18 Sentyabr 2026, Cümə
VI turun hakim təyinatları açıqlandı
“Şahdağ Qusar” zirvədə
Elvin Camalov “Qəbələ”yə qayıtdı
"Neftçi" 1000-ci oyununa çıxacaq

Ölkə futbolu

“Sumqayıt” yeni transferini təqdim etdi

2018/2019 mövsümünün üçüncü dövrəsi üçün hazırlıqlarını davam etdirən “Sumqayıt” FK növbəti transferini həyata keçirib. Futbolxeber.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, komanda “Maşınsazi” (Təbriz) klubunda çıxış edən əslən azərbaycanlı hücumçu Peyman Babaei ilə müqavilə imzalayıb.

1.5 illik icarə əsasında “Sumqayıt” FK-nın şərəfini qoruyacaq olan Babaei 8 nömrəli formada çıxış edəcək.

Qeyd edək ki, “Traktorsazi” klubunun yetirməsi olan Peyman Babaei Təbriz şəhərində anadan olub. 2015-ci ilə qədər adıçəkilən klubun şərəfini qoruyan 24 yaşlı futbolçu Təbrizin digər klubları “Gostaresh Foolad” (26 oyun, 7 qol) və “Maşınsazi”nin (14 oyun, 3 qol) uğurları üçün çalışıb.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Sentyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30