacağıq. Hətta heç-heçə də etsək, Valeri Hacıyevin xatirə turnirinin finalına vəsiqə qazanacağıq. Buna görə də ad günümü futbol meydançasında qeyd edəcəm (gülür).
- İndiyədək ən yaddaqalan doğum gününüz hansı olub?
- 2001-ci ildəki doğum günüm ən yaddaqalan olub. 35 yaşımın tamam olması münasibətilə "Ruslan-93”də keçirilən tədbirə Azərbaycan futbol ictimaiyyətinin bütün məşhur simaları, klub rəhbərləri, baş məşqçilər, veteran futbolçular toplaşmışdı. Məhz həmin gün Azərbaycanın U-17 milli komandasına baş məşqçi təyin olunmuşdum.
- Yetişdirdiyiniz futbolçuların sizin üçün ən böyük hədiyyəsi nə olardı?
- Milli komandada oynamaq. Mənim şah əsərim Kamran Ağayevdir, Araz Abdullayevdir. Kamranı Bakıya Dəvəçidən gətirmişdim.
- Titullarınızın sayı-hesabı yoxdur. Onların hansı sizin üçün daha əzizdir?
- Mənim üçün ən əziz mükafat Qarabağ uğrunda müharibədə iştirak etdiyim üçün aldığım müharibə veteranı mükafatdır. Vətəndaşlıq borcumu yerinə yetirmişəm. Həm də müharibəyə "Neftçi”dən getmişəm. 1992-ci il fevralın 26-sı Xocalı hadisələri baş verəndən sonra, daha dəqiqi, martın 1-i klub prezidenti Aydın İbrahimova ərizə ilə müraciət edərək, könüllü olaraq cəbhəyə yollanmışam. Artıq martın 6-sı Ağdamda döyüşürdüm. 1 il sonra yenidən "Neftçi”yə qayıtmışam. Ali Baş Komandan bu gün göstəriş versə, yenə cəbhəyə gedərəm.
- Ömrünüzün yarıdan çoxunu "Neftçi”yə həsr etmisiz və hələ də həsr edirsiz. "Neftçi” sizin üçün nə deməkdir?
- "Neftçi” mənim həyatımdır. Özümü "Neftçi”siz təsəvvür etmirəm. Məşqçi kimi yalnız iki komandanın - "Neftçi”nin və millinin formasını geyinmişəm. "Neftçi”yə sadiq olmuşam, həmişə bu kluba sədaqətlə xidmət etmişəm. "Neftçi”li olmağımla qürur duyuram. Bütün klublardan dəvət almışam, amma "Neftçi”dən başqa heç bir klubda çalışmamışam. Hətta elə klub olub ki, məni əvəzedici komandaya baş məşqçi götürmək istəyib, getməmişəm. Heç vaxt "Neftçi”ni başqa kluba dəyişməmişəm. Müharibə zamanı avtomatımın üstündə "Neftçi” şəkli var idi. Hətta oğlum Fuad da "Neftçilər” xəstəxanasında dünyaya gəlib (gülür).
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Neftçi” 5 min manat cərimələndi
- VII turun hakim təyinatları
- Azərbaycan kubokunda yeni rekord
- Asif Məmmədovdan 18 ilin rekordu
- Fətiyev bürünc medal qazandı
- “Səbail” qələbəni əldən verdi
- "Sumqayıt"ın qələbə həsrəti bitdi
-
23:05
"Neftçi" 3 xalı tək qolla qazandı VİDEO
-
22:36
Vernidub: “Sevinirəm ki, meydana sonradan çıxanlar nəticə verirlər”
-
21:58
"Zəfər Turu": "Turan Tovuz" və "Neftçi" qələbə qazandı
-
21:11
"Turan Tovuz" "Qarabağ"ı tək qolla üstələdi VİDEO
-
20:49
Qurban Qurbanov: "Bu, onların haqqı idi”
-
20:24
Kurban Berdıyevdən qələbə şərhi
-
19:00
“Neftçi” - “Kəpəz”: Heyətlər açıqlandı
-
18:37
Riçarlison “Qalatasaray”a keçir?
