Ölkə futbolu
Qurban Qurbanov: "Mənim üçün maraqlı olan Kamranın səfərə getməməsidir"
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Topaz Premyer Liqasının XII turunda “Sabah”la 1:1 hesablı heç-heçə etdikləri oyundan sonra fikirlərini bölüşüb.
Futbolxeber.az saytının məlumatına görə, təcrübəli çalışdırıcı öncə oyunla bağlı danışıb:
- Ağır oyun oldu. “Sabah” yaxşı müdafiə olundu. Futbolçular arasında anlaşma çətin idi. Milli oyunlarından sonra hər zaman belə olur. Əsas odur ki, xallarımızın üzərinə xal gəldi.
- Millinin baş məşqçisi olaraq bu suala aydınlıq gətirməyinizi istəyirik. Kamran Ağayev həqiqətən də zədəli olduğunu bəhanə edib?
- Suallarınıza cavab verəcəyəm. Mən istəmərəm ki, komanda haqda belə fikirlər səslənsin. Hər bir komandada zədəli ola bilər. Ola bilər ki, ciddi bir şey olmaya bilərdi. Zədələnməsinə, oynamamasına narahat deyiləm. Mənim üçün maraqlı olan Kamranın səfərə getməməsidir. Bunu futbolçunun ixtiyarına buraxmaq lazımdır. Bütün bunlardan əlavə, istəmərəm ki, futbolçularımın üzərinə çox gedilsin.
- Dekabrın 2-də Avropa çempionatının seçmə mərhələsinin püşkatma mərasimi keçiriləcək. Həmin mərasimdə iştirak edəcəksiniz?
- Bu barədə məlumat verəcəyik.
- Kosovoya məğlubiyyət, bu gün heç-heçə... “Sportinq”lə görüşdə çətinlik olmayacaq?
- Düşünmürəm. Milli üzvləri il ərzində az sayda oyun keçirmirlər. İstər psixoloji, istərsə də fiziki yüklənmə olur. Amma bunun onların oyununa təsiri olacağını düşünmürəm. İnanıram ki, həmin matçda hamı qaydasında olacaq.
- Elxan Məmmədov bu gün meydanın kənarında sizinlə söhbət edirdi. Maraqlıdır, nə danışdınız?
- Elxan müəllim bütün çempionat oyunlarında iştirak edib. Bir yerdə işləyirik, danışmağımız normaldır.
- Tərlan Əhmədov bu gün bildirib ki, milli tək Kamran Ağayevdən ibarət deyil. O, qolkiperin Kosovo ilə oyundan öncə zədəli olduğunu bildirib. O, eyni zamanda “pirojki” dövründə daha yaxşı futbol oynanıldığını söyləyib.
- Mən illərdir futboldayam. Çalışmışam ki, öz işim barədə düşünüm, dəyər verim. O cümlədən də, komandanın nəticələrini yaxşılaşdırım. Tərlanla bir yerdə oynamışam, nəticələrimiz də olub. Tərlanın açıqlaması ilə tanış olmamışam, ona görə fikir bildirmək istəmirəm. Belə hallarda fikir bildirənlər daha çox olur. Heç kimin fikrinə münasibət bildirmək niyyətində deyiləm. Hamıya yalnız dəstək olmağa çalışmışam. Bütün hallarda, heç kim haqda pis fikirdə olmamışam və olmuram. Mən öz işimlə məşğul olmağa çalışıram. Futbolda məğlubiyyət də olur, uğurlu oyunlar da. Kimlər məğlub olmayıb ki?
- Milli komandaya görə azarkeşlər narahatdır. Onlara deyəcəyiniz fikir varmı?
- Mən azarkeşlərdən razıyam. Futbolumuzun irəli getməsini istəyirlər. Bir yerdə olmalıyıq ki, çətinlikləri geridə qoyaq. Bütün idman növlərində məğlub ola bilərik. Bizim birliyimiz həmişə olmalıdır. Biz də öz işimizi layiqincə görməliyik. Çətinliklə də olsa, nəticələrimizi yaxşılaşdırmağa çalışırıq.
- Qurban Qurbanov millidə ona bəslənilən ümidləri doğrulda bilirmi?
- Mən işimin daha yaxşı olmasını istəyirəm. Vaxtımın çox hissəsini futbola ayırıram.
- Üzərinizdə təzyiq hiss etmirsiniz?
- Məşqçilik elə bir peşədir ki, hər zaman təzyiq olur. Yazılanlar, deyilənlər məni narahat edir. Amma mən futbolçuların təzyiq altında olmasından ehtiyatlanıram. Mənə nə qədər təzyiq olsa da, bunu normal qarşılamağa çalışıram. Çətin olsa da, özümü ələ almağa çalışıram.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
- “Neftçi” 5 min manat cərimələndi
- Asif Məmmədovdan 18 ilin rekordu
- “Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
- “İmişli”də baş məşqçi istefası
- Kurban Berdiyev: “Bu sualı niyə mənə verirsiniz?”
