24 Noyabr 2026, Çərşənbə axşamı
“Sumqayıt” Murata ilə vidalaşdı
Premyer Liqamızda yeni rekord
Vernidub qələbəni şərh etdi
Bekiri: “Qələbəyə layiq idik”

Ölkə futbolu

Amit Quluzadə Bosniyada oynayacaq

Ötən yay Kosovonun "Drita" komandasından ayrılan Amit Quluzadənin klubsuz günləri başa çatıb.
 
Futbolxeber.az saytının məlumatına görə, millimizin sabiq yarımmüdafiəçisi karyerasını Bosniya və Herseqovinada davam etdirəcək. 26 yaşlı futbolçu yüksək liqada çıxış edən "Çelik" klubu ilə müqavilə imzalayıb. Amit yeni klubunda 18 nömrəli formanı geyinəcək.
 
Quluzadə "Çelik"in Antalyadakı toplanışında daha əvvəl iştirak etsə də, transfer baş tutmamışdı. Lakin baş məşqçi Adnan Örnəkin istəyilə Amitin transferində xoş sonluq əldə edilib.
 
Amit ölkəmizdə “Neftçi”, "Rəvan", “Qəbələ”, "Səbail" və “Sumqayıt”da çıxış edib. O, Türkiyənin "Ərciyyəspor", Yunanıstanın AEL və Portuqaliyanın "Atletiko" klublarının da şərəfini qoruyub.







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30