20 Mart 2026, Cümə
Millimiz 27 futbolçu dəvət aldı
U-21 millimizin heyəti açıqlandı
Andrey Demçenkodan qələbə şərhi
“Araz-Naxçıvan”dan vacib qələbə

Ölkə futbolu

Niasse “Qəbələ”yə qayıtdı

“Qəbələ" yeni transferə imza atıb. Futbolxeber.az saytının sport24.az-a istinadən verdiyi məlumata görə, Azərbaycan Kubokunun son qalibi keçmiş legioneri İbrahima Niasseni heyətinə qaytarıb.

31 yaşlı seneqallı yarımmüdafiəçi ilə müqavilə imzalanmaqla keçidi rəsmiləşib. O, köhnə-yeni komandasında ilk məşqə də çıxmağa imkan tapıb. Bu, "Bakı"nın bazasında reallaşıb.

Niasse "Qəbələ"nin tarixində çempionatımızın ilk medalını (bürünc) və avrokuboklara ilk vəsiqəni qazandığı 2013/14 mövsümündə şərəfini qoruyaraq 29 matçda 1 qol vurub. Bu, Yuri Syominin komandanın baş məşqçisi olduğu vaxtda baş verib. Maraqlıdı ki, futbolçu hazırda "Qəbələ"də baş məşqçi əvəzi olan Elmar Baxşıyevlə həmin mövsümdə çiyin-çiyinə oynayıb.

Syomin İbrahimanı ölkəmizdən Vətəni Rusiya Premyer Liqasının debütanı "Morvoviya"ya aparmışdı. Futbolçu ardından Rumıniyaya "Konkordiya", Hindistanda "Odişa", Yunanıstanda "Levadiakos" və Mərakeşdə "Raja Kasambalnka"da forma geyinib. Niassenin ölkəmizdə ilk klubu isə "İnter" olub. O, hazırda "Keşlə" adlanan bu komandanın heyətində 2012/13 mövsümündə 48 matçda 6 qola imza ataraq orda da Premyer Liqamızın bürünc mükafatçısı olub. 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31