8 Avqust 2026, Şənbə
Nəriman rəsmən “Erzurumspor”da
“Sumqayıt” Qətər klubu ilə heç-heçə etdi
“Zirə” Namik Ələsgərovla yolları ayırdı
“Qarabağ” “Dinamo”ya məğlub oldu

Ölkə futbolu

"Qarabağ"ın görüşü rekorda səbəb oldu

Topaz Premyer Liqada 2018/19 mövsümündə yeni rekord müəyyənləşib. 
 
Futbolxeber.az-ın PFL-in saytına istinadən verdiyi məlumata görə, 6-cı turun “Sabah” – “Qarabağ” qarşılaşmasında (0:2) 4500 tamaşaçı qeydə alınıb. 
 
“Əlincə Arena”dakı göstərici bu mövsümün arxada qalan 6 turu üçün mütləq rekorddur. Bunadək ən çox tamaşaçı 3-cü turun “Qarabağ” – “Neftçi” matçında (1:1) qeydə alınmışdı. “Azərsun Arena”dakı görüşü 3000 azarkeş izləyib.
 
6-cı turun ümumi tamaşaçı sayı da rekordla diqqət çəkib. Dörd qarşılaşmanı ümumilikdə 6900 tamaşaçı izləyib. Bu da əvvəlki 5 turla müqayisədə ən yüksək göstəricidir.







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31