Ölkə futbolu
“Sabah”ın baş məşqçisi də “reklam davası” edir?
“Sabah” dünən Premyer Liqanın 14-cü turunda “Neftçi”yə uduzdu. Keçirdiyi oyunların tən yarısında xalsız qalan “Sabah”ın növbəti məğlubiyyəti gözlənilməz olmadı. Əsas sürpriz oyunsonrası mətbuat konfransında, komandanın yeni baş məşqçisi Jelko Sopiçin dedikləri idi. Xorvat mütəxəssis açıqlamaları ilə özündən əvvəl komandanı çalışdıran, hazırkı heyəti formalaşdıran Elşad Əhmədovu, yayda lazımsız legionerlərə milyonlar sərf edən klubun rəhbərliyinə dərsk keçdi.
“Hazırkı heyətlə “Sabah” nəyə nail ola bilər” sualıma Sopiçin “Bu barədə nəsə deməyim düz olmaz. Bu mövzuya girsəm, gərək məndən öncə çalışanlar barədə də danışım. Oyunlara baxmısınızsa, siz özünüz hər şeyi görmüsünüz” cavabını verməsi açıq-aşkar yayda xərclənən milyonların göyə sovrulması demək idi.
Xorvat məşqçinin sonrakı açıqlamaları da klubun mövsümöncəsi həyata keçirdiyi transfeləri darmadağın etdi: “Qışda nəsə dəyişikliklər etməliyik. Bunu görmək üçün məşqçi olmağa ehtiyac yoxdu. Adi azarkeş də bunu hiss edir. Kluba gələrkən mənə dedilər ki, filan futbolçu top səviyyədədi. Bilmirəm mən axmağam? Mənim kifayət qədər təcrübəm var. Qış fasiləsindən sonra əsas komandada Şakir kimi 7-8 oyunçum olacaq. İstəmirəm ki, rəqibin 10, mənim 3 qol şansım olsun. Göyə, Allaha və qapıçının ümidinə qalmaq istəmirəm. Əgər əcnəbi futbolçular alınmasa, 10 azərbaycanlı ilə oynayacam”.
Hər nə qədər ad çəkməsə də, Jelko Sopiç açıq şəkildə izah etdi ki, komandaya bəh-bəhlə gətirilən futbolçularla uğur qazanmaq qeyri-mümkündü. Ona əvvəldən oyunçuların səviyyəsinin yüksək olduğu deyilsə də, meydanda gördükləri əksini sübut edir.
Əslində, “Sabah”da işlərin düz qurulmadığı çoxdan məlumdu. Dəfələrlə yayda xərclənən milyonların göyə sovrulduğunu, bu məşqçi və futbolçularla qarşıya qoyulan məqsədin əlçatmaz olduğu barədə yazmışıq. Lakin təəssüf ki, bəziləri bu yazılanları, haqlı tənqidləri şər, böhtan adlandırdı. Hətta qeyd edilən çatışmazlıqları aradan qaldırmaq əvəzinə klubu haqlı tənqid edən jurnalistləri “reklam davası” etməkdə günahlandırdılar. Başa düşürük, klubun əməkdaşlıq etdiyi mətbuat orqanlarının bəziləri “Sabah”dakı problemləri görməzdən gəlir. Amma hər şey pulla, əməkdaşlıqla ölçülmür, hörmətli cənablar.
Dünən yeni baş məşqçi açıqlamaları ilə özündən əvvəlki məşqçiləri də, transfer çalışmalarına cavabdeh olan klub rəsmilərinin də göydən yerə vurdu. Buyurun, indi ki problemləri “reklam davası” edir dediyiniz jurnalistlər sadalamır, komandanızın baş məşqçisi söyləyir. Özü də bütün çılpaqlığı ilə.
Qış fasiləsində Jelko Sopiç “Sabah”dan uzaqlaşdırılsa, qətiyyən təəccüblənməyin. Rəhbərliyin ayırdığı milyonları göyə sovuranlara çətin ki bu cür həqiqəti söyləyən məşqçi lazım olsun...
İBRAHİM
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA elə bilirdi italyanlardan ağıllıdır...
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
- Kandido: “Qələbəyə layiq idik”
- Kaşuk:"Neftçi” ilə oyundan sonra komandanın inzibatçısı mənə zəng etdi və..."
