3 Avqust 2026, Bazar ertəsi
"Qarabağ" ciddi itki ilə üzləşdi
"Qəbələ"də braziliyalı qapıçı
“Qəbələ” qələbəni əldən verdi
"Turan Tovuz" qələbə qazandı

Ölkə futbolu

“Sabah”ı Ümit Özat çalışdıracaq?

Son olaraq "Adana Demirspor"u çalışdıran Ümit Özat Azərbaycanda işləyə bilər.

Futbolxeber.az saytının Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, "Sabah" türk mütəxəssisin xidmətində maraqlıdır.

Bakı klubunun nümayəndələrinin 42 yaşlı çalışdırıcı ilə danışıqlar aparmaq üçün İstanbulda olduğu bildirilib.

Qeyd edək ki, Ü.Özat karyerası ərzində "Ankaragücü", "Manisaspor", "Elazığspor", "Boluspor", "Samsunspor", "Mersin İdmanyurdu", "Gənclərbirliyi", "Giresunspor"u çalışdırıb.

Xatırladaq ki, "Sabah" baş məşqçisi Elşad Əhmədovla qarşılıqlı razılıq əsasında yolları ayırıb. İqor Ponomaryov komandanın  müvəqqəti baş məşqçisi təyin olunub.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31