Ölkə futbolu
Riad Rəfiyev: “Bu üzrü kim necə istəyir, elə də başa düşə bilər”
AFFA Klublar Komitəsinin sədri, “Sumqayıt”ın prezidenti Riad Rəfiyev komitənin bugünkü iclasından sonra jurnalistlərin suallarını cavablandırıb:
- İclasın gündəliyində hansı məsələlər var idi?
- Gündəlikdə olan 3 məsələ müzakirə olundu. Birinci məsələ Azərbaycan Premyer Liqasının sponsoru ilə bağlı idi. Həmin sponsorun kimliyi, klublarla bağlılığı və klubların qazancı necə olacaq? İkinci məsələ Premyer Liqadakı limit idi. Şəxsən özüm belə bir təklif irəli sürdüm ki, hər əlavə futbolçu üçün hansısa sistem tətbiq olunsun. Klublar daha çox gənc oyunçu oynada bilsinlər və gənc futbolçular çox oynasa, klubların burada maddi xeyiri olsun. Bu ödəniş AFFA və ya Peşəkar Futbol Liqası (PFL) tərəfindən ola bilər. Bir sistemin müzakirəsi və necə tətbiq olunması müzakir olundu. Üçüncüsü isə klubların akademiyalarındakı futbolçuların təzminat məsələsi idi. Məsələn, akademiyadan gənc futbolçular başqa kluba keçəcəyi təqdirdə nə qədər təzminat ödənilməsi və s.
- Premyer Liqanın sponsorluğu ilə bağlı konkret təklif varmı?
- Ayın 6-da tenderin müddəti bitəcək. Bu vaxtdan sonra məlum olmalıdır. Bugünkü iclasa PFL-dən Aslan Şahgəldiyev və Elgiz Abbasov da dəvət olunmuşdu.
- Məbləğ barədə müzakirə aparılıbmı? Əvvəlki sponsorun dönəmində klublara 70 min manat verilməlidi idi. Bu məbləğ 1 il verilsə də, sonradan ardı gəlmədi...
- Hazırda sponsorla bağlı konkret qərar yoxdur. Ona görə də, məbləğ barədə də bir söz deyə bilməyəcəyəm.
- Gənc futbolçulara kompensasiya verilməsini qeyd etdiniz. Müəyyən olunan ortaq bir məbləğ varmı?
- Bunun yalnız müzakirəsi oldu, sistemin tətbiqinin mümkünlüyü barədə danışdıq. Hazırkı limitə əsasən, start heyətində 6 legioner, 4 Azərbaycan vətəndaşı,eləcə də 1 nəfər 1998-ci il doğumlu və daha gənc Azərbaycan vətəndaşı yer almalıdır. Matçın protokolunda isə 2000-ci il təvəllüdlü Azərbaycan vətəndaşı və ya daha gənc 1 oyunçunun olması mütləqdir. Amma sabah klublardan hansısa, daha çox futbolçu oynatsa, müəyyən dəqiqə oynatsa, həmin klublara AFFA tərəfindən hansısa bonusun verilməsi müzakirə olundu.
- "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov və "Zirə"yə rəhbərlik edən Samir Abasov limitlə bağlı şikayətlərini bildiriblər. Onlar limitin işlərini çətinə saldığını deyiblər. Bu məsələ müzakirə edildi?
- Kimi çətinə salır və ya kim xeyir görür bu barədə danışıq olmadı. Müzakirə mövzusu limitdən əlavə gənc futbolçuların oynayacağı təqdirdə, hansısa bonusun klublara verilməsi idi. Bu isə baş məşqçinin şəxsi işidir. İstəsə, oynadar, istəməsə oynatmaz.
- PFL prezidenti Ramin Musayev də növbəti mövsümdən limit məsələsinə yenidən baxılacağını deyib. Limit ləğv olunsa, "Sumqayıt"ın işi çətin olacaq? Gənclərə şans verən və ən çox yerli futbolçulara güvənən sizin klubdur...
- Premyer Liqadakı 3 matçımıza baxsanız, görərsiniz ki, heyətdə minumum 3 gənc oyunçu var. Son turda "Neftçi" ilə oyunda da belə idi. Düşünürəm ki, bizim üçün problem olmayacaq. Bu günə kimi çalışmışıq və üstünlüyü cavan oyunçulara vermişik. Eyni yolla da davam edəcəyik.
- "Sumqayıt" klubu "Neftçi" ilə matçda baş verənlərlə bağlı üzr istədi. Buna ehtiyac var idi?
- Bunu hər bir kəs özünə görə başa düşür. Biz oyunda baş verənlərə görə futbol ictimaiyyətindən üzr istəmişik. Mənim fikrimdə belədir ki, orada yaşananlar olmamalı idi. Bu, heç də yaxşı hadisə deyil. Fərqi yoxdur, "Sumqayıt" və ya "Neftçi" oynayır. Biz konkret olaraq futbol ictimaiyyətindən üzr istəmişik. Bunu kim necə istəyir elə də başa düşə bilər. Yaşananlar baş verməməli idi. Çalışacağı ki, olmasın.
