Ölkə futbolu
Elxan Məmmədov: "10 komandalı çempionat ehtimalı çox azdır"
Bu gün keçirilən AFFA Klublar Komitəsinin iclasında qurumun baş katibi Elxan Məmmədov da iştirak edib. Futbolxeber.az saytının apasport.az-a istinadən verdiyi məlumata görə, Məmmədov toplantıdan sonra jurnalistlərin suallarını cavablandırıb.
- AFFA Klublar Komitəsinin iclasında hansı qərarlar qəbul olundu?
- Bu gün bəzi məsələləri AFFA rəhbərliyi adından çatdırdım. Bildiyiniz kimi, hazırda klublar fərdi şəkildə statistik məlumatlar alırlar. Təbii ki, buna görə, pul xərcləyir. Biz də Klublar Komitəsinin müraciətinə baxaraq, mərkəzləşdirilmiş sistem şəkildə “InStat” şirkəti ilə danışıqlar apardıq. İllik 80 min avroluq müqavilə imzaladıq. Artıq bütün klublara statistik məlumatlar bu şirkət göndərəcək. Əlavə xərcə də ehtiyac olmayacaq. Hesabımıza görə, hər klub statistik məlumatlar üçün ildə təxminən 12-14 min avro arası pul xərcləyir. Bu statistik fitness və skaut sisteminin məlumatlarını əldə etmək üçündü. 80 min avroya bütün milli komandalar da daxil olub. Bizim üçün ən əsası, Gənclər Liqasının bütün statistik məlumatları ilə məşqçilərimiz təmin olunacaqlar. Düşünürəm ki, Çempionlar Liqasında iştirak edəcək Gənclər Liqasının qalibi üçün də bu amil çox vacibdi.
- Bütün xərclər AFFA tərəfindən qarşılanacaq?
- Əlbəttə. Düşündük ki, ümumi olaraq mərkəzləşdirilmiş sistemlə danışıq aparaq. Belədə qənaət edə bilərik. Belə də etdik. Hazırda 8 klubumuz, üstəlik, Gənclər Liqasında iştirak edən komandalar və bütün yığmalar bu sistemə daxil oldular. Artıq ötən həftədən müqavilə qüvvəyə mindi və 2 illik müqavilə imzalandı. Bu müraciət Klublar Komitəsindən oldu və AFFA rəhbərliyi müzakirə etdikdən sonra belə bir addım atmaq qərarına gəldi.
- AFFA İcraiyyə Komitəsinin növbəti iclası nə vaxta planlaşdırılır?
- Təxminən mayın 15-nə qədər iclasın baş tutması planlaşdırılır. Klublar Komitəsi bəzi məsələləri tövsiyə xarakterli edəcək. Bəzi məsələlər isə birbaşa səlahiyyətimizə daxildi.
- “Xəzər”in Qubanı təmsil etməsi və Premyer Liqaya yüksələcək 10-cu komandanın kimliyi məsələsi nə yerdədi?
- Bu məsələ futbol ictimaiyyətinin gündəmindədi. Dəfələrlə qeyd etmişik ki, hər şey lisenziyalaşdırmadan asılıdı. UEFA-nın bununla bağlı sərt qərarları var. Bu qərarları da AFFA-nın sisteminə daxil etdik. 10 klub tərəfindən bütün sənədlər verildi. Bəzi klublar sənədləşməni maksimum təmin etməyə çalışdılar. Lakin bəziləri yenə bu məsələyə qeyri-peşəkar yanaşdılar. Onların adını çəkməyim qeyri-etik olar. Ancaq klubların qeyri-peşəkar yanaşmanı davam etdirmələri məni məyus edir. I Divizion əslində gələcəyi göstərir. İlk addımlar belə qeyri-peşəkar atılırsa, o zaman biz risk edə bilmərik. Keçmiş təcrübə göstərir ki, bəzi klublara güzəşt edildi. Bu da Premyer Liqada komandaların sayının çox olması üçün idi. Lakin elə də müsbət təsir vermədi. Mövsümün gedişində bəziləri fəaliyyətini dayandırdı, bəzilərinin maliyyə problemləri oldu. Çempionat 8 komanda ilə başlayırsa, bu sayla da bitməlidi. Bu, bizim üçün ən vacibdi. Digər tərəfdən, maliyyə şəffaflığı təmin olunmalıdı. Üçüncüsü isə idman meyarıdı. İnfrastrukturla bağlı həmişə bir yol tapa bilərik. Çünki hazırda AFFA-nın balansında stadionlar mövcuddu və həmin klubları təmin edə bilərik.
