7 Avqust 2026, Cümə
“Qarabağ” “Dinamo”ya məğlub oldu
"Qarabağ" Polşaya yollandı
Azərbaycan II Liqasının püşk atıldı
"Sumqayıt"da braziliyalı yarımmüdafiəçi

Ölkə futbolu

Millimizdə mətbuat xidməti ləğv olundu

Qurban Qurbanovun gedişindən sonra milli komandanın mətbuat xidmətinin də fəaliyyətinə son qoyulub. 
 
Futbolxeber.az saytının məlumatına görə, bu barədə AFFA-nın mətbuat xidmətinin rəhbəri Firuz Abdulla “Azərbaycan radiosu"na açıqlamasında məlumat verib. Federasiya rəsmisinin sözlərinə görə, bundan sonra milli komandanın mətbuat xidməti olmayacaq. Əvvəllər olduğu kimi, yığmada bu işi AFFA-nın mətbuat xidməti yerinə yetirəcək.
 
Qeyd edək ki, milli komandada mətbuat xidmətinin yaradılması Qurban Qurbanovun istəyi ilə olmuşdu. Yığmanın mətbuat xidmətinin rəhbəri Elman Himayətoğlu idi. O, əvvəllər “Zirə” klubunda eyni vəzifəni daşıyırdı.







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31