Ölkə futbolu
Fariz Nəcəfov: “Qoy bizə qarşı 10 legionerlə oynasınlar, amma limit azaldılmalıdır”
“Qəbələ”nin prezidenti Fariz Nəcəfov Azərbaycan Premyer Liqasının dördüncü turunda “Sabah”la oyundan sonra Futbolxeber.az saytına müsahibə verib.
- Komandamız nəhayət ki, dördüncü turda həm qol vurdu, həm də qələbə qazandı.
- Axır ki qələbə qazandıq. Amma qələbədən daha çox məni sevindirən oyunumuzun inkişaf etməsidir. İkinci sevindirici məqam isə akademiyamızın yetirmələrinin meydanda sayının artması və qolu da elə akademiyamızın yetirməsinin vurmasıdır. Səhv eləmirəmsə, meydanda akademiyamızın 7 yetirməsi vardı - 6-sı bizdə, biri də “Sabah”ın heyətində. Əlbəttə, qələbə hər zaman xoşdu. İndi bu ab-havanı qoruyub saxlayamalıyıq.
- Elmar Baxşıyev qısa zamanda komandada nəyi dəyişdi?
- İnanmıram ciddi nəyisə dəyişsin. Əlbəttə, təzə baş məşqçi olanda hər kəs özünü göstərmək istəyir. Komandadakı hər kəs başa düşürdü ki, bu gün qələbə qazanmaq bizim üçün çox vacib idi.
- Bu qələbədən sonra düşünmədiniz ki, Sənan Qurbanovun gedişi gecikmiş addım idi?
- Belə hesab etmirəm. Bizim klubda atılan addımlar, təyinatlar hamısı mövcud vəziyyətə uyğun olur. Onsuz da xaricdən yeni məşqçi gətirməyə büdcəmiz imkan vermir. Bizə hazırkı məqamda komandanı tanıyan məşqçi lazımdı. Üstəlik, Sənan Qurbanov da məşqçi kimi klubumuzda kifayət qədər təcrübə qazanmışdı. Mən Sənana inanıram. Düşünürəm ki, gələcəkdə ya başqa komandada, ya elə nə vaxtsa “Qəbələ”nin özündə uğur qazanacaq. Görünən odur ki, o, lazımi ab-havanı yarada bilmədi.
- Komandanın “Sabah”la oyundakı qələbənin ardını gətirməsi, uğurlu çıxışı Elmar Baxşıyevin vəzifəsinin qarşısındakı müvəqqəti sözünü silə bilər?
- Sözün açığı, məşqçi məsələsi ilə bağlı çox danışmaq istəmirəm. Çünki bu məsələ klubda təsisçilər tərəfindən müzakirə olunur. Baş məşqçi məsələsi ilə bağlı qərar verməmişik, axtarışlarımız davam edir.
- Əvvəlki illərlə müqayisədə büdcə azaldılıb. Hazırkı “Qəbələ”nin hədəfi nədir?
- Hədəf akademiyanın uşaqları ilə yaxşı oynamaqdır. İstəyirik ki, işimizin bəhrəsini görək. Bugünkü büdcə ilə çempionluq, avrokuboklar uğrunda mübarizə aparmağımız real deyil. Ehtiyat oyunçular skamyamız çox zəifdir. Təsəvvür edin, əsas heyətdən 2 nəfər zədələnsə, necə çətin vəziyyətlə üzləşərik.
- Qeyd etdiniz ki, işimizin, akademiyamızın bəhrəsini görmək istəyirik. Yəqin ki, Uels və Xorvatiya ilə oyunlarda millimizin heyətində özünü ən yaxşı tərəfdən göstərən Bəhlul Mustafazadənin timsalında işinizin bəhrəsini gördüz...
- Əlbəttə. Bəhlulun millidəki inamlı oyunu sevindiciri haldı. Düşünürəm ki, gələcəkdə bunu başqalarının da timsalında görəcəyik.
- “Qəbələ”nin büdcəsinin azaldılması akademiyanın fəaliyyətinə təsir göstərib?
- Yox, sevindirici haldır ki akademiya tam sürətlə işinə davam edir.
- Son zamanlar çempionatdakı legioner limiti məsələsi yenidən gündəmə gəlib. Ölkənin aparıcı klubunun rəhbəri kimi sizin limitlə bağlı fikirləriniz necədir?
- Mən bu məsələni 5 ildi israrla qabardıram. Limit bizə lazım deyil. Belə götürək, limit hansı klublara sərf eləmir? “Qarabağ”a, “Neftçi”yə, bir sözlə, iddialı klublara. Hazırda “Qəbələ”nin heyətində əvvəlki illərdəki kimi legionerlərin sayı çox deyil. Amma bu məqam da mənim fikrimə təsir etmir. Eybi yoxdu, qoy bizə qarşı çempionatda 10 legionerlə oynasınlar, amma limit azaldıklmalıdır. Avropada uğur qazanmaq istəyiriksə, mütləq bu addım atılmalıdır.
- Yəni limit tam götürülməlidir?
- Tam yox, amma böyük ölçüdə azaldılmalıdı. Bu məsələ geniş müzakirə olunmalıdır. Mən demirəm birmənalı şəkildə aradan götürülsün. Xeyr. Amma azaldılması mütləqdi.
- Legioner limitinin azaldılması fikrinə qarşı çıxanlar bunu yerli oyunçuların inkişafına mane olacağını bildirirlər.
