7 Oktyabr 2026, Çərşənbə
Millimiz FİFA reytinqində gerilədi
U-21 millimiz Cəbəllütariqə qalib gəldi
U-20 yığmamız Yaponiyanı məğlub etdi
Sefasın durumu nə yerdədir?

Ölkə futbolu

Monroz Qay və Kərimova çatdı

“Qəbələ” 2018-2019-cu illər mövsümünün ikinci yarısına “Sumqayıt” üzərində 1:0 hesablı qələbə ilə start verib. Bununla da “qırmızı-qaralar” ötən ilin sonunda başladığı uğurlu seriyaları davam etdirib.
 
Futbolxeber.az-ın klubun saytına istinadən verdiyi məlumata görə,"Qəbələ”nin qələbə qoluna imza atan Stiven Monroz komandada 18-ci dəfə fərqlənib. O, bu göstəricidə Aleksey Qay və Kənan Kərimova çatıb. Bu “üçlük” klub tarixinin bombardirləri siyahısında 8-10-cu yerləri bölüşür.
 
Monroz bu qollardan 14-nə Premyer Liqada imza atıb. O, “Qəbələ”nin ölkə çempionatının yüksək liqasındakı bombardirləri siyahısında da 8-10-cu yerlərdə qərarlaşan 3 oyunçudan biridi. Burda onun şərikləri Aleksey Qayla Cavid Hüseynovdu. Yeri gəlmişkən, kapitan “qırmızı-qara” forma ilə 75-ci çempionat matçına çıxıb.







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31