6 Aprel 2025, Bazar günü
Turun açılış oyununda heç-heçə
XXIX turun hakim təyinatları
“Qəbələ” Premyer Liqada!
Millimizin heyəti açıqlandı

Ölkə futbolu

"Neftçi"nin legioneri: "Qış fasiləsinə lider yollanmaq lazımdı"

“Neftçi”nin müdafiəçisi Slavko Braliç müsahibə verib. Futbolxeber.az saytının məlumatına görə, xorvatiyalı futbolçu Topaz Premyer Liqası və azarkeşlərlə bağlı sualları da cavablandırıb.
 
- Hazırda komanda turnir cədvəlinin ilk pilləsində qərarlaşıb. Qış fasiləsinə qədər bu mövqeyi qorumaq nə qədər vacibdir?
- Birinci yerdə olmağımız çox vacib amildir. Bu üstünlüyü qoruyub qış fasiləsinə lider qismində yollanmaq lazımdır. Belə olan halda, mövsümün ikinci hissəsinə daha yaxşı əhval-ruhiyyə ilə hazırlaşmaq olar.
 
- Özünüzü "Neftçi”də necə hiss edirisiz?
- Çox xoşbəxt hiss edirəm. Hər oyunda ortaya maksimum bacarığımı qoymağa çalışıram.
 
- Sizin üçün indiyə qədər Topaz Premyer Liqasında keçirilmiş ən çətin oyun hansı olub?
- Demək olar, hər oyun çətin keçib. Hər hansı oyunu fərqləndirə bilmərəm.
 
- Azərbaycan çempionatının səviyyəsi gözləntilərinizi doğruldubmu?
- Bəli, çempionatın səviyyəsi kifayət qədər yüksəkdir.
 
- Növbəti rəqib "Sabah” haqda nə deyə bilərsiz?
- Çox keyfiyyətli komandaları var. Nəticələr də belə deməyə əsas verir. Bu rəqiblə səfər oyununda qalib gəlmək üçün bütün bacarığımızı ortaya qoymalıyıq.
 
- Azarkeşlərimiz komandanı hər zaman dəstəkləyir. Onların dəstəyini hiss edirsizmi?
- Əlbəttə! "Neftçi”nin fanatları ən yaxşı azarkeşlərdir. Onların dəstəyi sayəsində hər oyunda özümüzü daha da inamlı hiss edirik.







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30