Ölkə futbolu
Təmkin Xəlilzadə: "Əlimizdə imkan olsaydı, kosovoluları bəlkə də öldürərdik"
“Qəbələ”nin müdafiəçisi Təmkin Xəlilzadə “Keşlə” ilə görüşdən sonra jurnalistlərə müsahibə verib. O, Futbolxeber.az saytının əməkdaşının suallarını da cavablandırıb:
- Ardıcıl iki qol vursaq da, asan oyun olmadı. Bugünkü hava, şəraiti, belə stadionda oynamaq olduqca çətindir. Çox əziyyət çəkdik, sevinirik ki, əziyyətimiz yerdə qalmadı. Qələbə seriyasını uzatmaq istəyirik.
-İkinci yarıda saysız-hesabsız qol imkanlarınız var idi, ancaq yararlana bilmirdiniz. Nə mane olurdu, dəqiqlik, yoxsa necə?- Hesab 2:1 olandan sonra
- “Keşlə” daha da irəli atıldı, bərabərlik qolunu axtarmağa başladı. Belə olan halda bizim yaxşı imkanlarımız oldu. Hesab 3, hətta 4 top fərqi ilə ola bilərdi, amma futboldur, əldə etdiyin hər imkan qol olmaya bilər. Hücumçularımız qol sayını artıra bilməsələr də, irəlidə çox əziyyət çəkdilər, rəqibin müdafiəsini daim təzyiq altında saxlayırdılar.
- Millətlər Liqasında ardıcıl iki görüşdən sonra süni meydançada oynamaq sizi daha tez yordu deyəsən..
- Yorğunluq istər-istəməz olur. Üstəlik, ayağımda da bir az ağrı var idi. Amma belə hallar bizə mane olmamalıdır. İşimiz budur və gecə saat 3-də də çağırsalar, oynamalıyıq.
- "Qəbələ”nin qeyri-stabil çıxışının səbəbini nədə görürsən?
- Çempionatın səviyyəsi elə vəziyətə gəlib ki, hamı bir-birindən xal ala bilər. İkinci dövrəyə pis başlamamışıq. 3 qələbə, 1 heç-heçə və 1 məğlubiyyət əldə etmişik. Ən çox da biz istəyirik ki, ardıcıl qələbələri sıralayaq. Ümid edirəm ki, alınacaq.
- Cavid Hüseynov "Qəbələ"nin çempionluq üçün oynamadığını, əsas məqsədin ilk 3 yerdən birini tutmaqdan ibarət olduğunu dedi. Siz nə düşünürsünüz?
- Mövsüm başlarkən, çempionluq qarşımıza mütləq hədəf kimi qoyulmamışdı. "Qəbələ”nin adı varsa, bu klub həmişə iddialı olub. Desəm ki, çempionluğa oynayırıq, bu, inandırıcı olmaz. Çalışırıq ki, mümkün qədər irəliləyək. Heç kimdən geri qalmırıq, heç bir komandadan pis oynamırıq.
- Çempionluğa iki namizəd – "Neftçi” və "Qarabağ”la oynamısınız. Birinə qalib gəlib, digərinə məğlub olmusunuz. Hansının çempion olacağını düşünürsən?
- Rəqiblər haqqında danışmağı xoşlamıram. Hələ çempionluqdan bəhs etmək tezdir. Hər ikisinin bərabər şansı var.
- Milli komandanın Kosovo ilə görüşdə istəksiz, ruhsuz oynamasının səbəbi nə idi?
- Mən azarkeşləri də, jurnalistləri də, hər kəsi başa düşürəm, amma bir az da bizi başa düşsələr, yaxşı olardı. Bizdən çox heç kim bu matçda qələbəni arzulaya bilməzdi. Əziyyət çəkən bizik. Üstəlik, rəqib azarkeşlərin himnimizi fitə basması bizə çox pis təsir etdi. Əlimizdə imkan olsaydı, onları bəlkə də öldürərdik. Amma həmin gün onların günü idi. Bəlkə də bu rəqiblə yenidən oynasaq, biz böyükhesablı qələbə qazanarıq. Amma həmin gün nə istədilərsə, alındı. Məğlub olmuşuqsa, deyəcək çox söz olmur. Bir dəfə də demişdim, yenə deyirəm, xalqımızdan bu nəticəyə görə üzr istəyirəm. Onlar da bizim yanımızda olsunlar.
- Yaranan söz-söhbətlər barəsində nə deyə bilərsiniz? Söhbət gəzirdi ki, sanki kimlərsə bilərəkdən zəif oynamışdı...
- Onlar mənim komanda yoldaşlarımdır, çiyin-çiyinə mübarizə aparırıq. Doğrudan da qulağa çox iyrənc gələn söhbətlərdir. Bu haqda danışmaq da ayıbdır. Oxuyuruq, izləyirik, heç cür inanmaq olmur. Elə oyunçulardan danışırıq ki, gözümlə də görsəm, inanmaram. Kamran Ağayev də, Pavel Paşayev də, Dmitri Nazarov da canını qoymağa hazır olan oyunçulardır. Belə söhbətlər deyilməsə, yazılmasa, daha yaxşı olar.
- Martda yeni seçmə mərhələnin startı olacaq. Maraqlıdır ki, Kosovo seçmə mərhələdən birbaşa Avropa çempionatına yollansa, siz yolunuza davam edə bilərsiniz. Belə bir vəsiqəyə ümid varmı?
