Ölkə futbolu
Tərlan Əhmədovu başa düşdük, bəs 0:4?.. (QEYD)
“Neftçi” adına çox acınacaqlı mənzərə yaranıb. Son günlər əksər mətbuat orqanlarında, sosial şəbəkələrdə sabiq və indiki “Neftçi”lilər arasında “atışma” gedir. Komandanın keçmiş baş məşqçisi, haqsız şəkildə işindən uzaqlaşdırılan Tərlan Əhmədov “Uypeşt”dən alınan biabırçı məğlubiyyətdən sonra fikirlərini açıqlayıb. Əhmədovun dedikləri təbii ki, “Neftçi”nin hazırkı rəhbərliyini qane etməyib və onlar sabiq çalışdırıcının cavabını gecikdirməyiblər.
Əhmədovun ardınca “Neftçi”dən uzaqlaşdırılan Kamal Quliyev, eləcə də klubda işinə xitam verilən daha bir neçə nəfər hazırkı rəhbərliyin əleyhinə çıxış ediblər. Tərlan Əhmədov xaric, digərlərindən kimin haqlı, kimin haqsız olduğunu demək çətindir. Bunu tərəflər özləri və Allah bilir.
O ki qaldı Tərlan Əhmədova, “Neftçi” rəhbərliyi nə deyir desin, onun komandadan uzaqlaşdırılması haqsızlıq idi. Komanda qarşıya qoyulan məqsədə çatıbsa, deməli, məşqçi işini görüb, lazım olanı edib. Əhmədovun guya xasiyyəti pis olub, heç kimlə yola getməyib. Əvvəla Tərlan bəyi futbolda olanların çoxu tanıyır. Hamı ilə yola getməyəcək qədər qəliz xasiyyətli biri deyil. Digər tərəfdən də guya “Neftçi”nin əvvəlki məşqçiləri hamı ilə “can deyib, can eşidib”? O ki qaldı qazanılan bürünc medalda kənar amillərin roluna, o “kənar amillər” Vəli Qasımovun da vaxtında olub, Elxan Abdullayevin də. Bəs onda niyə “Neftçi” niyə nəticə qazanmırdı?..
Keçək əsas məsələyə. Son günlərdəki “atışmalar”ın acınacaqlı tərəfi odur ki, bu cür söz-söhbətlər atılıb ortaya, “Neftçi”nin Macarıstan fiaskosu qalıb bir kənarda. Məsələn, son 2 gün ərzində Ceyhun Sultanovun iki müsahibəsini oxumuşam, ikisi də başdan ayağa Tərlan Əhmədova, Kamal Quliyevə cavabdı. “Uypeşt”dən alınan 0:4 hesablı məğlubiyyət barədə 1 cümlə belə yoxdu. Yaxşı, tutaq ki Tərlan Əhmədov pis idi, onu bildik. Bəs 0:4? “Uypeşt” darmadağınının da günahkarı Tərlan Əhmədovu? 3:1-lik qələbədən sonra Macarıstanda çökən komandanın başında da Tərlan Əhmədov dayanmışdı? Budapeştdə axı Tərlan Əhmədov yox idi. Niyə “Neftçi” səfərdə darmadağın oldu? Bunlardan danışmaq lazımdı. Yoxsa ki Tərlan Əhmədov onu dedi, Kamal Quliyev bunu...
Görünən odur ki, “Neftçi” rəhbərliyinə bu hal sərf edir. Çünki uğursuzluq qalıb bir tərəfdə, gündəmi heç bir mahiyyəti olmayan söhbətlər zəbt edib. Bəh-bəhlə gətirilən Bordin, əcnəbilər isə sakit şəkildə yeni mövsümə hazırlaşırlar...
İBRAHİM
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- “Neftçi” 5 min manat cərimələndi
- Azərbaycan kubokunda yeni rekord
- Asif Məmmədovdan 18 ilin rekordu
- "Sumqayıt"ın qələbə həsrəti bitdi
- “İmişli”də baş məşqçi istefası
- “Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
- Kurban Berdiyev: “Bu sualı niyə mənə verirsiniz?”
