Ölkə futbolu
“Həmkarlar İttifaqı futbolumuzun inkişafına xeyir verə bilmirsə, orda qalmağın mənası nədir?”
Uzun illər müxtəlif yaş qrupları üzrə milli komandalarımızda məşqçi kimi çalışmış Babək Alxasov Futbolxeber.az saytına müsahibə verib.
- Bildiyimizə görə, Nazim Süleymanovun yaratdığı və adını AFFA Həmkarlar İttifaqı qoyduğu təşkilatdan ayrılmısınız. Ayrılmağınıza səbəb nə oldu?
- Bəli, istefa ərizəmi təqdim edib, Həmkarlar İttifaqından ayrılmışam. Ayrılmağımın bir neçə səbəbi var. Həmkarlar İttifaqı futbolumuzun inkişafına xeyir verə bilmirsə, orda qalmağın mənası nədir? Üstəlik, təşkilat təyinatı üzrə iş aparmır, yarandığı gündən qeydiyyata alınmır. Söz-söhbətlər dedi-qodular çoxdur. Halbuki söz-söhbətdənsə əmələ işə keçmək lazımdır. Hər birimiz futbol adamıyıq. Ona görə də sıx birləşib, futbolumuza xeyir verməliyik.
- Sizdən başqa da təşkilatdan ayrılan olub?
- Bəli, başqa ayrılan da var. Ad açıqlamaq istəməzdim, yəqin ki özləri bu barədə danışarlar.
- Üzv olduğunuz müddətdə Həmkarlar İttifaqının futbolumuzun inkişafı üçün gördüyü hansı işi qeyd edə bilərsiz?
- Bilirsiz, bu gün məşqçi və veteranlar arasında konstruktiv əlaqələr demək olar ki itib. Futbolun inkişafı qalıb bir tərəfdə, biz lazımsız söhbətlərlə məşğuluq.
- Həqiqətən də veteranların yer aldığı 2 təşkilat, daha da konkretləşdirsək, Oqtay Abdullayevlə Nazim Süleymanov arasındakı insident kənardan heç də xoş təsir bağışlamır. Razısız ki, 2 veteran arasındakı bu cür münasibət gənclərə də pis örnəkdir?
- Təbii ki, veteranlar arasındakı söz-söhbətlər gənc nəslə də pis təsir edir, onları korlayır. Halbuki ömür qısadır, vaxtımızı daha faydalı işlərə sərf etməliyik.
- Oqtay Abdullayevlə Nazim Süleymanov, yaxud rəhbərlik etdikləri 2 təşkilat nəyi bölüşdürə bilmir?
- Həmkarlarla veteranlar arasında heç bir problem demək olar ki yoxdur. Sadəcə ortada müəyyən anlaşılmazlıqlar olub və marağı olan bəzi insanlar bu anlaşılmazlıqlardan istifadə edib, bu iki təşkilatı üz-üz qoyublar. Həm Oqtay Abdullayev, həm Nazim Süleymanov futbolumuzda saç ağartmış insanlardı. Onların futbolumuzdakı əməyi böyükdür. Aralarında da bildiyim qədəri ilə heç bir problem yoxdur. Bu gün əgər Veteranlar İttifaqı varsa, lazım olsa Həmkarlar İttifaqı da ola bilər, lakin sivil formada.
- Sözlərinizdən belə başa düşdüm ki, 2 təşkilatı yan-yana gətirmək mümkündür...
- Əlbəttə. Azərbaycan futboluna ən vacibi birlik lazımdı. İş olan yerdə, səhv də olur, eniş də. Əsas odur ki, düşdüyün durumdan üzüağ çıxa biləsən.
- Babək müəllim, bu dedi-qoduların səngiməsi üçün çıxış yolunu nədə görürsüz?
- Hamı AFFA ətrafında sıx birləşməlidir. Hərə öz sahəsində futbolun inkişafına töhfəsini verməlidir. Bir olmasaq, irəli getmək qeyri-mümkündür.
- Azərbaycan futbolu həqiqətən də, Həmkarlar İttifaqının üzvlərinin dediyi kimi, tənəzzül yaşayır?
- Futbolumuzun bugününü tənəzzül saymıram. Əvvəl necə olubsa, elə indi də həmin səviyyədədi. Əsas probemlərimizdən biri odur ki, Avropa futboluna inteqrasiya eləməyimiz çətindir. Uşaqlarımız bu gün gedib Avropada oynaya bilmirlər. Bəzən deyirlər ki, Lüksemburq, Lixtenşteyn kimi ölkələrin futbolu inkişaf edir. O ölkələr Avropanın mərkəzində yerləşirlər və oradakı gənclər üçün Avropa futboluna inteqrasiya etmək bizdəki kimi çətin deyil. Yoxsa ki, futbolumuzun səviyyəsi elə həmin səviyyədi. Bunu klublarımızın, xüsusən də “Qarabağ”ın timsalında avrokuboklarda görürük.
- 2020-ci il Azərbaycan futbolu üçün vacib ildir...
- Bəli, bu il Azərbaycan Avropa çempiontının 4 oyununa ev sahibliyi edəcək. Çox istərdim ki, 2020 barış ili olsun, futbolumuzdakı bütün problemlərdən qurtulaq. Anlaşılmazlıqlar geridə qalsın. Hər birimiz AFFA ətrafında sıx birləşib, futbolumuzun inkişafı üçün çalışmalıyıq.