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- Asif Məmmədovdan 18 ilin rekordu
- “Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
- Maksimov məğlubiyyəti şərh etdi
- “Turan” “Mladost”u məğlub etdi
- "Şamaxı" və "Sumqayıt"dan qələbə
-
22:43
Keçən dəfə ikisinə 14, bu dəfə hərəsinə 4
-
20:39
Əliyar Ağayev Millətlər Liqası matçına təyinat aldı
-
19:11
“Milan” Rabyoya yeni müqavilə təklif etdi
-
19:00
U-21 yığmamız Omanı məğlub etdi
-
18:28
Xavi: “Almaniya ilə oyun bizim üçün ciddi test olacaq”
-
17:57
Cüdo üzrə böyüklər arasında Bakı şəhər çempionatı start götürüb
-
17:12
Dadaşovun komandası 13 gün sonra yekunlaşan görüşdə qələbə qazandı
-
16:46
Basketbol millimiz İrlandiyaya uduzdu
-
16:35
“Şahdağ Qusar” “Şəfa”ya qalib gəldi
-
15:24
Region cüdoçuları üçün "Təhlükəsiz idman" mövzusunda maarifləndirici seminar keçirilib
-
15:03
“Turan Tovuz”un qapıçısından inamlı oyun, komandası finalda
-
14:19
Salah rekorda imza atdı
-
13:51
Rövşən Nəcəf millimizi təbrik etdi
-
12:48
“Mançester Yunayted” Poçettinonun təyinatı üçün 12 milyon dollar xərcləyib
-
12:27
"Neftçi"nin sabiq futbolçusu Braziliya klubunda
-
12:00
Mutsinzi və Mikels Malidə məyus oldular
-
11:32
İtaliya millisinin heyətində itki
-
11:16
Ronaldonun oğlu Portuqaliyanın U-17 millisində debüt etdi
-
10:54
Argentina öz meydanında Uruqvaya uduzdu VİDEO
-
10:25
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:03
Dakar-2026 Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının bağlanış mərasimi olub
-
09:41
Marandiçi yenə Pokatilov üzərində qələbəyə sevindi
-
09:19
Millimizin qələbəsi VİDEO
-
09:00
“Qarabağ”ın müdafiəçisi 90 dəqiqə meydanda oldu
-
02:27
Ayxan Abbasov: “90+6-cı dəqiqədə Emilə deyə bilmərik ki, oyunu tez başlat”
-
01:38
Millimiz Lixtenşteynə qalib gəldi
-
22:52
Lixtenşteyn - Azərbaycan: Heyətlər açıqlandı
-
20:35
Krivostyuk heyətdən çıxarıldı
-
19:41
PFL rəsmiləri Dünya Liqaları Assosiasiyasının illik konfransında iştirak ediblər
-
18:24
ABŞ-dən olan legioner Azərbaycan klubunda
-
18:00
Samir Abasov: “Görün, nə günə qalmışıq ki, artıq ümidimiz Lixtenşteynlə görüşədir"
-
17:37
Asim Xudiyev yeni təyinat alıb
-
16:53
I Liqa klubunda baş məşqçi istefası
-
16:18
Poçettino rəsmən “Mançester Yunayted”də
-
15:46
Azərbaycan Yeniyetmələrin Yay Olimpiya Oyunlarını altı medalla başa vurub
-
15:09
PFL daha 4 oyun oyun cədvəlini açıqladı
-
14:25
Fransa klubunda baş məşqçi istefası
-
13:52
Türkiyə millisinin heyətində itki
-
13:31
Avropa çempionatında 7 boksçumuz mübarizə aparacaq
-
13:14
Azərbaycan kubokunda 1/8 final oyunlarının vaxtı müəyyənləşdi
-
13:00
13-cü turun oyun cədvəli açıqlandı
-
12:43
Kaşuk: “Müəyyən vaxtda həqiqətən də klubumu dəyişmək barədə düşünürdüm”
-
12:27
Eduard Məmmədov 13-cü dəfə Avropa çempionu olub
-
11:58
Skaloninin müqaviləsi yeniləndi
-
11:36
Özbəkistan - Rusiya matçında 5 qol VİDEO
-
11:00
Elvin Camalov: “Milli komandadan əlimi üzməmişəm”
-
10:45
“Neftçi”nin yarımmüdafiəçisi 4 qollu qələbəyə sevindi
-
10:29
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:12
Dakar-2026: Azərbaycan millisi medal sıralamasında irəliləyib
-
09:54
Türkiyə Belçikaya uduzdu VİDEO
14.11.2026
13.11.2026
























