Ölkə futbolu
Aftandil Hacıyev üçün Leonid Slutski nümunəsi
Dünən Premyer Liqamızın 13-cü turunun startı turnir cədvəlində müəyyən dəyişikliklərlə yadda qaldı. “Sumqayıt”ı məğlub edən “Keşlə”nin yenidən, ən azı 1 günlük ikinci pilləyə yüksəlməsi gözlənilən idi. Amma yanvardan sonrakı taleyi qeyri-müəyyən olan “Qəbələ”nin “Zirə”ni darmadağın etməsi bir qədər sürpriz oldu. Təbii ki, Elmar Baxşıyevin komandasının əzmkarlığı alqışa layiqdi. “Zirə” ilə oyunda 3 xalı 3 qolla qazanan əyalət təmsilçisi həm də turnir cədvəlinin son pilləsindən qurtuldu. Artıq turnir cədvəlində sonuncu yeri “Səbail” tutur. O “Səbail” ki ötən mövsüm məhz “Qəbələ”ni qabaqlayıb bürünc medala sahib çıxmışdı. Amma bu gün “Səbail” açıq-aşkar qara zolaqdadır. Komanda tarixində ilk dəfədir ki, Premyer Liqada sonuncu pillədə qərarlaşıb.
Artıq 8 turdur qələbə üzünə həsrət qalan Aftandil Hacıyevin komandası son dəfə 5-ci turda “Keşlə”ni 2:1 hesabı ilə məğlub edib. Növbəti 8 oyunda cəmi 2 xal qazanan “Səbail” 6 dəfə meydanı məğlub tərk edib. Komanda qələbə bir yana, qol vurmağı da yadırğayıb. Son 5 oyunda rəqib qapılarından cəmi 1 top keçirilib.
Bəs ötən mövsüm Avroliqaya vəsiqə qazanan “Səbail”in problemi nədir? Əvvəlcə bu, maliyyə durumu ilə əlaqələndirilirdisə, sonradan bu məsələ həll olundu. Hal-hazırda komandada pulla bağlı ciddi sıxıntı yoxdu. Futbolçular, məşqçilər korpusu maaşlarını vaxtında alırlar.
Maraqlıdır ki, baş məşqçi Aftandil Hacıyev uğursuzluğunun səbəbini özündə başqa hamıda, hər şeydə görür. Ötən mövsümün gedişində dəfələrlə 7-ci yerdə qəbul etdiyi komandanın 3-cü pilləyə yüksəlməsini xüsusi vurğulasa da, bugünkü uğursuzluq zamanı yaxasını kənara çəkir. İstefa vermək barədə düşünmədiyini bildirən A.Hacıyev komandanın düşdüyü uğursuz durumu heyətlə bağlayır. Amma baş məşqçinin iddiası daha çox bəhanəyə oxşayır. Çünki heyətə baxsaq, görərik ki, “Səbail”in heyəti heç də sonuncu yerdə olacaq səviyyədə deyil. Aftandil Hacıyevin komandası məgər heyətinə görə “Qəbələ”dən, yoxsa “Sumqayıt”dan zəifdi? “Səbail” futbolçularının səviyyəsinə görə hətta “Keşlə”dən də üstündü. Lakin bu 2 komanda arasındakı əsas fərq məşqçi işidi. Tərlan Əhmədovdan fərqli olaraq Aftandil Hacıyev sərəncamındakı futbolçulardan vahid kollektiv formalaşdıra bilməyib.
Moldova millisinin də üzvü olan Yevgeni Koçuku bu gün Premyer Liqamızın hansı klubu heyətində görmək istəməz? Yaxud hansı komandada Ağabala Ramazanov, Mirabdulla Abbasov kimi yerli hücumçular var? Bəlkə Aleksandr Rıbka zəif qapıçıdı? Budur zəif heyət? Ağabala Ramazanov və Mirabdulla Abbasov kimi hücumçuları olan komanda 5 oyunda niyə qol vura bilməsin ki?
Görünən odur ki, “Səbail” təkcə hücum deyil, eləcə də müdafiə planında axsayır. Yüksək məvacib alan Elvin Yunuszadə, hansı səbəbdən komandanın kapitanı seçilməsi məlum olmayan Eltun Yaqublunun başçılıq etdiyi arxa xətt işinin öhdəsindən gələ bilmir.
İstefa barədə düşünməyən, uğursuzluğa görə gah maliyyə durumunu, gah heyətin zəifliyini önə çəkən Aftandil Hacıyev yaxşı olar ki, Leonid Slutskidən nümunə götürsün. Hollandiya çempionatının 15-ci turunda səfərdə “Herenven”ə 2:3 hesabı ilə uduzan “Vitess”in çalışdırıcısı istefa verdiyini açıqladı. Rusiyalı mütəxəssisin rəhbərliyi altında komandası çempionatda keçirdiyi son 5 oyunda xal üzünə həsrət qalıb. “Səbail”dən fərqli olaraq “Vitess” hazırda turnir cədvəlinin son pilləsində deyil. Lakin Slutski uğursuzluğu üzərinə götürürək komandadan ayrılmaq qərarını verdi: “Vəziyyəti dəyişmək üçün əlimdən gələni etdim. Lakin təəssüf ki, alınmadı. Belə vəziyyətdə klub və azarkeşlər barədə düşünməliyəm. İstefa verməkdən başqa seçimim yoxdur”...