- Maksimov məğlubiyyəti şərh etdi
-
22:06
“Sumqayıt”ın legioneri milliyə dəvət aldı
-
21:44
Bakıda cüdo üzrə U-17 yeniyetmələr arasında şəhər birinciliyinə start verilib
-
20:23
“Araz-Naxçıvan”ın müdafiəçisi əməliyyat olunub
-
19:35
AFFA-dan milli üzvünün hərbi xidmətə aparılmasına münasibət: “...açıqlama veriləcək”
-
18:52
Ağadadaş milliyə dəvət aldı
-
17:11
Krivotsyuk 90 dəqiqə oynadı
-
16:49
Zirədə Dövlət Bayrağı Gününə həsr olunan aksiya keçirilib FOTOLENT
-
16:27
Babək Quliyev UEFA-dan təyinat alıb
-
16:00
Azərbaycan millisi Olimpiya çempionu oldu
-
15:36
Yağışa görə II Liqanın oyunu təxirə salındı
-
15:14
"Trabzonspor" səfərdə sevindi VİDEO
-
14:48
Millimizin üzvü "Basketball Without Borders" proqramında iştirak edəcək
-
14:23
"Beşiktaş" 3 xalı 3 qolla qazandı VİDEO
-
13:55
Viçko Şevel: “Bu, sadəcə ilk dövrədir”
-
13:31
"Fənərbaxça"dan darmadağın VİDEO
-
13:19
Yunuszadə ehtiyatda qaldı, komandası uduzdu
-
13:00
"Yuventus"dan xal itkisi VİDEO
-
12:42
Renat Dadaşov yenə oynamadı
-
12:27
"Milan"ın qələbəsi VİDEO
-
12:06
Zamiq darmadağını kənardan izlədi
-
11:54
200-cü heç-heçə
-
11:38
"İnter" "Komo"ya şans tanımadı VİDEO
-
11:13
Murad Məmmədov üçün 31 dəqiqə
-
10:45
"Çelsi" autsayderə uduzdu VİDEO
-
10:21
Mahirdən qol ötürməsi, “Rakuv”dan qələbə
-
10:09
"Liverpul" qələnə həsrətinə son qoydu VİDEO
-
09:52
Nəriman yenə ehtiyatda qaldı
-
09:30
"Barselona"dan əzmkar qələbə VİDEO
-
21:42
Millimiz Latviyaya məğlub oldu
-
20:49
"Şamaxı"dan əzmkar heç-heçə VİDEO
-
20:11
“Çempionatın ən gənc komandasıyıq”
-
19:26
“Şamaxı" və "Sumqayıt"dan xal itkisi
-
19:00
“Araz-Naxçıvan”ın futbolçusu üçün yubiley
-
18:37
"Sumqayıt" səfərdən 1 xalla qayıtdı VİDEO
-
18:16
Filipe Kandido: “Rəqibdən yaxşı oynadıq, amma bu, qələbə üçün kifayət etmədi”
-
15:43
Şahrudin Məhəmmədəliyev 100-ə çatdı
-
14:28
Azərbaycanın kayak və kanoeçiləri beynəlxalq yarışın mükafatçıları olublar
-
14:05
“Qarabağ” antirekordun bir addımlığında: 15 mövsümdə ilk dəfə
-
13:32
Azərbaycan Premyer Liqasında son 4 mövsümün antirekordu
-
13:14
“Qarabağ” üzərində qələbə bizə əlavə motivasiya verir”
-
12:59
"Roma" 3 xalı 3 qolla qazandı VİDEO
-
12:41
“Traktor” evdə qalib gəldi
-
12:27
"Tottenhem" səfərdə xalsız qaldı VİDEO
-
12:00
“Qəbələ”nin futbolçusu: “Millidə oynamaq hər bir futbolçu üçün şərəfdir”
-
11:36
"Arsenal"dan çətin qələbə VİDEO
-
11:13
Millimizin üzvü oynamadı, komandası xalsız qaldı
-
10:58
PFL-dən “Zəfər Günü” süjeti: “Futbol döyüş yorğunluğumuzu çıxarmaq üçün yaxşı vasitə idi” VİDEO
-
10:45
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:22
"Qalatasaray"ın oyununda 7 qol vuruldu VİDEO
-
10:09
Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
09.11.2026
08.11.2026




















.jpeg)

.jpg)