- Lisenziyalaşdırmanın qərarları nə vaxt açıqlanacaq?
- Mayın 15-nə qədər.
- Gələn mövsüm I divizionla əvəzedicilər birləşərsə, neçə komandanın iştirakı nəzərdə tutulub və limit necə olacaq?
- Bu məsələ Klublar Komitəsinin iclasında müzakirə olundu. Biz istərdik ki, Gənclər Liqası da gücləndirilsin. Çünki UEFA ildən-ilə bu liqaya daha böyük önəm verir. Biz də bu “dalğanı” davam etdirməliyik. Çünki qalibimiz Çempionlar Liqasında təmsil olunur. Bu, birbaşa Premyer Liqaya oynayan yaşdı. Gənclər Liqasında çıxış edən futbolçular növbəti mövsüm 20-21 yaşda olanda əslində Premyer Liqada oynamalıdılar. Limit məsələsi də vacibdi. Hazırda 1996-97-ci il təvəllüdlülərlə bağlı limit var ki, mütləq oynamalıdı. Bu yaşı saxlamaq, yoxsa 1998-99-cu illəri tətbiq etməklə bağlı hazırda müzakirə olunur. Bu, birbaşa AFFA İcraiyyə Komitəsinin səlahiyyətində olan məsələdi.
- Premyer Liqada 10 komanda düzəlməsə, 9 komandalı çempionat da düz gəlmir. Belədə hansı addım atılacaq?
- Hazırda planda 8 komandanın iştirakıdı. Lisenziyalaşdırma ilə bağlı problem olduğu və vəziyyəti gördüyümüz üçün təəssüf ki, hazırda 10 komandalı çempionat ehtimalı çox azdı. Təbii ki, AFFA İcraiyyə Komitəsinin iclasında müzakirə olunduqdan sonra müvafiq qərar qəbul olunacaq.
- “Xəzər” standartlara cavab versə, “Kəpəz” I diviziona düşməlidi?
- Əslində, Əsasnaməyə uyğun olaraq və idman prinsiplərinin qorunması üçün Premyer Liqanı sonuncu yerdə bitirən komanda aşağı liqaya düşməlidi. Lisenziyalaşdırma ilə bağlı sənədlərin təhlilini aparır və vəziyyəti görürük. Bir komandanın elitaya yüksəlmək ehtimalı var. O da ilk növbədə lisenziyalaşdırmanın şərtlərini təmin etməlidi. Çünki bu gün təkcə komandaya yox, kluba lisenziya veririk. Hazırda isə təəssüf ki, I divizionda komanda yanaşmasıdı. Bu da peşəkar klub yanaşması deyil. 8 komanda bizdə stabillik yaradıb. Çünki klub kimi fəaliyyət göstərirlər. Uşaq liqalarında iştirak edən komandaları var, məşqçilər mütəmadi olaraq kurslarımıza qatılırlar. Həkimlər, fizioterapevtlər, menecerlər baxımından əsl peşəkar klubdular. Bizə də Premyer Liqada komanda yox, klub lazımdı.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- “Qarabağ” "Zirə”yə qalib gəldi
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- Kandido: “Qələbəyə layiq idik”
- U-20 millimiz Moldovaya uduzdu
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- Millimiz Litvanı tək qolla məğlub etdi
- “Qəbələ” yaponlara məğlub oldu
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- “Neftçi” 5 min manat cərimələndi
- Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
18:00
Sumqayıtda heyətlər açıqlandı
-
17:35
"Neftçi"də bərpa rejimi FOTOLENT
-
17:13
“Qalatasaray”ın yarımmüdafiəçisi İngiltərə klublarının hədəfində
-
16:47
“Napoli”də ciddi itki
-
16:21
Voleybol yığmalarımız Avropa çempionatının təsnifat mərhələsində çıxış edəcəklər
-
15:52
Azərbaycanda 8-ci dəfə məktəblilər üçün "Üzməyi öyrənək" layihəsi keçiriləcək
-
15:38
Çerçesov Moskva klubunda?
