3 Avqust 2026, Bazar ertəsi
"Qarabağ" ciddi itki ilə üzləşdi
"Qəbələ"də braziliyalı qapıçı
“Qəbələ” qələbəni əldən verdi
"Turan Tovuz" qələbə qazandı

Ölkə futbolu

"Uypeşt" "Neftçi"ni 2:0 məğlub edəcək gücdədi"

Macarıstan futbolunun veteranları “Uypeşt” - “Neftçi” matçı haqda fikirlərini mətbuata bildirib.

Futboleber.az saytının məlumatına görə, macarlar Avropa Liqasının birinci təsnifat mərhələsinin cavab qarşılaşması barədə danışıblar.

Zoltan Şlezak: “Düşünürəm ki, növbəti mərhələyə adlayacağıq. Bakıdakı oyunu gördüm. Əgər biz evdə stabil oynasaq mərhələ adlayacağıq. Səfərdəki görüşdə hətta hesabda da öndə idik. Əminəm ki, azərbaycanlılar risk etmyəcək. Qol vurmaq üçün şanslarımızın olacağını düşünürəm. Bizim işimiz iki qol vurmaqdı”.

Dyord Veber: “Mən hər şeyin yaxşısına ümid edirəm. “Neftçi”ni 2:0 hesabı ilə udacaq gücdəyik. Sadəcə müdafiəyə diqqət etməliyik. Çünki buraxılacaq qol işimizi çətinləşdirə bilər. Necə gəldi irəli getmək də olmaz”.

Yojef Tot: “Əsas odu ki, oyunçular öz güclərinə inansın. İnanıram ki biz ikinci mərhələyə adlayacağıq. Bunu azarkeşlərimizin köməyi ilə edəcəyimizə inanıram”.

Antal Dunay: “Növbəti mərhələyə adlayacağımıza inanıram. Əsas rolu isə erkən qol həll edəcək. İlk yarıda iki qol vurmağımız pis olmazdı.Əminəm ki, “Uypeşt” “Sevilya”nı bura gətirəcək”.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31