Ölkə futbolu
Yurçeviç: “Hansısa oyunçumuzu Beyllə təkbətək qoymaq istəmirik”
Milli komandamızın baş məşqçisi Nikola Yurçeviç Avro-2020-nin seçmə mərhələsinin Uelslə oyun öncəsi mətbuat konfransı keçirib. Futbolxeber.az saytının məlumatına görə, xorvatiyalı mütəxəssis əvvəlcə matçla bağlı fikirlərini bildirib.
- Beş gündür toplanışdayıq. Əhval-ruhiyyə yaxşıdır. Macarlarla oyundan əvvəl də beləydi. Bu dəfə də zədə və digər səbəblərdən oynaya bilməyəcək futbolçular var. Rüfət Dadaşov heyətdən çıxarıldı. Maksim Medvedevin oynamaq ehtimalı azdır. Eddi İsrafilov gələ bilmədi. Son oyunlarda rəqiblərə yaxşı müqavimət göstərə bilirik. Son 5 dəqiqədə oyunları uduzmuşuq. Səbəblər arasında bəxtsizliyimizi də göstərmək olar. Hər halda nikbinik və yaxşı olacağına ümid edirik.
- Sonradan dəvət etdiyiniz oyunçular zədəlilər və gələ bilməyənləri əvəz edə biləcək gücdədirlər?
- Təbii ki, hazırda problemli futbolçularımız əsas heyət üzvləridir. Onları əvəzləmək asan olmayacaq. Amma ümid edirəm ki, gələnlər onların boşluğunu dolduracaq.
- Uels qrupdan çıxmaq üçün oynayır. Sizi motivasiya edən nədir?
- Son dörd oyunun analizi. Uelslə oyunda 1 xala yaxın idik. Son 5 dəqiqədə bəxtimiz gətirmədi. Beləcə xalı əldən verdik. Bəhreynə isti hava şəraitində qalib gəldik. Uşaqlar xarakter göstərdilər. Macarıstanla oyunda rəqib hesabda öndə idi, son 15-20 dəqiqədə yaxşı oynadıq. Bütün dünya gördü ki, hakim təmiz qolumuzu saymadı və xalımızı oğurladı. Bütün bunlar gələcəyə ümidlə baxmağa imkan verir.
- Niyə oyundan qabaq heyəti açıqlamırsınız?
- Burada niyyətim nəyisə gizli saxlamaq deyil. Macarlarla oyunda da qeyri-müəyyən durum yaranmışdı. Son məşqdən sonra 11-liyi biləcəyik. Çünki Maksimin oynayıb-oynamayacağına bugünkü hazırlıqdan sonra aydınlıq gələcək. Ancaq əvvəllər start heyətin 9 futbolçusunun adını dediyim olub.
- Cavid Hüseynov klubunda yaxşı oynamır. Amma milliyə cəlb olunur. Niyə?
- Cavidin milliyə niyə çağırılması həqiqətən də yaxşı sualdır. Son oyunlarda komandasına kömək edibmi? Maraqlı sualdır. Bu cür suallar bizi də məşğul edir ki, kim nə vəziyyətdədir. Cavidin oyunlarına baxmışam. Hər dəfə seçim etmək asan olmur. Çünki bəzi futbolçular klublarında ehtiyatda qalır. Bizim də işimiz asan deyil. Rəşad Eyyubov son vaxtlar klubunda oynamır deyə çağıra bilmədik. Camalovu dəvət etdik. Cavidə gəlincə, böyük təcrübəsi var. Ən azı 30 dəqiqə bizə kömək edəcək vəziyyətdədir.
- Slavik Alxasov niyə milliyə dəvət almır?
- Slaviki bəyənirəm. Xarakteri olan yaxşı oyunçudur. Burada müəyyən nüanslar var. Bəlkə də bəxti onda gətirmir ki, mövqeyində Şəhriyar, Anton və Təmkin oynayır. Hələlik bu futbolçulara üstünklük vermişik. Amma o demək deyil ki, millinin qapısı Slavikin üzünə bağlıdır. Bəlkə gələcəkdə o da əsas yığmada oldu.
- Sağ cinahda Mahir Emrelini kim əvəzləyəcək? O yoxdu deyə, həmin mövqedə problem yarana bilər?