-
18:03
BOS: "Borussiya"nın ittihamı əsassızdır, "Barselona" isə narahat olmaya bilər" FOTOLENT
-
17:45
“Barselona” daha 3 futbolçusu ilə müqavilə yeniləyəcək
-
17:23
Azərbaycanın tamblinq millisi ardıcıl üçüncü dəfə dünya çempionu olub
-
16:56
“Qarabağ” - “Turan Tovuz”: Heyətlər müəyyənləşdi
-
16:31
Emin Mahmudov: "Milli formanı geyindiyim ilk günü heç vaxt unutmayacağam"
-
16:19
I Liqa klubunda yeni prezident
-
16:00
PFL “Ayın qolu”nun müəllifini mükafatlandırdı
-
15:38
Azərbaycanla oyuna 15 nəfər çağırıldı
-
15:02
"Turan Tovuz"un legioneri milliyə dəvət alıb
-
14:44
Üzgüçülərimiz Belarusda 2 medal qazanıblar
-
14:27
Azərbaycan - Latviya oyununun hakimləri məlum oldu
-
13:53
Stolüstü tennisçilərimiz Avrasiya Liqasında III turun oyunlarına çıxacaqlar
-
13:35
AMADA "10ların təbəssümü" layihəsi çərçivəsində qazi övladları üçün Zəfər Günü tədbiri keçirib
-
13:19
AFFA 8 komandaya texniki məğlubiyyət verdi
-
12:41
Millimizə 27 futbolçu dəvət aldı
-
12:20
“Şahdağ Qusar”a texniki qələbə verildi
-
12:08
Emin Mahmudov millidəki karyerasını başa vurur
-
11:52
Zəfər Gününə həsr olunmuş bədii gimnastika yarışı keçiriləcək
-
11:34
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
11:17
Azərbaycanda çıxış etmiş moldovalı futbolçu vəfat edib
-
10:45
UEFA reytinqi: Azərbaycan mövqeyini qoruyur
-
10:23
Azərbaycan gimnastları dünya çempionatında mübarizəni davam etdirirlər
-
10:09
"Milan"dan gözlənilməz məğlubiyyət VİDEO
-
09:51
Cüdoçularımız Zaqrebdə Qran-pri turnirində iştirak
-
09:30
"Beşiktaş" "Seltik"ə uduzdu VİDEO
-
21:14
Abşeron Olimpiya İdman Kompleksində kəmər dərəcələri üzrə rəsmi imtahan keçirilib
-
20:59
“Şəfa”da qalmaqal: maaşını tələb etdi, “23”lükdən uzaqlaşdırıldı
-
20:30
"Neftçi" "Kəpəz"lə oyuna hazırdır FOTOLENT
-
19:22
Çempionlar Liqasında həftənin ən yaxşı kim seçildi?
-
18:07
Millimiz Çexiya ilə heç-heçə etdi
-
17:46
Keyn Avropanın ən çox maaş alan futbolçusu oldu
-
17:33
O da FİFA prezidentliyinə namizəd olacaq
-
16:15
"Zirə" "Qəbələ" ilə oyuna hazırlaşır FOTOLENT
-
15:51
Almaniya millisinin heyəti açıqlandı
-
15:24
Zəfər Günü münasibətilə Gəncədə veloyürüş keçirilib
-
14:48
"Kəpəz"in futbolçusu milliyə çağırıldı
-
14:32
Ronaldo Portuqaliya millisinə vida etdi
-
14:00
"Şəki"də yeni baş məşqçi
-
13:17
Anatoli Ponomaryov: “Avropada bu komandaya getmək istəyirəm” deməklə iş bitmir”
-
12:56
Azərbaycan şahmatçısı U-20 dünya çempionatında bürünc medal qazanıb
-
12:23
“Neftçi”nin legionerinə millidən dəvət
-
11:39
XI turun hakim təyinatları açıqlandı
06.11.2026
05.11.2026
























