30 May 2026, Şənbə
“Qrup lideri olmaq niyyətindəyik”
Millimiz İtaliyanı məğlub etdi
Kaxaber Sxadadzedən qələbə şərhi
“Qəbələ” “Mingəçevir”ə qalib gəldi

Ölkə futbolu

"Zirə" və "Qəbələ" yarımfinalda

Bu gün Azərbaycan kubokunda ilk yarımfinalçılar müəyyənləşib.

Futbolxeber.az saytının məlumatına görə, 1/4 final cavab görüşləri çərçivəsində "Zirə" "Səbail"i qəbul edib. Əlavə vaxtda rəqib qapısına yol tapan "Zirə" adını ən güclü dördlüyə yazdırıb.

Günün digər matçında  "Sabah" "Qəbələ"ni qəbul edib. İlk görüşdə 3:0 hesabı ilə qalib gələn əyalət təmsilçisi cavab matçında da qələbəyə sevinib.

Bununla da gələn ilin aprelində keçirilək yarımfinalın ilk cütlüyü məlumdur. Finala yüksəlmək uğrunda "Zirə" və "Qəbələ" üz-üzə gələcək. 

Qeyd edək ki, 1/4 final mərhələsinin digər 2 cavab görüşü sabah keçiriləcək.

Azərbaycan kuboku

1/4 final, cavab görüşləri

19 dekabr

“Sabah” - “Qəbələ” 2:3

Qollar: Davit Volkov 22 (0:1); 23 (0:2), Bəhlul Mustafazadə 62 (1:2), Klesio Bauk 64 (1:3), Bəhlul Mustafazadə 76 (2:3)

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Qəzənfər Məmmədov, Namiq Bəkirov

“Bank Respublika Arena”

İlk oyun - 0:3

“Zirə” - “Səbail” 1:0

Qol: Sezar Rodrigez, 105+1

Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Mübariz Haşımov, Vüqar Həsənli

Zirə İdman Kompleksinin stadionu

İlk oyun - 0:0

20 dekabr

17:00. “Sumqayıt” - “Neftçi”

İlk oyun - 1:0

20:00. “Keşlə” - “Qarabağ”

İlk oyun - 0:1








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31