Ölkə futbolu
Qurban Qurbanov: "Mxitaryanın gəlməməsi hamımız üçün yaxşıdı"
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsi çərçivəsində "Arsenal"a qarşı keçiriləcək görüşdən öncə mətbuat konfransında çıxış edib. Futbolxeber.az saytının məlumatına görə, Qurban Qurbanov öncə matçla bağlı fikirlərini bildirib:
- Dünyanın ən güclü çempionatında çıxış edən komandaya qarşı oynayacağıq. Əlavəyə ehtiyac yoxdu. Çox ciddi hazırlaşırıq oyuna. İnanıram ki, sabah hər birimizi yaxşı oyun gözləyir. Çalışacağıq ki, sona qədər yaxşı mübarizə aparaq və ən azından yaxşı oyun göstərək".
- Henrik Mxitaryanın Bakıya gəlməməsi bizim üçün üstünlük ola bilərmi?
- İstəməzdim ki, siyasət futbola qarışsın. Amma bəzən bunsuz mümkün deyil. Belə hallarda hər bir klub öz futbolçusunu daha da qoruyub saxlamaq istəyir, ciddi yanaşır. Əlavə söz-söhbət olması haqda düşünmək istəmir. İdmanda belə hallara rast gəlmişik. Ancaq bura gələn idmançılar da olub, normal qarşılanıblar.
Təbii ki, təzyiqlər olub və normaldı. Elə insanlar var ki, müharibədə öz əzizlərini itirib, düşmən kimi baxılır. Ola bilər emosiolarını saxlaya bilməz. 10-15 nəfər təzyi edirsə, bu hamının etirazı deməkdi. Ona görə klub düzgün addım atıb. Mxitaryanın olmaması hamımız üçün yaxşıdı. Hamımız üçün yaxşıdı. Oyundan qorxmağa görə yox, başqa məsələyə görə.
- Donald Geryenin olmaması təqdirdə Abbas Hüseynova, yoxsa Ansi Aqolliyə şans veriləcək?
- Tək Gerye yox, bir neçə futbolumuz oynamır. Təxmini heyəti bilirəm. Amma hələ vaxtımız var. Sabah oyunda qəti qərar veriləcək.
- Hazırkı “Arsenal” Arsen Vengerin vaxtındakından çox fərqlənir?
- Onların oyununu izləmişəm. Hətta öz oyunçularının açıqlamalarından görünür ki, daha çox qol vurmağı tələb edir Unai Emeri. Bunun da şahidi olmuşuq. “Arsenal”ın kökü var. Nə qədər yeni məşqçi gəlsə də, onlar topla oynamağı çox xoşlayırlar. Sadəcə belə turnirlərdə Emeri çox təcrübəlidi. İşlədiyi klublarda böyük uğurlar əldə edib, əsasən də Avropa Liqasında. Hiss olunur ki, komandada sürətli oyunçuların sayı çoxalıb. Bu bugünki futbolda önəmli faktordu. Sabah bəzən onlara qarşı təkcə topla yox, mübarizədə diqqətli olmalıyıq. Arsen Vengerin oyunun öz gözəlliyi, Emerinin oyunun öz gözəlliyi var.
- “Qarabağ” “Arsenal”dan xal ala biləcək?
- Dəfələrlə demişəm ki, bu cür klubların Azərbaycana gəlməsi ölkə futbolu və bizim üçün böyük təcrübədi. Futbolun sevilməsi üçün şansdı. Azarkeşlərimiz belə oyunlara daha çox böyük maraq göstərir. Hər oyundan sonra iki min, üç min azarkeşimiz çoxalsa yaxşıdı. Belə böyük klublara qarşı oynamışıq və uğurlu oyunlarımız da olub. Azarkeşlərimizi tək nəticə yox, mübarizəmizlə də razı salaq. Düşünürəm ki, qalan işlər pis alınmaz.
- Psixoloji sarıdan işlər görmüsüz?
- Hər şey normaldı, qaydasındadı. Futbolçularımızın da böyük təcrübəsi var. Məncə, psixoloji tərəfdən problem olmayacaq Futbolçularım sabah rahat, həzz almaq üçün özlərini yaxşı tərəfdən göstərəcəklər.
- “Arsenal”ın oyuna ikinci heyətlə çıxacaq. Bu müsbət haldı, ya mənfi?
- “Arsenal”da ikinci heyət var? İnanmıram ki, oradakı oyunçular ikinci heyət olsun. Biz bilirik ki, “Arsenal”a qarşı oynayırıq.
- “Kukesi”, “Şerif”lə görüşlərdə stadion dolmurdu. Amma sabah tribunaların dolu olacağı gözlənilir. Bizim azarkeşlər üçün rəqib komandanın adı daha çox önəmlidi?
