6 Iyun 2025, Cümə
Ölkə kubokunun qalibi bilindi
“Neftçi” yeni transferini açıqladı
Əhmədzadə “Zirə”dən getdi
“Neftçi” iki legionerlə yolları ayırdı

Ölkə futbolu

AFFA cəzaları açıqladı

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

Futbolxeber.az-ın PFL-in saytına istinadən verdiyi məlumata görə, İK Topaz Premyer Liqanın 22-ci turunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verib.

“Zirə” - “Səbail” matçında “Səbail” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.

Təcili tibbi yardımın nümayəndəsi oyunöncəsi iclasda iştirak etmədiyinə görə meydan sahibi klub 800 manat cərimə olunub.

“Qəbələ” - “Sabah” matçının 90+1-ci dəqiqəsində “Sabah” klubunun futbolçusu Kərim Diniyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.

“Sumqayıt” - “Qarabağ” matçının 84-cü dəqiqəsində “Sumqayıt” klubunun azarkeşləri tərəfindən meydana yad əşyalar atıldığına görə klub 1600 manat cərimə olunub.

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2025
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30