- Bəzən deyirlər ki, limitə görə hansısa futbolçular üzə çıxıb. Məncə, həmin futbolçular təbii yolla üzə çıxsalar, daha yaxşı olar. Baxıram “Sabah”a, heyətdəki yerli futbolçuların əksəriyyəti “Qəbələ”də də oynayıblar. Bu o deməkdir ki, futbolçu qıtlığı var. Bu gün bir komandanın vəziyyəti pisləşir, digəri yaxşılaşır. Yerli futbolçular dərhal maliyyə durumu yaxşılaşan komandaya üz tuturlar. Az sonra həmin komandada maliyyə azalan kimi başqa bir kluba keçirlər. Yəni demək olar ki, eyni futbolçulardı və bir-bir klubları dəyişirlər.
Söhbətləşdi: İbrahim CƏFƏROV
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
- “Neftçi” 5 min manat cərimələndi
- Asif Məmmədovdan 18 ilin rekordu
- “Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
- “İmişli”də baş məşqçi istefası
- Kurban Berdiyev: “Bu sualı niyə mənə verirsiniz?”
- Maksimov məğlubiyyəti şərh etdi
-
22:06
“Sumqayıt”ın legioneri milliyə dəvət aldı
-
21:44
Bakıda cüdo üzrə U-17 yeniyetmələr arasında şəhər birinciliyinə start verilib
-
20:23
“Araz-Naxçıvan”ın müdafiəçisi əməliyyat olunub
-
19:35
AFFA-dan milli üzvünün hərbi xidmətə aparılmasına münasibət: “...açıqlama veriləcək”
-
18:52
Ağadadaş milliyə dəvət aldı
-
17:11
Krivotsyuk 90 dəqiqə oynadı
-
16:49
Zirədə Dövlət Bayrağı Gününə həsr olunan aksiya keçirilib FOTOLENT
-
16:27
Babək Quliyev UEFA-dan təyinat alıb
-
16:00
Azərbaycan millisi Olimpiya çempionu oldu
-
15:36
Yağışa görə II Liqanın oyunu təxirə salındı
-
15:14
"Trabzonspor" səfərdə sevindi VİDEO
-
14:48
Millimizin üzvü "Basketball Without Borders" proqramında iştirak edəcək
-
14:23
"Beşiktaş" 3 xalı 3 qolla qazandı VİDEO
-
13:55
Viçko Şevel: “Bu, sadəcə ilk dövrədir”
-
13:31
"Fənərbaxça"dan darmadağın VİDEO
-
13:19
Yunuszadə ehtiyatda qaldı, komandası uduzdu
-
13:00
"Yuventus"dan xal itkisi VİDEO
-
12:42
Renat Dadaşov yenə oynamadı
-
12:27
"Milan"ın qələbəsi VİDEO
-
12:06
Zamiq darmadağını kənardan izlədi
-
11:54
200-cü heç-heçə
-
11:38
"İnter" "Komo"ya şans tanımadı VİDEO
-
11:13
Murad Məmmədov üçün 31 dəqiqə
-
10:45
"Çelsi" autsayderə uduzdu VİDEO
-
10:21
Mahirdən qol ötürməsi, “Rakuv”dan qələbə
-
10:09
"Liverpul" qələnə həsrətinə son qoydu VİDEO
-
09:52
Nəriman yenə ehtiyatda qaldı
-
09:30
"Barselona"dan əzmkar qələbə VİDEO
-
21:42
Millimiz Latviyaya məğlub oldu
-
20:49
"Şamaxı"dan əzmkar heç-heçə VİDEO
-
20:11
“Çempionatın ən gənc komandasıyıq”
-
19:26
“Şamaxı" və "Sumqayıt"dan xal itkisi
-
19:00
“Araz-Naxçıvan”ın futbolçusu üçün yubiley
-
18:37
"Sumqayıt" səfərdən 1 xalla qayıtdı VİDEO
-
18:16
Filipe Kandido: “Rəqibdən yaxşı oynadıq, amma bu, qələbə üçün kifayət etmədi”
-
15:43
Şahrudin Məhəmmədəliyev 100-ə çatdı
-
14:28
Azərbaycanın kayak və kanoeçiləri beynəlxalq yarışın mükafatçıları olublar
-
14:05
“Qarabağ” antirekordun bir addımlığında: 15 mövsümdə ilk dəfə
-
13:32
Azərbaycan Premyer Liqasında son 4 mövsümün antirekordu
-
13:14
“Qarabağ” üzərində qələbə bizə əlavə motivasiya verir”
-
12:59
"Roma" 3 xalı 3 qolla qazandı VİDEO
-
12:41
“Traktor” evdə qalib gəldi
-
12:27
"Tottenhem" səfərdə xalsız qaldı VİDEO
-
12:00
“Qəbələ”nin futbolçusu: “Millidə oynamaq hər bir futbolçu üçün şərəfdir”
-
11:36
"Arsenal"dan çətin qələbə VİDEO
-
11:13
Millimizin üzvü oynamadı, komandası xalsız qaldı
-
10:58
PFL-dən “Zəfər Günü” süjeti: “Futbol döyüş yorğunluğumuzu çıxarmaq üçün yaxşı vasitə idi” VİDEO
-
10:45
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:22
"Qalatasaray"ın oyununda 7 qol vuruldu VİDEO
-
10:09
Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
09.11.2026
08.11.2026




















.jpeg)

.jpg)