-
15:14
Azərbaycan deflimpiyaçıları Avropa çempionatında 3 qızıl medal qazanıblar
-
14:46
Konkur üzrə Azərbaycan çempionatı keçiriləcək
-
14:29
Bakıda karate üzrə "Zəfər Kuboku" keçirilib
-
14:00
Ayman Bouali: “Şahin Diniyev məni “Qalatasaray”la oyunda bəyənmişdi”
-
13:35
“Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
-
13:13
“Sportinq”i o çalışdıra bilər
-
12:57
Azərbaycan Avropa çempionatında 40 şahmatçı ilə təmsil olunacaq
-
12:41
Millimiz Avropa çempionatına Türkiyə boksçuları ilə birgə hazırlaşır
-
12:22
Kamal Umudlu "Vilyarreal" - PSJ oyununda
-
12:08
UEFA-dan Babək Quliyevə yeni təyinat
-
11:54
"Latsio" liderliyini davam etdirir VİDEO
-
11:36
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
11:19
"trabzonspor"un qələbəsi VİDEO
-
11:00
Respublika Velotrekində tələbələr üçün maarifləndirici və idman tədbirləri keçirilib
-
10:45
"Yuventus" "Napoli"ni məğlub etdi VİDEO
-
10:27
Yunuszadənin komandasından mövsümdə ilk qələbə
-
10:13
"Beşiktaş" qələbəni əldən verdi VİDEO
-
09:58
“Neftçi”nin futbolçusu: “Messinin vida oyununda iştirak etmək mənim üçün tarixi an idi”
-
09:42
"Real" 3 xalı 3 qolla qazandı VİDEO
-
09:31
Zamiq oynadı, komandası səfərdə sevindi
-
09:14
"Arsenal" səfərdə "Liverpul"a qalib gəldi VİDEO
-
09:00
"Sumqayıt" autsayderə qarşı
-
20:57
"Dakar-2026": Azərbaycan cüdoçusu qızıl medal qazanıb
-
19:24
“Neftçi” liderliyi ələ keçirdi
-
19:00
"Neftçi" 3 xalı 3 qolla qazandı VİDEO
-
17:43
Azər Bağırov: "Daha güclü olmalıyıq”
-
17:26
Yuri Vernidubdan qələbə şərhi
-
16:18
Şahmatın rapid və blits növləri üzrə Azərbaycan çempionatının qalibləri müəyyənləşib
-
15:55
"Qələbə qaçışı" 2 mindən çox insanı bir araya gətirib
-
15:39
Elxan Səmədov “Neftçi”nin futbolçusunu mükafatlandırdı
-
14:41
“Şamaxı” - “Neftçi”: Heyətlər açıqlandı
-
14:02
"Barselona"dan darmadağın VİDEO
-
13:14
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
12:57
Murad Məmmədov üçün 17 dəqiqə
-
12:23
“Bavariya” - “Borussiya” matçında qalib aşkarlanmadı VİDEO
-
12:00
Cəlal “fərqləndi”, “Petrolul” heç-heçə etdi
-
11:36
“Roma”dan 5 qollu qələbə VİDEO
-
11:18
Azərbaycanın daha iki cüdoçusu Avropa çempionu olub
-
10:45
"Mançester Siti" öz meydanında uduzdu VİDEO
-
10:22
Toraldan qol ötürməsi, "Bursaspor"dan qələbə
-
10:09
Derbini "Milan" qazandı VİDEO
-
09:54
Rüfət oynadı, komandası heç-heçə etdi
-
09:31
“Fənərbaxça”dan gözlənilməz məğlubiyyət VİDEO
02.11.2026
01.11.2026
Arxiv
| Noyabr 2026 |
| B.e | Ç.a | Ç | C.a | C | Ş | B |
| 01 | ||||||
| 02 | 03 | 04 | 05 | 06 | 07 | 08 |
| 09 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
| 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
| 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
| 30 |
