- Elə şeylər var ki, özümüzdən asılıdır, amma burada hər şey kimdənsə asılı vəziyyətdədir. Nə olacaqsa, xeyirlisi olsun. Biz püşkü gözləyirik və öz rəqiblərimiz maraqlıdır. Baş məşqçimizin rəhbərliyi ilə hazırlaşacağıq.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Azərbaycan komandası Avropa Açıq üzgüçülük yarışında estafetdə birinci olub
- "Mançester Yunayted" - "Sabah" oyununun ən yaxşısı kim seçildi?
- “Mançester Yunayted” - “Sabah” oyununun hakimləri açıqlandı
- “Qarabağ”dan fanşopla bağlı yenilik
- "Qarabağ"ın 2 yeni transferi Bakıda: biri nigeriyalı, digəri alman
- Əfran İsmayılovun israfçılığı...
- Azərbaycan Premyer Liqasında növbəti 3 turun oyunlarının vaxtı açıqlandı
- Firuz Abdullanın yeni iş yeri müəyyənləşdi
- “Araz-Naxçıvan”ın yeni baş məşqçisi müəyyənləşdi
- "Qarabağ"ın "Xaric segah"ı...
- Yankoviç “Turan Tovuz”da
- “Neftçi” XXI əsrdəki ən yüksək göstəricisinə imza atıb
- Elvin Camalov “Neftçi”dən getdi
- “Sumqayıt” qəkəbəni əldən verdi
- “Neftçi” "İmişli"ni məğlub etdi
-
23:18
Daha bir boksçumuz Avropa çempionu oldu
-
23:05
Mikels qardaşlarından dubl, sabiq “Sumqayıt”lıdan təsəlli qolu
-
21:39
Bir təbrikə dəymədi?..
-
20:54
Rafael Utsiq yenidən “Qəbələ”də
-
19:42
U-21 millimiz Çexiya ilə heç-heçə etdi
-
19:26
Gimnastları dünya çempionatının finalına yüksəliblər
-
18:17
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
-
18:00
Dudek “Qarabağ”dan ayrıldığına görə Koxalskini tənqid etdi
-
17:38
Çempionlar Liqası: “Birbaşa Bakı” uduzdu, "Zirə” 1/4 finalda
-
17:01
"LANDAU Lions"da yeni təyinat
-
16:23
“Şahdağ Qusar”dan 8 qollu qələbə
-
15:49
I Liqa klubunda baş məşqçi istefası
-
14:35
“Zirə”dən ayrılan legioner yenidən Azərbaycana qayıtdı
-
13:52
"Sumqayıt" ingiltərəli legionerlə gücləndi
-
13:24
Litva - Azərbaycan oyununun hakimləri müəyyənləşdi
-
13:09
Atletika Federasiyasında məşqçilər üçün seminar başa çatıb
-
12:46
Ülkər Umudova FİDE-nin xüsusi mükafatına layiq görülüb
-
12:17
“Araz-Naxçıvan” Maksimovun rəhbərliyi altında ilk məşqinə çıxıb
-
12:00
Azərbaycan Qran-prisinin yubiley yarışında autizmli gənclər üçün Paddok turu keçirilib
-
11:38
“Mingəçevir Reqatası-2026”ya giriş sərbəst olacaq
-
11:21
Kannavaro 7 əvəzetmə etdi, “Sabah”ın legionerinə ehtiyac duyulmadı
-
10:53
Litva millimizlə oyundan əvvəl qələbə qazandı
-
10:15
Niderland sonra məğlubiyyətdən qaçdı VİDEO
-
10:02
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:44
Azərbaycan Qran-Prisində 2-ci gün
-
23:16
"Neftçi" hazırlıqları bərpa etdi FOTOLENT
-
22:45
"Zirə"nin legioneri əməliyyat olundu
-
21:59
Boksçumuz Avropa çempionu oldu
-
20:28
"Qarabağ"ın bugünkü məşqindən FOTOLENT
-
19:30
Türkdilli Ölkələrin Şahmat Assosiasiyasına üzv dövlətlər silsilə layihələrə start verir
-
18:44
Azərbaycan Qran-Prisində sərbəst yürüşlər keçirildi
-
18:17
II Liqada hakim təyinatları
-
17:51
“LANDAU Lions”da məşqçi təyinatı
-
17:02
Alabanın İtaliya klubuna keçidi rəsmiləşdi
-
16:36
Çimərlik güləşi üzrə milimiz Dünya Seriyasının final mərhələsində mübarizə aparacaq
-
16:13
"Sumqayıt"dan növbəti transfer
-
15:49
"Araz-Naxçıvan" iki yoxlama oyunu keçirəcək
-
15:25
Azərbaycanın deflimpiyaçı atıcısı Avropa çempionatında tarixi nəticə qazanıb
-
14:54
Azərbaycanı dünya çempionatında 6 paracüdoçu təmsil edəcək
-
14:38
Boks millimiz Avropa çempionatında rekorda imza atıb
-
14:17
Bakıda Formula 2 yarışının sıralama turuna start verilib
-
14:00
U-16 millimizin heyəti açıqlandı
-
13:41
Bakıda Formula 1 rekordu: Xarici qonaqların sayı 16 mini keçib
-
13:26
Elxan Səmədov İsgəndər Cavadovla görüşdü
-
12:53
Toral Bayramov: “Uşaqlara demişdim ki, çoxdandır uzaqdan qol vurmuram”
-
12:32
"Formula 1" üzrə Azərbaycan Qran-prisinə start verilib
-
11:49
"Qəbələ" Yaponiya millisi ilə qarşılaşacaq
-
11:04
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:35
Musa Qurbanlı: “Bu matçdan dərs çıxarmalıyıq”
-
10:18
“Neftçi” Cavadovu təbrik etdi
25.09.2026
24.09.2026
