Görəsən, Aftandil Hacıyev nə zaman öz işsiz qalmamağını yox, “Səbail”i düşünəcək? Nə vaxt başa düşəcək ki, artıq komandanı bu vəziyyətdən çıxaracaq gücdə deyil? “Səbail” daha neçə oyun uduzmalıdır ki, komandada baş məşqçi dəyişikliyi olsun?
İBRAHİM
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Neftçi” 5 min manat cərimələndi
- VII turun hakim təyinatları
- Azərbaycan kubokunda yeni rekord
- Asif Məmmədovdan 18 ilin rekordu
- Fətiyev bürünc medal qazandı
- “Səbail” qələbəni əldən verdi
- "Sumqayıt"ın qələbə həsrəti bitdi
-
23:05
"Neftçi" 3 xalı tək qolla qazandı VİDEO
-
22:36
Vernidub: “Sevinirəm ki, meydana sonradan çıxanlar nəticə verirlər”
-
21:58
"Zəfər Turu": "Turan Tovuz" və "Neftçi" qələbə qazandı
-
21:11
"Turan Tovuz" "Qarabağ"ı tək qolla üstələdi VİDEO
-
20:49
Qurban Qurbanov: "Bu, onların haqqı idi”
-
20:24
Kurban Berdıyevdən qələbə şərhi
-
19:00
“Neftçi” - “Kəpəz”: Heyətlər açıqlandı
-
18:37
Riçarlison “Qalatasaray”a keçir?
-
18:03
BOS: "Borussiya"nın ittihamı əsassızdır, "Barselona" isə narahat olmaya bilər" FOTOLENT
-
17:45
“Barselona” daha 3 futbolçusu ilə müqavilə yeniləyəcək
-
17:23
Azərbaycanın tamblinq millisi ardıcıl üçüncü dəfə dünya çempionu olub
-
16:56
“Qarabağ” - “Turan Tovuz”: Heyətlər müəyyənləşdi
-
16:31
Emin Mahmudov: "Milli formanı geyindiyim ilk günü heç vaxt unutmayacağam"
-
16:19
I Liqa klubunda yeni prezident
-
16:00
PFL “Ayın qolu”nun müəllifini mükafatlandırdı
-
15:38
Azərbaycanla oyuna 15 nəfər çağırıldı
-
15:02
"Turan Tovuz"un legioneri milliyə dəvət alıb
-
14:44
Üzgüçülərimiz Belarusda 2 medal qazanıblar
-
14:27
Azərbaycan - Latviya oyununun hakimləri məlum oldu
-
13:53
Stolüstü tennisçilərimiz Avrasiya Liqasında III turun oyunlarına çıxacaqlar
-
13:35
AMADA "10ların təbəssümü" layihəsi çərçivəsində qazi övladları üçün Zəfər Günü tədbiri keçirib
-
13:19
AFFA 8 komandaya texniki məğlubiyyət verdi
-
12:41
Millimizə 27 futbolçu dəvət aldı
-
12:20
“Şahdağ Qusar”a texniki qələbə verildi
-
12:08
Emin Mahmudov millidəki karyerasını başa vurur
-
11:52
Zəfər Gününə həsr olunmuş bədii gimnastika yarışı keçiriləcək
-
11:34
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
11:17
Azərbaycanda çıxış etmiş moldovalı futbolçu vəfat edib
-
10:45
UEFA reytinqi: Azərbaycan mövqeyini qoruyur
-
10:23
Azərbaycan gimnastları dünya çempionatında mübarizəni davam etdirirlər
-
10:09
"Milan"dan gözlənilməz məğlubiyyət VİDEO
-
09:51
Cüdoçularımız Zaqrebdə Qran-pri turnirində iştirak
-
09:30
"Beşiktaş" "Seltik"ə uduzdu VİDEO
-
21:14
Abşeron Olimpiya İdman Kompleksində kəmər dərəcələri üzrə rəsmi imtahan keçirilib
-
20:59
“Şəfa”da qalmaqal: maaşını tələb etdi, “23”lükdən uzaqlaşdırıldı
-
20:30
"Neftçi" "Kəpəz"lə oyuna hazırdır FOTOLENT
-
19:22
Çempionlar Liqasında həftənin ən yaxşı kim seçildi?
-
18:07
Millimiz Çexiya ilə heç-heçə etdi
-
17:46
Keyn Avropanın ən çox maaş alan futbolçusu oldu
-
17:33
O da FİFA prezidentliyinə namizəd olacaq
-
16:15
"Zirə" "Qəbələ" ilə oyuna hazırlaşır FOTOLENT
-
15:51
Almaniya millisinin heyəti açıqlandı
-
15:24
Zəfər Günü münasibətilə Gəncədə veloyürüş keçirilib
-
14:48
"Kəpəz"in futbolçusu milliyə çağırıldı
-
14:32
Ronaldo Portuqaliya millisinə vida etdi
-
14:00
"Şəki"də yeni baş məşqçi
-
13:17
Anatoli Ponomaryov: “Avropada bu komandaya getmək istəyirəm” deməklə iş bitmir”
-
12:56
Azərbaycan şahmatçısı U-20 dünya çempionatında bürünc medal qazanıb
-
12:23
“Neftçi”nin legionerinə millidən dəvət
-
11:39
XI turun hakim təyinatları açıqlandı
06.11.2026
05.11.2026
























