2 Fevral 2026, Bazar ertəsi
"Qarabağ" yeni transfer edir
"Qarabağ" və "Neftçi"dən qələbə
"Sumqayıt"da gözlənilməz ayrılıq
Yuri Vernidubdan qələbə şərhi

Ölkə futbolu

“Keşlə”nin 400-cü ev qolu

“Keşlə” Azərbaycan çempionatlarında 400-cü ev qolunu vurub.

Futbolxeber.az-ın PFL-in saytına istinadən verdiyi məlumata görə, bu, Premyer Liqanın IV turunun “Səbail”lə matçına təsadüf edib. Komandasının 1:2 hesabı ilə uduzduğu görüşdə fərqlənən Lorenzo Frutos yubiley qolunun müəllifi olub.

Əvvəllər “Xəzər Universiteti” və “İnter” adı altında da çıxış edən paytaxt klubu 400-cü ev qolunu 275-ci matçında vurub. Bakılıların öz meydanındakı məhsuldarlığı 1,46-ya bərabərdir.

Azərbaycan çempionatları tarixində 4 komanda evdə “Keşlə”dən daha çox qol vurub. “Neftçi”, “Qarabağ”, “Kəpəz” və “Turan”dan geri qalan bakılıların öz meydanındakı ilk qolu 1999/2000 mövsümündə qeydə alınıb. 1999-cu il noyabrın 7-də “Neftçi” ilə qarşılaşmada 2:3 hesabı ilə uduzan “Xəzər Universiteti”nin ilk topuna 37-ci dəqiqədə Samir Ələkbərov imza atıb.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Fevral 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28