- Araz və Ağabala cinah yox, mərkəz hücumçusu kimi oynayır. Sabah hansının əsas heyətdə olacağını görəcəyik. Tək hücum yox, müdafiədə də bizə necə kömək edəcəklərini düşünürük. Uelsin sağ cinah oyunçuları çox təhlükəlidir. Ona görə də nəsə fikirləşməliyik. Mahir hücuma da, müdafiəyə də çox kömək edir. O, bütün enerjisini sərf edir. Yəqin, sizin üçün də məntiqli səslənər ki, hansısa oyunçumuzu Beyllə təkbətək qoymaq istəmirik. Bu cür oyunçuları iki nəfər saxlamalıdır.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” "Zirə”yə qalib gəldi
- “Qarabağ” çempion olmaq istəyir”
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- Kandido: “Qələbəyə layiq idik”
- U-20 millimiz Moldovaya uduzdu
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- Millimiz Litvanı tək qolla məğlub etdi
- “Qəbələ” yaponlara məğlub oldu
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- “Neftçi” 5 min manat cərimələndi
- Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
20:57
"Dakar-2026": Azərbaycan cüdoçusu qızıl medal qazanıb
-
19:24
“Neftçi” liderliyi ələ keçirdi
-
19:00
"Neftçi" 3 xalı 3 qolla qazandı VİDEO
-
17:43
Azər Bağırov: "Daha güclü olmalıyıq”
-
17:26
Yuri Vernidubdan qələbə şərhi
-
16:18
Şahmatın rapid və blits növləri üzrə Azərbaycan çempionatının qalibləri müəyyənləşib
-
15:55
"Qələbə qaçışı" 2 mindən çox insanı bir araya gətirib
-
15:39
Elxan Səmədov “Neftçi”nin futbolçusunu mükafatlandırdı
-
14:41
“Şamaxı” - “Neftçi”: Heyətlər açıqlandı
-
14:02
"Barselona"dan darmadağın VİDEO
-
13:14
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
12:57
Murad Məmmədov üçün 17 dəqiqə
-
12:23
“Bavariya” - “Borussiya” matçında qalib aşkarlanmadı VİDEO
-
12:00
Cəlal “fərqləndi”, “Petrolul” heç-heçə etdi
-
11:36
“Roma”dan 5 qollu qələbə VİDEO
-
11:18
Azərbaycanın daha iki cüdoçusu Avropa çempionu olub
-
10:45
"Mançester Siti" öz meydanında uduzdu VİDEO
-
10:22
Toraldan qol ötürməsi, "Bursaspor"dan qələbə
-
10:09
Derbini "Milan" qazandı VİDEO
-
09:54
Rüfət oynadı, komandası heç-heçə etdi
-
09:31
“Fənərbaxça”dan gözlənilməz məğlubiyyət VİDEO
-
09:17
Nəriman yenə ehtiyatda qaldı
-
22:15
Asiya Kuboku: Cüdoçularımız 5 medal qazanıblar
-
21:48
Dadaşovun komandasının oyunu yarımçıq saxlanıldı
-
21:00
"Böyük Dəbilqə": Kokauri gümüş medal qazandı
-
20:54
Bekiri: "1 xal qazanmağa layiq idik"
-
20:37
"Qəbələ" - "Qarabağ" matçında heç-heçə VİDEO
-
20:19
Qurbanov: “Yüz faiz cəzalanacaqlar”
-
20:12
Qurban Qurbanov adının “Fənərbaxça” ilə hallanmasına münasibət bildirdi
-
19:23
"Zirə” də xal itirdi, "Qarabağ" da
-
19:06
"Araz-Naxçıvan" qələbəni əldən verdi VİDEO
-
18:15
Abşeron-Xızı cüdo çempionatının qalibləri bəlli olub
-
17:41
“İki xal itirməsəydik, yaxşı olardı”
-
17:28
Rəşad Sadıqov: “Azərbaycan futbolunda ilk dəfə idi belə halla qarşılaşırdıq, o da bizim başımıza gəldi"
-
16:54
"Qəbələ" - "Qarabağ": Heyətlər müəyyənləşdi
-
15:47
Venger Bakıdakı turnir haqda: “Hər kəs yarışa aşiq oldu"
-
14:39
“Barselona” “El-Klasiko”dan rekord gəlir əldə edib
-
14:00
"Araz-Naxçıvan" - "Zirə": Heyətlər açıqlandı
-
13:12
30 illik nağıl
-
12:56
AFFA ilə klubların akademiya rəhbərləri arasında görüş keçirilib
-
12:23
"Sumqayıt" hazırlıqlarını davam etdirir FOTOLENT
-
11:45
Futbolun İnkişaf Fondu 10 yaşında
-
11:08
PSJ-dən 5 qollu qələbə VİDEO
-
10:34
İsa Suliman: “Kapitan sarğısının mənə verilməsi klubun jesti idi”
-
09:51
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:17
"Qalatasaray"dan darmadağın VİDEO
-
23:09
"Turan tovuz" 3 xalı 3 qolla qazandı VİDEO
-
22:51
Azərbaycan cüdoçusu İtaliyada Avropa çempionu olub
-
21:44
Prezident İlham Əliyev İspaniya millisini belə mükafatlandırdı FOTOLENT
-
21:17
Kurban Berdıyevdan qələbə şərhi
01.11.2026
31.10.2026
30.10.2026
Arxiv
| Noyabr 2026 |
| B.e | Ç.a | Ç | C.a | C | Ş | B |
| 01 | ||||||
| 02 | 03 | 04 | 05 | 06 | 07 | 08 |
| 09 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
| 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
| 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
| 30 |
