- "Neftçi"nin məşqçisi Etibar Tarıverdiyev baş məşqçiniz Ayxan Abbasovu vurması, "Neftçi"nin "fair-play"ə əməl etməməsi, Anton Krivotsyukun sosial şəbəkə vasitəsi ilə üzr istəməsi və s. bunlara necə şərh vermək olar?
- Məndən AFFA İntizam Komitəsinin qərar verəcəyi məsələləri soruşursunuz. Onlar Etibar Tarıverdiyevə qarşı nə qərar çıxaracaqlar, bunu deyə bilmərəm. "Fair-play" isə yazılmayan qanundur. Burada heç kimi günahlandıra bilmərəm ki, niyə belə oldu.
- Limitə düşən daha çox oyunçu oynadacaq komandalara həvəsləndirici mükafatın ayrılması ilə bağlı təklifə AFFA, PFL və digər 7 klubun münasibəti necə oldu?
- Hələlik bu məsələ AFFA qarşısında qaldırılmayıb. Milli assosiasiyaya müraciət etməmişik və hazırda öz aramızda müzakirə apardıq ki, belə bir məktub yazaq, klubların əlavə qazancı olsun. Bu həm də milli komandalara əlavə üstünlük olacaq. Çünki daha çox gənc futbolçu Premyer Liqada oynayacaq. Hər klub öz fikrini bildirdi. Buna PFL yox, AFFA İcraiyyə Komitəsi qərar verəcək. Çünki orada klubları ödənilməli məbləğlər göstəriləcək. Biz yalnız bu məsələni İcraiyyə Komitəsinin qarşısında qaldıra bilərik. Bu gün bununla bağlı klublar arasında səsvermə yox, müzakirə oldu. Bir aydan sonra Klublar Komitəsi yenə yığışacaq. Həmin vaxt konkret addımlar atıla bilər.
- Rusiyanın gənclər yığmasının keçmiş müdafiəçisi Cəmaləddin Xocaniyazovun “Sumqayıt”a keçidi gözlənilir. O, bura Azərbaycan millisinə düşmək məqsədi ilə gəlir?
- Azərbaycan millisində oynamaq istəyi olmasaydı, bununla bağlı AFFA-ya rəsmi müraciət etməsəydi, onu “Sumqayıt”a götürməzdik. Buna mənim səlahiyyətim də çatır. Özü müraciət edib və ona görə də dəvət etmişik. Bir neçə günə rəsmi təqdimatı olacaq.
- Aleksey İsayevin “Neftçi”yə keçmək məsələsi nə yerdədir?
- Onun “Sumqayıt”la daha bir il müddətinə rəsmi müqaviləsi var. Hazırda gündəmdə belə məsələ yoxdur.
- Azərbaycanın U-21 yığmasının baş məşqçisi Milan Obradoviç daha çox gənclərə üstünlük verən “Sumqayıt”dan heç kimi toplanışa dəvət etməyib. Hərçənd mart ayında onların sayı 7 nəfər idi. Bu, əvəzedici komandanın sabiq baş məşqçisi Elbrus Məmmədovun gedişi ilə bağlıdır, yoxsa bu kluba antipatiyası var?
- Antipatiyasının olmasına inanmıram. Sadəcə olaraq, məşqçinin qərarıdır. Fikrimcə, bizim bu qərarı müzakirə etməyimiz düzgün olmaz. Bu sualı mənə verməməlisiniz.
- Gənclərə daha çox bel bağlayan klub prezidenti kimi bunun səbəbi ilə maraqlanmamısınız?
- Yenə deyirəm, hər məşqçinin öz fikri var. Ola bilər ki, bu gün 1 nəfər çağırıb, növbəti oyuna 7 nəfər dəvət etsin. Daha öncə “Sumqayıt”dan 7 nəfər dəvət edəndə, ordan-burdan eşidirdim ki, digərləri “niyə onlardan çox çağırılıb” deyirlər. Ötən mövsüm əvəzedici komandamız I Divizionda 2-ci yeri tutdu. Yaxşı kollektivimiz vardı, indi oradan xeyli sayda futbolçu əsas komandadadır. Həmin vaxt 7 nəfərin dəvət edilməsi normal idi. İndi isə səhv etmirəmsə, hər klubdan 2 nəfər çağrılıb. Yəni, heç bir komandadan çox adam götürməyib. Heç bir məşqçi yaxşı futbolçudan imtina etməyəcək (“Report”).
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- “Şəfa”ya texniki məğlubiyyət verildi
- "Mançester Yunayted" - "Sabah" oyununun ən yaxşısı kim seçildi?
- Azərbaycan Premyer Liqasında 3-cü turun təqvimi açıqlandı
- “Mançester Yunayted” - “Sabah” oyununun hakimləri açıqlandı
- Azərbaycan komandası Avropa Açıq üzgüçülük yarışında estafetdə birinci olub
- Mahmud Qurbanov Azərbaycan millisinin baş məşqçisi təyin olundu
- "Qarabağ"ın 2 yeni transferi Bakıda: biri nigeriyalı, digəri alman
- “Sabah” - “Hapoel” oyununa nə qədər bilet satılıb?
