3 Avqust 2026, Bazar ertəsi
ÇL-də pley-offun püşkü atıldı
"Qarabağ" ciddi itki ilə üzləşdi
"Qəbələ"də braziliyalı qapıçı
“Qəbələ” qələbəni əldən verdi

Ölkə futbolu

“Qəbələ”nin müdafiəçisi “Seltik”də?

"Qəbələ"nin müdafiəçisi Bəhlul Mustafazadə karyerasını Şotlandiyada davam etdirə bilər.

Futbolxeber.az saytının “dailyrecord”a istinadən verdiyi məlumata görə, 21 yaşlı müdafiəçini "Seltik" transfer etmək istəyir.

Bildirilir ki, yayda Dedrik Boyata "Herta"ya keçəcəyi, Filip Benkoviç isə "Lester"ə qayıdacağı üçün Şotlandiya təmsilçisi yeni müdafiəçi axtarışına çıxıb. Mustafazadənin klubun yay toplanışına dəvət ediləcəyi qeyd olunub. Gənc futbolçu özünü yaxşı tərəfdən göstərə bilsə, müqavilə imzalanacaq.

Qeyd edək ki, milli komandamızın üzvü  "Qəbələ" Futbol Akademiyasının yetirməsidir. O, bu mövsüm Azərbaycan Premyer Liqasında 20 oyuna çıxıb.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31