2 Fevral 2026, Bazar ertəsi
"Qarabağ" yeni transfer edir
"Qarabağ" və "Neftçi"dən qələbə
"Sumqayıt"da gözlənilməz ayrılıq
Yuri Vernidubdan qələbə şərhi

Ölkə futbolu

“Sumqayıt”ın ən ağır ev məğlubiyyəti

Topaz Premyer Liqasının 32-ci turunun “Sumqayıt” - “Qarabağ” oyunu bir neçə maraqlı məqamla əlamətdar olub.

Futbolxeber.az-ın PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, 0:6 hesabı ilə uduzan meydan sahibləri ev matçlarında yubiley - 50-ci məğlubiyyəti alıb. Premyer Liqada 2011-ci ildən çıxış edən sumqayıtlılar 122-ci qarşılaşmada 50-ci məğlubiyyətə üzülüblər. Komandanın ev oyunlarında 41 qələbəsi və 31 heç-heçəsi var. Çempionatın autsayderi üçün bu yenilgi antirekord kimi tarixə düşüb. Bu, “Sumqayıt”ın Premyer Liqada aldığı ən böyükhesablı ev məğlubiyyətidir.

Yeri gəlmişkən, “Qarabağ” çempionatdakı ən böyükhesablı qələbə rekordunu təkrarlayıb. Cari mövsümdə - ötən il dekabrın 9-da “Zirə”nin qapısından 6 cavabsız qol keçirən ağdamlılar bu dəfə “Sumqayıt”ın meydanında eyni hesaba seviniblər.

Bu, həm də mövsümün ən böyükhesablı nəticəsinin təkrarıdır. 6 top fərqi ilə başa çatan hər iki görüşdə “Qarabağ” rəqib meydanında qalib gəlib.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Fevral 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28