- Əfran İsmayılovun israfçılığı...
- Azərbaycan Premyer Liqasında növbəti 3 turun oyunlarının vaxtı açıqlandı
- Firuz Abdullanın yeni iş yeri müəyyənləşdi
- "Qarabağ"ın "Xaric segah"ı...
- Yankoviç “Turan Tovuz”da
- Elvin Camalov “Neftçi”dən getdi
- “Neftçi” XXI əsrdəki ən yüksək göstəricisinə imza atıb
-
14:46
Formula 1-dən Azərbaycanla bağlı paylaşım: “Biz yenə Bakıdayıq!”
-
14:19
“Zirə”nin üç legionerinə millidən dəvət
-
13:54
"Sumqayıt"dan iki legioner transferi
-
13:31
“İmişli”dən yeni kampaniya: “göndər-qaytar”
-
13:00
Nazim Umbayev Bakıdakı dünya çempionatına təyinat alıb
-
12:47
Azərbaycan Basketbol Liqasında iştirakçı klubların siyahısında dəyişiklik edilib
-
12:22
"Bayer Leverkuzen"in qələbəsi VİDEO
-
12:08
Daha 3 boksçumuz Avropa çempionatının 1/4 finalına yüksəlib
-
11:53
"Fiorentina" - "Napoli" matçında qalib aşkarlanmadı VİDEO
-
11:35
"Neftçi"dən yubiley qələbəsi
-
11:16
"Milan" "Leççe"yə şans tanımadı VİDEO
-
10:59
"Kəpəz"in 150-ci heç-heçəsini edib
-
10:44
"Yuventus" "Atalanta"nı məğlub etdi VİDEO
-
10:21
Zamiq oynadı, komandası qalib gəldi
-
10:07
"Mançester Yunayted" sonda məğlubiyyətdən qaçdı VİDEO
-
09:52
Azərbaycan atleti dünya çempionatında 91-ci yeri tutub
-
09:30
"Fənərbaxça"dan 8 qol VİDEO
-
23:38
Azərbaycan cüdoçusu dünya çempionu oldu
-
22:02
"Kəpəz" - "Sumqayıt" matçında qarşılıqlı qollar VİDEO
-
21:43
Filipe Kandido: "Premyer Liqanın inkişafını istəyiriksə, futbola hörmət etməliyik"
-
20:55
"Sumqayıt" qələbəni əldən verdi
-
19:27
Azər Bağırov: “Qol epizodlarından istifadə etmədikcə, qarşılığını görürsən”
-
19:19
"Şamaxı" "Araz-Naxçıvan"ı məğlub etdi VİDEO
-
19:00
Zaur İsmayılov: “Müdafiədə kobud səhvlərimiz olur”
-
15:54
"Barselona"nın qələbəsi VİDEO
-
15:36
Bakıda “Koreya Səfiri Kuboku” keçiriləcək
-
15:01
Azərbaycandan ayrılıb, Liviya klubuna keçdi
-
14:28
Abdullazadənin komandası yenə uduzdu
-
13:42
Azərbaycanın fiqurlu konkisürənləri Ankarada Qran-pri yarışında iştirak ediblər
-
13:15
İki boksçumuz Avropa çempionatında 1/4 finala vəsiqə qazanıb
-
12:53
Tovuzda baş verənlərə reaksiyam: “Nu i?”
-
12:30
"Latsio" səfərdə sevindi VİDEO
-
12:07
Naxçıvanda "Velo Fest" velosiped festivalı keçirilib
-
11:49
"Roma - "İnter" matçında 4 qol VİDEO
-
11:24
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:56
"Borussiya" 3 xalı tək qolla qazandı VİDEO
-
10:31
Toral start heyətdə meydana çıxdı, ilk hissədə əvəzləndi
-
10:18
"Arsenal"dan böyük hesablı məğlubiyyət VİDEO
-
10:02
Vüsal oynadı, komandası qələbə qazandı
-
09:45
"Trabzonspor" "Qalatasaray"ı darmadağın etdi VİDEO
-
21:40
“Turan Tovuz” “Zirə”ni məğlub etdi
-
21:17
"Turan Tovuz" sonda sevindi VİDEO
-
20:52
Boksçularımız Qazaxıstanda 3 medal qazanıblar
-
20:20
Kurban Berdiyevdən qələbə şərhi
-
20:09
Rəşad Sadıqov: “Son 6 ildə çempionatda ən çox hakim səhvi “Zirə”nin əleyhinə olub”
-
19:41
"Traktor"un qapıçısı "Sumqayıt"da
-
19:16
Mahirin komandasından növbəti məğlubiyyət
-
16:38
"Turan Tovuz" - "Zirə": Heyətlər açıqlandı
-
15:53
“Əsas məsələ mənim məhsuldar ötürmə verməyim deyil, "Neftçi"nin qələbə qazanmasıdır”
-
15:05
İtaliya millisinə 34 futbolçu dəvət aldı
21.09.2026
20.09.2026
19.09.2026
























