Ölkə futbolu
"Sənan gəncdi, gələcəkdə yaxşı mütəxəssis olacağına şübhə etmirəm"
Mövsümün sonunda "Qəbələ"dən ayrılan ukraynalı məşqçi Aleksandr Qluşenko müsahibə verib. Futbolxeber.az saytının məlumatna görə, əyalət klubunda qapıçılar üzrə məşqçi işləyən mütəxəssis həm Azərbaycandakı karyerasından danışıb, həm də digər məsələlərə toxunub.
- Geridə qalan müddətdə Aleksandr Aleksandroviç "Qəbələ"də hansı uğurları qazanıb?
- Azərbaycan çempionatının ikiqat gümüş mükafatçısı, ölkə kubokunun finalçısı və son qalibi olmuşuq. Naxçıvanda keçirilən həlledici matçda "Sumqayıt"ı 1:0 hesabı ilə məğlub etdik. Yəqin, bilirsiniz ki, "Qəbələ" Avropa Liqasının qrupunda "Maynts", "Anderlext" kimi komandalarla oyunlarda öz qüvvəsini sınayıb. Qrupa düşmək üçün isə "Lill" və "Maribor" kimi klubları mübarizədən kənarlaşdırıb. Bunlar əvvəlcə Roman Qriqorçukun, ardınca isə əvvəllər onun köməkçisi olmuş Sənan Qurbanovun başçılığı altında məşqçilər korpusunun qazandığı uğurlardır.
- Yəqin ki, "Qəbələ" Qriqorçukun köməkçisini təsadüfən baş məşqçi təyin etməyib...
- Qriqorçuku xüsusi təqdim etməyə ehtiyac yoxdur. O, güclü məşqçidir. Onun taktikası sayəsində "Qəbələ" iki il ardıcıl Avroliqada qrupa düşdü. Onun məşqçilər korpusunda çalışmaq maraqlı idi. Sənan Qurbanov isə çox yaxşı məşqçidir. Vaxtı ilə Muntyanu və Syominin də köməkçisi işləyib. O, komandanı ən çətin vaxtda qəbul etdi. Bu komanda ilə Azərbaycan kubokunda finala çıxmaq və fəxri titulu qazanmaq ikiqat xoş idi. Sənan hələ gəncdir. Amma kifayət qədər təcrübəsi var və gələcəkdə yaxşı mütəxəssis olacağına şübhə etmirəm. "Qəbələ" onun rəhbərliyi altında yüksək səviyyədə sabit oynamağa qadirdir.
- Xatırlayırsınızsa, Qazaxıstanda 3 ilə gənclər yığması üçün Sultan Busurmanov kimi qapıçı hazırlamışdınız. Bəs Azərbaycanda bu mənada nə edə bildiniz?
- Əlbəttə, çox şey istedad və istəkdən asılıdır. Bu mənada təcrübəli Dmitri Bezotosnı və Anar Nəzirov, həmçinin gənc Murad Popovla əla anlaşmamız var idi. Popov bu mövsüm Azərbaycan gənclər yığmasına da dəvət olundu. Yeri gəlmişkən,bu yığmanı Ukraynada yaxşı tanınan Milan Obradoviç çalışdırır.
- Ukrayna, Qazaxıstan və Azərbaycanda zehniyyət, yəqin ki, bir-birindən fərqlənir...
- Futbolun dili hər kəsə aydındır. Mənə istənilən yerdə işləmək rahatdır. Ümid edirəm ki, digərləri də haqqımda bu cür düşünür. Çoxlu dost, yaxşı tanışlar qazandım. İnternetin köməkliyi ilə indi də onlarla əlaqə saxlayıram. Mənim üçün çox faydalı təcrübə oldu. Buna görə taleyimə minnətdaram. Ukrayna və Qazaxıstanla müqayisədə, Azərbaycan futbolu hazırda inkişafdadır. Uşaq futboluna böyük vəsait yatırılır. Dövlətin nəzarəti altında ölkəyə əcnəbi məşqçilər dəvət olunur. Bütün bunlar tamaşaçı maraqlarını stimullaşdırır. Bakıdakı Avropa Liqasının finalı böyük futbolun şərqdəki ciddi sıçrayış faktıdır. (footboom.kz)
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Neftçi” 5 min manat cərimələndi
- Azərbaycan kubokunda yeni rekord
- Asif Məmmədovdan 18 ilin rekordu
- "Sumqayıt"ın qələbə həsrəti bitdi
- “İmişli”də baş məşqçi istefası
- “Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
- Kurban Berdiyev: “Bu sualı niyə mənə verirsiniz?”
