7 Noyabr 2026, Şənbə
Kurban Berdıyevdən qələbə şərhi
Millimizə 27 futbolçu dəvət aldı
Millimiz Çexiya ilə heç-heçə etdi
XI turun hakim təyinatları açıqlandı

Ölkə futbolu

Stiven Monroz rəsmən "Neftçi"də

"Neftçi" mövsümün sonunda "Qəbələ"dən ayrılan Stiven Jozef-Monrozun keçidini rəsmiləşdirib.
 
Futbolxeber.az saytının klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, fransız futbolçu ilə 2 il müddətinə müqavilə bağlanıb. 28 yaşlı hücumçu "ağ-qaralar"ın heyətində 28 nömrəli formanı geyinəcək.
 
Sonuncu klubu "Qəbələ” (2017-2019) olan Monroz Fransanın "Lans” (2008-2011), "Şatoru” (2010), "Brest” (2015-2017), Belçikanın "Kortreyk” (2011-2012) və "Genk” (2012-2015) komandalarında çıxış edib. Belçika (2013) və Azərbaycan (2019) kubokunun qalibi olan futbolçu Fransanın U-18, U-19, U-20 və gənclərdən ibarət milli komandalarında oynayıb.
 
"Neftçi” bundan əvvəl müdafiəçi Voislav Stankoviç, hücumçu Rauf Əliyev və yarımmüdafiəçi Dario Frederiko ilə müqavilə bağlamışdı.







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30