5 Avqust 2026, Çərşənbə
"Sumqayıt"da braziliyalı yarımmüdafiəçi
“Şamaxı” “Qəbələ”yə qalib gəldi
Yunuszadə Türkiyə klubunda
Şeydayevin yeni klubu müəyyənləşdi

Ölkə futbolu

Nazim Süleymanov "Sumqayıt"ı ilk məşqinə çıxardı

"Sumqayıt” 2018/19 mövsümü üçün hazırlığa start verib.
 
Futbolxeber.az saytının məlumatına görə, komanda baş məşqçi Nazim Süleymanovun rəhbərliyi altında Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda mövsümə hazırlıq məqsədi ilə ilk məşqini keçirib.
 
“Sumqayıt” yeni transferlər də daxil olmaqla tam heyətlə hazırlaşıb. Yalnız Nicat Qurbanov və Rail Məlikov fərdi məşqlərlə kifayətlənib. Bundan başqa əvəzedici heyətdən Məhərrəm Məmmədli, Kamran Nəsirov, Turan Manafov, Tural Bayramlı, Fərid Kərimzadə və Elvin Nəsibov da əsas komandanın hazırlıq prosesinə cəlb olunub.
 
Təxminən 2 saata yaxın davam edən məşqin ilk hissəsində fiziki hazırlıq üzrə hərəkətlər yerinə yetirilib. Daha sonra isə topla çalışmalara üstünlük verilib.
 
 







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31