- Futbol elə oyundu ki, hava ilə azarkeş yığmaq və ya yığmamaq düzgün çıxmaz. ELə oyunlarımız olub ki, istənilən hava şəraitində stadion dolu olub. Böyük klublara qarşı maraq tam başqa olur. İstər-istəməz azarkeş bunu hiss edir, onları görmək istəyir. Özümüzdə böyük klublara maraq göstərir. Bizim üçün stadionun dolu olması vacibdi. Amma biz heç vaxt təkcə stadionda olanları düşünməmişik, azarkeşlərimiz çoxdu. O qədər azarkeş tanıyıram, stadiona gəlmirlər amma ən sadiq azarkeşlərimizdən biridi. Azarkeş nə qədər çox olsa, mən və futbolçular daha məsuliyyətli oluruq.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- “Neftçi”dən azarkeşlərə sürpriz: İstanbuldan gələn yox, İstanbula gedən olacaq
- Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- “Səbail” yoxlama oyununda 5 qollu qələbə qazandı
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- Elvin Bədəlov: “Xeyr, biz D Liqasına layiq deyilik”
- “Qarabağ” "Zirə”yə qalib gəldi
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- “Qarabağ” çempion olmaq istəyir”
- “Neftçi” “Araz-Naxçıvan”ı məğlub etdi
- Kandido: “Qələbəyə layiq idik”
- Mahir Emreli: “İllər keçəcək, bu nəticə ayıbımız kimi yadda qalacaq”
- U-20 millimiz Moldovaya uduzdu
-
17:43
Azər Bağırov: "Daha güclü olmalıyıq”
-
17:26
Yuri Vernidubdan qələbə şərhi
-
16:50
“Neftçi” liderliyi ələ keçirdi
-
16:18
Şahmatın rapid və blits növləri üzrə Azərbaycan çempionatının qalibləri müəyyənləşib
-
15:55
"Qələbə qaçışı" 2 mindən çox insanı bir araya gətirib
-
15:39
Elxan Səmədov “Neftçi”nin futbolçusunu mükafatlandırdı
-
14:41
“Şamaxı” - “Neftçi”: Heyətlər açıqlandı
-
14:02
"Barselona"dan darmadağın VİDEO
-
13:14
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
12:57
Murad Məmmədov üçün 17 dəqiqə
-
12:23
“Bavariya” - “Borussiya” matçında qalib aşkarlanmadı VİDEO
-
12:00
Cəlal “fərqləndi”, “Petrolul” heç-heçə etdi
-
11:36
“Roma”dan 5 qollu qələbə VİDEO
-
11:18
Azərbaycanın daha iki cüdoçusu Avropa çempionu olub
-
10:45
"Mançester Siti" öz meydanında uduzdu VİDEO
-
10:22
Toraldan qol ötürməsi, "Bursaspor"dan qələbə
-
10:09
Derbini "Milan" qazandı VİDEO
-
09:54
Rüfət oynadı, komandası heç-heçə etdi
-
09:31
“Fənərbaxça”dan gözlənilməz məğlubiyyət VİDEO
-
09:17
Nəriman yenə ehtiyatda qaldı
-
22:15
Asiya Kuboku: Cüdoçularımız 5 medal qazanıblar
-
21:48
Dadaşovun komandasının oyunu yarımçıq saxlanıldı
-
21:00
"Böyük Dəbilqə": Kokauri gümüş medal qazandı
-
20:54
Bekiri: "1 xal qazanmağa layiq idik"
-
20:37
"Qəbələ" - "Qarabağ" matçında heç-heçə VİDEO
-
20:19
Qurbanov: “Yüz faiz cəzalanacaqlar”
-
20:12
Qurban Qurbanov adının “Fənərbaxça” ilə hallanmasına münasibət bildirdi
-
19:23
"Zirə” də xal itirdi, "Qarabağ" da
-
19:06
"Araz-Naxçıvan" qələbəni əldən verdi VİDEO
-
18:15
Abşeron-Xızı cüdo çempionatının qalibləri bəlli olub
-
17:41
“İki xal itirməsəydik, yaxşı olardı”
-
17:28
Rəşad Sadıqov: “Azərbaycan futbolunda ilk dəfə idi belə halla qarşılaşırdıq, o da bizim başımıza gəldi"
-
16:54
"Qəbələ" - "Qarabağ": Heyətlər müəyyənləşdi
-
15:47
Venger Bakıdakı turnir haqda: “Hər kəs yarışa aşiq oldu"
-
14:39
“Barselona” “El-Klasiko”dan rekord gəlir əldə edib
-
14:00
"Araz-Naxçıvan" - "Zirə": Heyətlər açıqlandı
-
13:12
30 illik nağıl
-
12:56
AFFA ilə klubların akademiya rəhbərləri arasında görüş keçirilib
-
12:23
"Sumqayıt" hazırlıqlarını davam etdirir FOTOLENT
-
11:45
Futbolun İnkişaf Fondu 10 yaşında
-
11:08
PSJ-dən 5 qollu qələbə VİDEO
-
10:34
İsa Suliman: “Kapitan sarğısının mənə verilməsi klubun jesti idi”
-
09:51
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:17
"Qalatasaray"dan darmadağın VİDEO
-
23:09
"Turan tovuz" 3 xalı 3 qolla qazandı VİDEO
-
22:51
Azərbaycan cüdoçusu İtaliyada Avropa çempionu olub
-
21:44
Prezident İlham Əliyev İspaniya millisini belə mükafatlandırdı FOTOLENT
-
21:17
Kurban Berdıyevdan qələbə şərhi
-
20:25
“Turan Tovuz” “Sabah”ı məğlub etdi
-
19:36
Hidayət Heydərov "Böyük Dəbilqə"də bürünc medal qazandı
01.11.2026
31.10.2026
30.10.2026
Arxiv
| Noyabr 2026 |
| B.e | Ç.a | Ç | C.a | C | Ş | B |
| 01 | ||||||
| 02 | 03 | 04 | 05 | 06 | 07 | 08 |
| 09 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
| 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
| 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
| 30 |
























