5 Avqust 2026, Çərşənbə
"Qarabağ" Polşaya yollandı
Azərbaycan II Liqasının püşk atıldı
"Sumqayıt"da braziliyalı yarımmüdafiəçi
“Şamaxı” “Qəbələ”yə qalib gəldi

Ölkə futbolu

Zaur Həşimov: “Qolları mübarizəsiz buraxdıq”

Zirə”nin baş məşqçisi Zaur Həşimov Azərbaycan Premyer Liqasının 9-cu turunda “Sabah”la oyundan (2:2) sonra mətbuat konfransı keçirib.

- Oyuna həddən artıq yaxşı hazırlaşmışdıq. Uşaqlarla danışanda ilk sözümüz də o idi ki, “Zirə”nin əzmini qaytaraq. Ardıcıl iki qol buraxdıq. Ən pisi odur ki, qolları mübarizəsiz buraxdıq. İkinci hissədə meydanda tam fərqli “Zirə” oldu. Buna görə oyunçuları təbrik etdim.

- Ehtiyatda hücumu gücləndirəcək futbolçu yox idi? Məsələn, Nordeni meydana buraxa bilməzdiniz?

- Norde ötən oyunun ikici hissəsində meydanda oldu. Hücumçu keyfiyyətlərində axsayırdı. Qadze isə bu gün yaxşı vəziyyətdə idi. İkinci hissə boyu Qadzedən yorulub-yorulmadığını soruşdum. Buna uyğun qərar verdik.

- Buraxılan hər iki qola görə qapıçının günahı nə dərəcədədir?

- Komandaya əvvəldən gəlməmişəm. Nə olur-olsun, bu uşaqlarla davam edəcəm. Orxanın daim arxasındayam. Futbolda səhvlər qaçılmazdır.

- Gənc futbolçuların ən böyük problemi fiziki çatışmazlıqdır. Ancaq Nicat Süleymanov bu gün sona qədər mübarizə apardı. Bu yöndə çalışmalarınız olur?

- Nicatla dünən söhbətim oldu. Bu barədə danışdıq. Onun bugünkü çıxışı məni də sevindirdi.

- Tellur sanki oyuna adaptasiya oluna bilməmişdi...

- O, 3-4 gün idi komanda ilə məşqlərə qoşulub. Həm də əvvəlki məşqçinin istəkləri hələ də oyunçuların beyinlərində qalır. Hər şey biz istədiyimiz kimi ola bilməz.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31