-
14:28
Azərbaycanın kayak və kanoeçiləri beynəlxalq yarışın mükafatçıları olublar
-
14:05
“Qarabağ” antirekordun bir addımlığında: 15 mövsümdə ilk dəfə
-
13:32
Azərbaycan Premyer Liqasında son 4 mövsümün antirekordu
-
13:14
“Qarabağ” üzərində qələbə bizə əlavə motivasiya verir”
-
12:59
"Roma" 3 xalı 3 qolla qazandı VİDEO
-
12:41
“Traktor” evdə qalib gəldi
-
12:27
"Tottenhem" səfərdə xalsız qaldı VİDEO
-
12:00
“Qəbələ”nin futbolçusu: “Millidə oynamaq hər bir futbolçu üçün şərəfdir”
-
11:36
"Arsenal"dan çətin qələbə VİDEO
-
11:13
Millimizin üzvü oynamadı, komandası xalsız qaldı
-
10:58
PFL-dən “Zəfər Günü” süjeti: “Futbol döyüş yorğunluğumuzu çıxarmaq üçün yaxşı vasitə idi” VİDEO
-
10:45
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:22
"Qalatasaray"ın oyununda 7 qol vuruldu VİDEO
-
10:09
Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
-
09:54
"Bavariya" səfərdə sevindi VİDEO
-
09:31
Rüfət oynadı, komandası qalib gəldi
-
09:17
"Mançester Siti" uduzdu VİDEO
-
09:00
Azərbaycan Zəfər Gününü qeyd edir
-
21:55
Zirədə 3 qol vuruldu VİDEO
-
21:37
Sadıqov: "Önəmli 3 xal qazandıq"
-
21:14
Yeton Bekiri: “Zamanımız var"
-
20:28
“Zirə” “Qəbələ”yə qalib gəldi
-
16:06
"Kəpəz" milli fasilə zamanı yoxlama oyunu keçirəcək
-
15:43
Cüdo üzrə böyüklər arasında Bakı şəhər çempionatı keçiriləcək
-
15:12
U-21 millimizin heyəti açıqlandı
-
14:51
Danimarkalı vinger “Arsenal” və PSJ-nin hədəfində
-
13:39
Tofiq Əliyev dünya çempionatının gümüş mükafatçısı olub
-
13:25
Emin Mahmudov: “O qol heç vaxt yaddan çıxmayacaq"
-
13:00
Azərbaycanın batut gimnastları dünya çempionatında gümüş medal qazanıblar
-
12:48
NTD-dən növbəti transfer
-
12:24
Prezident İlham Əliyev Xankəndi Stadionunun açılışında iştirak edib FOTOLENT
-
11:56
“Yuventus” 19 yaşlı hücumçu ilə maraqlanır
-
11:33
Musa Qurbanlı: “Hər nə qədər çətinə düşsək də, hədəflərimiz dəyişmir”
-
11:17
Türkiyə klubunda yeni baş məşqçi
-
10:45
Azərbaycan gimnastı dünya çempionatında finala vəsiqə qazanıb
-
10:21
Cenk Sümer: “Neftçi” bu gün boş tribunalar önündə oynamağı haqq etmir”
-
10:09
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:52
"Kasımpaşa"nın qələbəsi VİDEO
-
09:30
Cəlal oynadı, komandası qalib gəldi
-
23:05
"Neftçi" 3 xalı tək qolla qazandı VİDEO
-
22:36
Vernidub: “Sevinirəm ki, meydana sonradan çıxanlar nəticə verirlər”
-
21:58
"Zəfər Turu": "Turan Tovuz" və "Neftçi" qələbə qazandı
-
21:11
"Turan Tovuz" "Qarabağ"ı tək qolla üstələdi VİDEO
-
20:49
Qurban Qurbanov: "Bu, onların haqqı idi”
-
20:24
Kurban Berdıyevdən qələbə şərhi
-
19:00
“Neftçi” - “Kəpəz”: Heyətlər açıqlandı
-
18:37
Riçarlison “Qalatasaray”a keçir?
-
18:03
BOS: "Borussiya"nın ittihamı əsassızdır, "Barselona" isə narahat olmaya bilər" FOTOLENT
-
17:45
“Barselona” daha 3 futbolçusu ilə müqavilə yeniləyəcək
-
17:23
Azərbaycanın tamblinq millisi ardıcıl üçüncü dəfə dünya çempionu olub
08.11.2026
07.11.2026
06.11.2026
