-
14:28
Azərbaycanın kayak və kanoeçiləri beynəlxalq yarışın mükafatçıları olublar
-
14:05
“Qarabağ” antirekordun bir addımlığında: 15 mövsümdə ilk dəfə
-
13:32
Azərbaycan Premyer Liqasında son 4 mövsümün antirekordu
-
13:14
“Qarabağ” üzərində qələbə bizə əlavə motivasiya verir”
-
12:59
"Roma" 3 xalı 3 qolla qazandı VİDEO
-
12:41
“Traktor” evdə qalib gəldi
-
12:27
"Tottenhem" səfərdə xalsız qaldı VİDEO
-
12:00
“Qəbələ”nin futbolçusu: “Millidə oynamaq hər bir futbolçu üçün şərəfdir”
-
11:36
"Arsenal"dan çətin qələbə VİDEO
-
11:13
Millimizin üzvü oynamadı, komandası xalsız qaldı
-
10:58
PFL-dən “Zəfər Günü” süjeti: “Futbol döyüş yorğunluğumuzu çıxarmaq üçün yaxşı vasitə idi” VİDEO
-
10:45
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:22
"Qalatasaray"ın oyununda 7 qol vuruldu VİDEO
-
10:09
Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
-
09:54
"Bavariya" səfərdə sevindi VİDEO
-
09:31
Rüfət oynadı, komandası qalib gəldi
-
09:17
"Mançester Siti" uduzdu VİDEO
-
09:00
Azərbaycan Zəfər Gününü qeyd edir
-
21:55
Zirədə 3 qol vuruldu VİDEO
-
21:37
Sadıqov: "Önəmli 3 xal qazandıq"
-
21:14
Yeton Bekiri: “Zamanımız var"
-
20:28
“Zirə” “Qəbələ”yə qalib gəldi
-
16:06
"Kəpəz" milli fasilə zamanı yoxlama oyunu keçirəcək
-
15:43
Cüdo üzrə böyüklər arasında Bakı şəhər çempionatı keçiriləcək
-
15:12
U-21 millimizin heyəti açıqlandı
-
14:51
Danimarkalı vinger “Arsenal” və PSJ-nin hədəfində
-
13:39
Tofiq Əliyev dünya çempionatının gümüş mükafatçısı olub
-
13:25
Emin Mahmudov: “O qol heç vaxt yaddan çıxmayacaq"
-
13:00
Azərbaycanın batut gimnastları dünya çempionatında gümüş medal qazanıblar
-
12:48
NTD-dən növbəti transfer
-
12:24
Prezident İlham Əliyev Xankəndi Stadionunun açılışında iştirak edib FOTOLENT
-
11:56
“Yuventus” 19 yaşlı hücumçu ilə maraqlanır
-
11:33
Musa Qurbanlı: “Hər nə qədər çətinə düşsək də, hədəflərimiz dəyişmir”
-
11:17
Türkiyə klubunda yeni baş məşqçi
-
10:45
Azərbaycan gimnastı dünya çempionatında finala vəsiqə qazanıb
-
10:21
Cenk Sümer: “Neftçi” bu gün boş tribunalar önündə oynamağı haqq etmir”
-
10:09
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:52
"Kasımpaşa"nın qələbəsi VİDEO
-
09:30
Cəlal oynadı, komandası qalib gəldi
-
23:05
"Neftçi" 3 xalı tək qolla qazandı VİDEO
-
22:36
Vernidub: “Sevinirəm ki, meydana sonradan çıxanlar nəticə verirlər”
-
21:58
"Zəfər Turu": "Turan Tovuz" və "Neftçi" qələbə qazandı
-
21:11
"Turan Tovuz" "Qarabağ"ı tək qolla üstələdi VİDEO
-
20:49
Qurban Qurbanov: "Bu, onların haqqı idi”
-
20:24
Kurban Berdıyevdən qələbə şərhi
-
19:00
“Neftçi” - “Kəpəz”: Heyətlər açıqlandı
-
18:37
Riçarlison “Qalatasaray”a keçir?
-
18:03
BOS: "Borussiya"nın ittihamı əsassızdır, "Barselona" isə narahat olmaya bilər" FOTOLENT
-
17:45
“Barselona” daha 3 futbolçusu ilə müqavilə yeniləyəcək
-
17:23
Azərbaycanın tamblinq millisi ardıcıl üçüncü dəfə dünya çempionu olub
08.11.2026
07.11.2026
06.11.2026
























