Ölkə futbolu
“Sabah”ın təmkini
Ötən həftə sonu Azərbaycan Premyer Liqasında 8-ci turun oyunları keçirildi. Lider “Qarabağ”ın mövsümdə ilk dəfə xal itirməsi, “Qəbələ”nin əzmkarlığı, “Neftçi”nin ardıcıl üçüncü qələbəsini qazanıb turnir cədvəlində ikinci pilləyə yüksəlməsi və s. Bunlar turdan yaddaqalan məqamlardı.
Turun ən biabırçı mənzərəsi isə “Keşlə” - “Sabah” oyununda yaşandı. Matçın sonunda milli komandamızın da üzvü olan “Sabah”ın futbolçusu Təmkin Xəlilzadə görüşün baş hakimi Kamal Umudlunun üzərinə hücum çəkdi. Komanda yoldaşları heç cür Xəlilzadəni sakitləşdirə bilmədilər. Yekunda polislər futbolçunu meydandan uzaqlaşdırdılar.
Yaşanan insidentin videosunu izləyərkən heyrətə gəlməmək qeyri-mümkündü. Futbol adına biabırçı görüntüdü. Bu hərəkəti edənin milli üzvü olması isə daha acınacaqlıdı.
Gözləmək olardı ki, oyundan sonra futbolçu məsələyə aydınlıq gətirəcək. O cür özündən çıxmasının səbəbini açıqlayacaq. Axı referi futbolçuya nə deyib və yaxud nə baş verib ki, Xəlilzadə Umudlunun üzərinə o cür hücum çəkib. Lakin matçdan sonra hər hansı açıqlamaya rast gəlinmədi. Yalnız bazar ertəsi Xəlilzadə İnstqram hesabından yaşanan biabırçılığa aydınlıq gətirdi. O bildirdi ki, əslində, hakimə normal tərzdə fikirlərini çatdırmaq istəyib: “Ola bilər, bir az emosional alındı. Onun mənə qırmızı vərəqə göstərməsindən sonra isə özümü saxlaya bilmədim”.
“Ola bilər, bir az emosional alındı”dan sonra adam deməyə söz tapmır. Təmkinin “bir az”ı budursa, Allah çoxundan saxlasın.
Qəribə olan məqam “Sabah”ın bu hadisəyə reaksiyası, əslində isə reaksiyasızlığıdır. Oyunun ertəsi bazar gününə təsadüf etdiyindən düşünmək olardı ki, “Sabah” rəsmi şəkildə hadisəyə həftənin ilk iş günü reaksiya verəcək. Ən azı futbolçunun hərəkətinin qınanılacağı, yaxud cəzalanacağı barədə hər hansı açıqlama yayılacaq. Lakin geridə qalan günlər ərzində xoşagəlməz olayla bağlı “Sabah”ın rəsmi saytında bir cümlə belə yoxdu. Sanki heç belə bir hadisə yaşanmayıb. Ya da Təmkin Xəlilzadə “Sabah”ın futbolçusu deyil.
Yalnız bazar ertəsi klubdan mətbuata verilən qısa açıqlamada bildirilmişdi ki, “məsələ araşdırılır”. Maraqlıdı, nəyi araşdırırlar? Futbolçunun hərəkəti göz önündədi. Burda araşdırılmalı nə var ki?
Belə məlum olur ki, “Sabah”ın sponsorları, rəhbərliyi çox təmkinli insanlardı. Hər tur komanda geri addımlayır, amma hər hansı radikal dəyişiklik görmürük. Geridə qalan 8 turda komandanın biabırçı çıxışı bir yana, son insident göstərdi ki, klubda nizam-intizam da yoxdu. Əks halda, bir futbolçu niyə hakimin üzərinə o cür hücum çəksin ki. Nizam-intizam olmayan yerdə isə hər hansı uğurdan söhbət gedə bilməz. Klub rəsmilərinin başı məşqçi axtarışına, yaxud sponsorlara göyə sovrulan milyonlara görə veriləcək hesabata necə qarışıbsa, bu biabırçılığı görməzlikdən gəlirlər.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA elə bilirdi italyanlardan ağıllıdır...
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
- Kandido: “Qələbəyə layiq idik”
- Kaşuk:"Neftçi” ilə oyundan sonra komandanın inzibatçısı mənə zəng etdi və..."
