1 Noyabr 2026, Bazar günü
“Neftçi” liderliyi ələ keçirdi
Bekiri: "1 xal qazanmağa layiq idik"
Qurbanov: “Yüz faiz cəzalanacaqlar”
"Zirə” də xal itirdi, "Qarabağ" da

Ölkə futbolu

Millimizin baş məşqçisi: “Nəticə bizim üçün ağır olsa da...”

“Turnirin ən güclü komandasına qarşı oynadıq. Azlıqda qalmağımıza baxmayaraq, uşaqlar əzmkarlıq nümayiş etdirdilər. Nəticə bizim üçün ağır olsa da, turnir yeni yaranmış komandanın təcrübə qazanması baxımından çox faydalı oldu".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri 2003-cü il təvəllüdlü futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Azər Məmmədov Antalya şəhərində təşkil olunmuş UEFA İnkişaf turnirində Türkiyəyə 0:4 uduzduqları oyundan sonra AFFA-nın saytına deyib.

"Bu uşaqlar indiyə qədər bu cür oyunlar keçirməmişdi. Artıq komanda olaraq onları gələcəkdə nələrin gözlədiklərini dərk edirlər. Belə gərgin oyunlar oynamaq üçün çox çalışmalıyıq. Bu turnir mənim üçün də böyük təcrübə oldu. Kimlərlə yola davam etməli olduğumu müəyyənləşdirdim” - deyə o əlavə edib.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30