27 Aprel 2026, Bazar ertəsi
Millimiz Monteneqroya yollanıb
Azərbaycan boksçularından tarixi nəticə
Vernidub: “Azarkeşlərdən üzr istəyirəm”
Qurban Qurbanovdan qələbə şərhi

Ölkə futbolu

Olimpiya Stadionu bağlanır

illimizin Avro-2020-nin seçmə mərhələsindəki ev oyununun yeri dəyişdirilə bilər.

Futbolxeber.az-ın məlumatına görə, bu barədə AFFA-nın rəsmi saytı xəbər yayıb.

Millimizin böyük azarkeş kütləsinin izləməsi ehtimal olunan ev oyunu təqvimə əsasən 2019-cu ilin mart-may aylarına təsadüf edərsə, həmin qarşılaşmanın səfərdə keçirilməsi ilə bağlı AFFA tərəfindən UEFA-ya müvafiq qaydada müraciət olunub. Hazırda məsələyə UEFA tərəfindən baxılır.

2019-cu il mayın 29-da UEFA Avropa Liqasının final oyununun Bakıda keçiriləcəyi nəzərə alınaraq, UEFA-nın Təşkilat Komitəsinin planına uyğun hazırlıq işləri ilə əlaqədar gələn ilin mart ayından etibarən Bakı Olimpiya Stadionu digər tədbirlər üçün qapalı olacaq.

Qeyd edək ki, Avro-2020-nin seçmə mərhələsinin püşkatma mərasimi 2018-ci il dekabrın 2-də İrlandiyanın Dublin şəhərində keçiriləcək.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30