10 Avqust 2026, Bazar ertəsi
Boyan Letiç "Araz-Naxçıvan"da
Nəriman rəsmən “Erzurumspor”da
“Sumqayıt” Qətər klubu ilə heç-heçə etdi
“Zirə” Namik Ələsgərovla yolları ayırdı

Ölkə futbolu

"Düşünürəm ki, "Neftçi" "Speranta" səddini heç bir problem olmadan keçəcək"

"Neftçi"nin sabiq futbolçusu Saşa Yunisoğlu Futbolxeber.az saytına açıqlama verib.
 
O, "ağ-qaralar"ın Avropa Liqasının təsnifat mərhələsindəki "Speranta"la ilə görüşləri haqda danışıb və onların avrokuboklardakı şanslarını dəyərləndirib: "İlk növbədə Avropada Azərbaycanı təmsil edən bütü klublarımıza uğurlar arzu edirəm. "Neftçi" üçün Moldova təmsilçisi uyğun rəqibdi.
 
Düşünürəm ki, "Neftçi" "Speranta" səddini heç bir problem olmadan keçəcək. Moldova çempionatı da bizim liqada zəifdi. Ümumiyyətlə, Moldova klublarının bizim klublarla başabaş mübarizə apara biləcəyinə də inanmıram".
 
"Bəli, "Neftçi" "Speranta"nı keçərsə, "Arsenal"la qarşılaşacaq. Amma mənim üçün bir "Arsenal" var, o da Londonun klubu olan. Tula "Arsenal"ını isə "Neftçi" keçə bilər. "Neftçi"nin qrupa düşmək üçün çox gözəl şansı var. Uşaqlar, inamla, həvəslə bu şansını dəyərləndirib, istifadə etməlidi" - deyə, Saşa Yunisoğlu fikirlərini yekunlaşdırıb.







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31