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- Asif Məmmədovdan 18 ilin rekordu
- “Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
- Maksimov məğlubiyyəti şərh etdi
- “Turan” “Mladost”u məğlub etdi
- "Şamaxı" və "Sumqayıt"dan qələbə
-
22:43
Keçən dəfə ikisinə 14, bu dəfə hərəsinə 4
-
20:39
Əliyar Ağayev Millətlər Liqası matçına təyinat aldı
-
19:11
“Milan” Rabyoya yeni müqavilə təklif etdi
-
19:00
U-21 yığmamız Omanı məğlub etdi
-
18:28
Xavi: “Almaniya ilə oyun bizim üçün ciddi test olacaq”
-
17:57
Cüdo üzrə böyüklər arasında Bakı şəhər çempionatı start götürüb
-
17:12
Dadaşovun komandası 13 gün sonra yekunlaşan görüşdə qələbə qazandı
-
16:46
Basketbol millimiz İrlandiyaya uduzdu
-
16:35
“Şahdağ Qusar” “Şəfa”ya qalib gəldi
-
15:24
Region cüdoçuları üçün "Təhlükəsiz idman" mövzusunda maarifləndirici seminar keçirilib
-
15:03
“Turan Tovuz”un qapıçısından inamlı oyun, komandası finalda
-
14:19
Salah rekorda imza atdı
-
13:51
Rövşən Nəcəf millimizi təbrik etdi
-
12:48
“Mançester Yunayted” Poçettinonun təyinatı üçün 12 milyon dollar xərcləyib
-
12:27
"Neftçi"nin sabiq futbolçusu Braziliya klubunda
-
12:00
Mutsinzi və Mikels Malidə məyus oldular
-
11:32
İtaliya millisinin heyətində itki
-
11:16
Ronaldonun oğlu Portuqaliyanın U-17 millisində debüt etdi
-
10:54
Argentina öz meydanında Uruqvaya uduzdu VİDEO
-
10:25
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:03
Dakar-2026 Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının bağlanış mərasimi olub
-
09:41
Marandiçi yenə Pokatilov üzərində qələbəyə sevindi
-
09:19
Millimizin qələbəsi VİDEO
-
09:00
“Qarabağ”ın müdafiəçisi 90 dəqiqə meydanda oldu
-
02:27
Ayxan Abbasov: “90+6-cı dəqiqədə Emilə deyə bilmərik ki, oyunu tez başlat”
-
01:38
Millimiz Lixtenşteynə qalib gəldi
-
22:52
Lixtenşteyn - Azərbaycan: Heyətlər açıqlandı
-
20:35
Krivostyuk heyətdən çıxarıldı
-
19:41
PFL rəsmiləri Dünya Liqaları Assosiasiyasının illik konfransında iştirak ediblər
-
18:24
ABŞ-dən olan legioner Azərbaycan klubunda
-
18:00
Samir Abasov: “Görün, nə günə qalmışıq ki, artıq ümidimiz Lixtenşteynlə görüşədir"
-
17:37
Asim Xudiyev yeni təyinat alıb
-
16:53
I Liqa klubunda baş məşqçi istefası
-
16:18
Poçettino rəsmən “Mançester Yunayted”də
-
15:46
Azərbaycan Yeniyetmələrin Yay Olimpiya Oyunlarını altı medalla başa vurub
-
15:09
PFL daha 4 oyun oyun cədvəlini açıqladı
-
14:25
Fransa klubunda baş məşqçi istefası
-
13:52
Türkiyə millisinin heyətində itki
-
13:31
Avropa çempionatında 7 boksçumuz mübarizə aparacaq
-
13:14
Azərbaycan kubokunda 1/8 final oyunlarının vaxtı müəyyənləşdi
-
13:00
13-cü turun oyun cədvəli açıqlandı
-
12:43
Kaşuk: “Müəyyən vaxtda həqiqətən də klubumu dəyişmək barədə düşünürdüm”
-
12:27
Eduard Məmmədov 13-cü dəfə Avropa çempionu olub
-
11:58
Skaloninin müqaviləsi yeniləndi
-
11:36
Özbəkistan - Rusiya matçında 5 qol VİDEO
-
11:00
Elvin Camalov: “Milli komandadan əlimi üzməmişəm”
-
10:45
“Neftçi”nin yarımmüdafiəçisi 4 qollu qələbəyə sevindi
-
10:29
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:12
Dakar-2026: Azərbaycan millisi medal sıralamasında irəliləyib
-
09:54
Türkiyə Belçikaya uduzdu VİDEO
14.11.2026
13.11.2026
























