2 Aprel 2025, Çərşənbə
II Liqada XIX tura start verildi
“Neftçi”, sabaha saxlama!
Kubok üçün hakim təyinatları
“Zirə” “Şamaxı”ya qalib gəldi

Ölkə futbolu

“Qəbələ” “Sabah”la oyunun hazırlığına start verib

“Qəbələ” Topaz Premyer Liqasının X turunun hazırlığına start verib.

Futbolxeber.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, oktyabrın 27-də keçirilən “Sumqayıt”la IX turun səfər matçının ertəsi Bakıda bərpaedici məşq keçib, ardınca birgünlük istirahətə buraxılan komanda paytaxtda bir araya gəlib.

“Qırmızı-qaralar” dünən baş tutan səhər məşqi ilə “Sabah”la qarşılaşmanın hazırlığına başlayıb. Baş məşqçi Sənan Qurbanovun rəhbərliyi altında keçən məşq prosesi “Bakı” FK-nın təlim-məşq bazasında gerçəkləşib. Futbolçular əvvəl fiziki təmrinlər yerinə yetirib, ardınca meydançada toplu çalışmalar icra olunub.

Bir məşqlə paytaxt hazırlığını yekunlaşdıran “qırmızı-qaralar” sabah Qəbələyə yollanacaq. Günün ilk yarısında Bakını tərk edəcək komanda hazırlıqlarını Qəbələ şəhər stadionunda davam etdirəcək.

Xatırladaq ki, noyabrın 4-də keçiriləcək “Qəbələ” - “Sabah” matçı saat 17:00-da başlayacaq.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30