5 Noyabr 2025, Çərşənbə
Qurbanov BBC-yə danışdı
"Çelsi" Bakıya bu heyətlə gəldi
“Qarabağ” “Çelsi”ni qəbul edir
Ayın qolunun qalibi mükafatlandırıldı

Ölkə futbolu

Ağabala Ramazanov: "Qarşımıza hansısa məqsəd qoyulmayıb"

“Səbail”in forvardı Ağabala Ramazanov Futbolxeber.az saytının suallarını cavablandırıb:
 
 
- “Neftçi” ilə görüşə pis başlamamışdınız. Görünürdü ki, komanda rəqibdən xal almaq istəyir. Bəs nəyə görə sonluq bu cür oldu?
 
- İstəyirdik ki, xal qazanaq. Amma nələrsə çatmadı. Ona görə də sonda uduzduq.
 
- Madu Jarjuenin müdafiədəki kobud səhvi komandaya deyəsən çox pis təsir etdi. Hər halda həmin qoldan sonra komanda özünə gələ bilmədi...
 
- Bu futboldu, hamımız səhv edə bilərik. Madu da cavan oyunçudu, ona ancaq dəstək olmalıyıq. Onun səhvi hamımızın səhvidi.
 
- “Səbail”in heyətində ən aktiv futbolçu sən idin desək yanılmarıq. İki dəfə qol vurmaq imkanın oldu, ancaq Səlahət Ağayev buna imkan vermədi...
 
- Bəli, fərqlənmək istəyirdim. Amma bu məndə alınmadı.
 
- Bəzi jurnalistlər və azarkeşlər hesab edir ki, “Səbail”in oyunu yoxdu, meydanda nə etmək istədikləri bilinmir. Bu barədə nə demək istəyərdin?
 
- Bu suala mən cavab verə bilmərəm. Hər halda baş məşqçimiz bu suala cavab verə bilər.
 
- Qarşıdakı turda rəqibiniz “Sumqayıt”dı. Həmin matçda qalib gələ biləcəksiz?
 
- Bu oyun bizim üçün çox vacib oyun olacaq. Ümid edirəm ki, sevinən tərəf biz olarıq.
 
- “Səbail”in bu mövsümdəki məqsədi nədi? Avropa Liqasına vəsiqə qazanmağınız realdı?
 
- Bizim qarşımıza hansısa məqsəd qoyulmayıb. Ancaq biz də maksimum xal toplayıb, Avropa Liqasına getmək istəyirik. Əgər əlimizdə belə şans varsa, bu cür gözəl heyətimiz varsa niyə də getməyək?
 
- “Qarabağ”ın sabiq futbolçusu kimi, necə düşünürsən, komanda “Arsenal”la görüşdə istədiyi nəticəni qazana bilər?
 
- Qrupun ən güclü rəqibinə qarşı oynayacaqlar, çətin olacaq. Məğlub olmasaq ən gözəl nəticə olar. “Qarabağ”a uğurlar arzu edirəm.
 







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30