- Siz AFFA ətrafında birləşməyi qeyd etsəniz də, Həmkarlar İttifaqı bu gün AFFA-ya qarşı radikal müxalif münasibəti bəsləyir. Ən azı kənardan belə görünür...
- Həqiqətən də Həmkarlar İttifaqlarının bəzi üzvlərinin çıxışlarına qulaq asanda bu sezilə bilər. Artıq söz-söhbətlərdən müxalif fikir, narazılıqlar yaranır. Bu da ondan irəli gəlir ki, təşkilat öz adına uyğun fəaliyyət göstərə bilmir.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Neftçi” 5 min manat cərimələndi
- VII turun hakim təyinatları
- Azərbaycan kubokunda yeni rekord
- Asif Məmmədovdan 18 ilin rekordu
- Fətiyev bürünc medal qazandı
- “Səbail” qələbəni əldən verdi
- "Sumqayıt"ın qələbə həsrəti bitdi
-
23:05
"Neftçi" 3 xalı tək qolla qazandı VİDEO
-
22:36
Vernidub: “Sevinirəm ki, meydana sonradan çıxanlar nəticə verirlər”
-
21:58
"Zəfər Turu": "Turan Tovuz" və "Neftçi" qələbə qazandı
-
21:11
"Turan Tovuz" "Qarabağ"ı tək qolla üstələdi VİDEO
-
20:49
Qurban Qurbanov: "Bu, onların haqqı idi”
-
20:24
Kurban Berdıyevdən qələbə şərhi
-
19:00
“Neftçi” - “Kəpəz”: Heyətlər açıqlandı
-
18:37
Riçarlison “Qalatasaray”a keçir?
-
18:03
BOS: "Borussiya"nın ittihamı əsassızdır, "Barselona" isə narahat olmaya bilər" FOTOLENT
-
17:45
“Barselona” daha 3 futbolçusu ilə müqavilə yeniləyəcək
-
17:23
Azərbaycanın tamblinq millisi ardıcıl üçüncü dəfə dünya çempionu olub
-
16:56
“Qarabağ” - “Turan Tovuz”: Heyətlər müəyyənləşdi
-
16:31
Emin Mahmudov: "Milli formanı geyindiyim ilk günü heç vaxt unutmayacağam"
-
16:19
I Liqa klubunda yeni prezident
-
16:00
PFL “Ayın qolu”nun müəllifini mükafatlandırdı
-
15:38
Azərbaycanla oyuna 15 nəfər çağırıldı
-
15:02
"Turan Tovuz"un legioneri milliyə dəvət alıb
-
14:44
Üzgüçülərimiz Belarusda 2 medal qazanıblar
-
14:27
Azərbaycan - Latviya oyununun hakimləri məlum oldu
-
13:53
Stolüstü tennisçilərimiz Avrasiya Liqasında III turun oyunlarına çıxacaqlar
-
13:35
AMADA "10ların təbəssümü" layihəsi çərçivəsində qazi övladları üçün Zəfər Günü tədbiri keçirib
-
13:19
AFFA 8 komandaya texniki məğlubiyyət verdi
-
12:41
Millimizə 27 futbolçu dəvət aldı
-
12:20
“Şahdağ Qusar”a texniki qələbə verildi
-
12:08
Emin Mahmudov millidəki karyerasını başa vurur
-
11:52
Zəfər Gününə həsr olunmuş bədii gimnastika yarışı keçiriləcək
-
11:34
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
11:17
Azərbaycanda çıxış etmiş moldovalı futbolçu vəfat edib
-
10:45
UEFA reytinqi: Azərbaycan mövqeyini qoruyur
-
10:23
Azərbaycan gimnastları dünya çempionatında mübarizəni davam etdirirlər
-
10:09
"Milan"dan gözlənilməz məğlubiyyət VİDEO
-
09:51
Cüdoçularımız Zaqrebdə Qran-pri turnirində iştirak
-
09:30
"Beşiktaş" "Seltik"ə uduzdu VİDEO
-
21:14
Abşeron Olimpiya İdman Kompleksində kəmər dərəcələri üzrə rəsmi imtahan keçirilib
-
20:59
“Şəfa”da qalmaqal: maaşını tələb etdi, “23”lükdən uzaqlaşdırıldı
-
20:30
"Neftçi" "Kəpəz"lə oyuna hazırdır FOTOLENT
-
19:22
Çempionlar Liqasında həftənin ən yaxşı kim seçildi?
-
18:07
Millimiz Çexiya ilə heç-heçə etdi
-
17:46
Keyn Avropanın ən çox maaş alan futbolçusu oldu
-
17:33
O da FİFA prezidentliyinə namizəd olacaq
-
16:15
"Zirə" "Qəbələ" ilə oyuna hazırlaşır FOTOLENT
-
15:51
Almaniya millisinin heyəti açıqlandı
-
15:24
Zəfər Günü münasibətilə Gəncədə veloyürüş keçirilib
-
14:48
"Kəpəz"in futbolçusu milliyə çağırıldı
-
14:32
Ronaldo Portuqaliya millisinə vida etdi
-
14:00
"Şəki"də yeni baş məşqçi
-
13:17
Anatoli Ponomaryov: “Avropada bu komandaya getmək istəyirəm” deməklə iş bitmir”
-
12:56
Azərbaycan şahmatçısı U-20 dünya çempionatında bürünc medal qazanıb
-
12:23
“Neftçi”nin legionerinə millidən dəvət
-
11:39
XI turun hakim təyinatları açıqlandı
06.11.2026
05.11.2026
























