11 Avqust 2026, Çərşənbə axşamı
Namiq Ələsgərov “Kəpəz”də
Boyan Letiç "Araz-Naxçıvan"da
Nəriman rəsmən “Erzurumspor”da
“Sumqayıt” Qətər klubu ilə heç-heçə etdi

Ölkə futbolu

Qurban Qurbanovun mətbuat konfransının vaxtı açıqlandı

Avropa Liqasının qrup mərhələsinin V turu çərçivəsində baş tutacaq "Qarabağ" -"Sportinq" qarşılaşmasından öncə keçiriləcək mətbuat konfransları və oyunöncəsi son məşqlərin vaxtı bəlli olub. 
 
Futbolxeber.az saytının məlumatına görə, Azərbaycan çempionunun baş məşqçisi Qurban Qurbanov noyabrın 28-də media mənsublarının önünə çıxacaq.
 
Bakı Olimpiya Stadionundakı mətbuat konfransı saat 14:30-da başlayacaq. “Qarabağ”ın oyunöncəsi son məşqi isə saat 19:00-da "Azərsun Arena"da baş tutacaq. Məşqin ilk on beş dəqiqəsi mətbuat və azarkeşlər üçün açıq olacaq. Rəqib komandanın baş məşqçisi saat 20:00-da Bakı Olimpiya Stadionunun mətbuat zalında jurnalistlərin suallarını cavablandıracaq. Portuqaliya təmsilçisinin oyunöncəsi son məşqi isə saat 20:30-da qarşılaşmanın keçiriləcəyi stadionda baş tutacaq. 
 
Klub tərəfindən ayrılmış avtobus media mənsublarını saat 18:30-də Bakı Olimpiya Stadionundan "Azərsun Arena"ya aparacaq və komandanın məşqindən sonra yenidən Bakı Olimpiya Stadionuna qaytaracaq.







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31