12 Noyabr 2026, Cümə axşamı
Azərbaycan futbolunun qara günü
Ağadadaş milliyə dəvət aldı
Millimiz Latviyaya məğlub oldu
“Çempionatın ən gənc komandasıyıq”

Ölkə futbolu

"Simurq" "Xəzər Lənkəran"la oyunun hazırlıqlarına başladı

Premyer Liqanın 2013/14-cü il mövsümünün ilk turunda "Rəvan"ı 2:0 hesabı ilə məğlub edən "Simurq", bir günlük istirahətdən sonra məşqlərini bərpa edib. Futbolxeber.az-ın məlumatına görə, növbəti turun hazırlıqlarına start verən komandanın dünənki məşqi 1,5 saat davam edib. Əvvəlcə baş məşqçi Georgi Çixradze yetirmələrini ətrafına toplayaraq onlarla ənənəvi qısa söhbət aparıb. Bundan sonra isə məşqə başlanılıb. Qaçış və isinmə hərəktlərindən sonra qruplara bölünərək "kvadrat" oynanılıb. Hazırlığın əsas hissəsində isə taktiki təmrinlər yerinə yetirilib, qısa və uzun ötürmələr, cinahlardan asmaların qapanması məşq edilib. Sonda isə ikitərəfli oyunla hazırlıq tamamlanıb.

Qeyd edək ki, "Simurq" növbəti turda Lənkərana səfər edəcək. Zaqatala təmsilçisi avqustun 11-i saat 20:00-da "Xəzər Lənkəran"la görüşə çıxacaq. 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30